Məhkəmə qərarları › İş №2(041)-2004/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2004/2024

24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2004/2024 24.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1ndə notariat ofisi, Maraqlı şəxs2 qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4) mirasın qəbul edilməsi faktının təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1ndə notariat ofisi, Maraqlı şəxs2 qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4) mirasın qəbul edilməsi faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə mürasciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 qalan mirasın qızı X2 tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi vəsatətlə çıxış edərək bildirdi ki, xx.xx.2013cü il tarixdə vəfat etmiş X1 miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs1ndə notariat ofisinə müraciət etmiş, notariusun 03ş05.2023-cü il tarixli məktubu ilə onlara imtina edilmiş, imtinaya əsas kimi mirasın qəbul edildiyi müddətin ötürülməsi göstərilmişdir. Hazırki ərizəsində isə mirasın qəbul edilməsi faktının təsdiq edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Məsələnin düzgün həll edilməsi məqsədilə vəkillə müqavilə bağlamaq və yenidən məhkəməyə müraciət etmək üçün müəyyən vaxt tələb edildiyindən, hazırki vəziyyətdə dövlət rüsumu da daxil olmaqla təqdim etdiyi sənədlərlə birlikdə ərizənin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin vəsatəti təmin edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1ndə notariat ofisinə, Maraqlı şəxs2 qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4) mirasın qəbul edilməsi faktının təsdiq edilməsi barədə ərizəsi ödənilmiş dövlət rüsumu və əlavə olunmuş sənədlərlə birlikdə ərizəçinin vəsatətinə əsasən qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar