Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1989/2023 27.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X1 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən ailələrinin icarəsində olan 30 hektar torpaq sahəsinin 13 hektarının Kürdəmir rayonunun Karrar kənd sakini X2 mülkiyyətinə verilməsi barədə Çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı mülki işə xitam verilməklə ərizəyə əlavə etdiyi sənədləri dövlət rüsumu ilə birlikdə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı X1 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş izrə icraata xitam verilməli, ərizəyə əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına 100 manat dövlət rüsumu və xidmət haqqı olaraq, cəmi 100,40 manat məbləğində pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinə baxılması üçün Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı X1 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsinə əllavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Muğanlı kəndində yaşayan İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1989/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1989/2023
27.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver