Məhkəmə qərarları › İş №2(041)-2025/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2025/2025

17.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2025/2025 17.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbi və Cavabdeh*nə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbi və Cavabdeh*nə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbinin onun barəsində verilmiş AR ƏM-nin 70-ci maddəsinin "c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 38 nömrəli əmrin ləğv edilməsi, onun yəni İddiaçı Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbinə İngilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün * stavka (*8 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqının cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İxtisası isə İngilis dili müəllimliyidir. Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbinin 0*.*0.2006-cı il tarixli 5 nömrəli əmri ilə həmin məktəbə İngilis dili müəllimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq valideynlərinin evində yaşayır. X* *-ci qrup əlil olmaqla onun himayəsindədir, ona qulluq edən başqa şəxs yoxdur və hazırki vaxta kimi ona qulluq edir. 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və himayəsində *-ci qrup əlil olan atasına qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Bu barədə işəgötürən olan hazırki iş üzrə cavabdeh Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbinin rəhbərliyinə məlumat verməsinə baxmayaraq ailə vəziyyətini, öhdəliyində *-ci qrup əlilin olmasına baxmayaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam vermişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin vəzifəyə işə bərpa olunmalı, məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir. Həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə onu yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə o, əmrini dəyişməyəcəyini, sertifikasiyadan keçmədiyini əsas gətirməklə öhdəliyində olan *-ci qrup əlil olan atasının olmasının da ona heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. Belə olan halda sözügedən əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasına İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbində direktor işləyir. 200*-ci ildən müəllim kimi fəaliyyət göstərir. *5 il Atakişili kənd tam orta məktəbində, 2024-cü ildən isə Şıxımlı kənd tam orta məktəbində direktor işləyir. İddia ərizəsində qeyd olunan danışıqların heç bir əsası yoxdur. Sehranə müəllimə ilə heç bir danışıqları olmamışdır. xx.xx.2025-ci il tarixdə Regional Təhsil İdarəsinə sertifikasiyadan keçməyən müəllimlərin əmək müqavilələrinə xitam verilməsi üçün getmişlər. Orada bildirilmişdir ki, imtahandan keçə bilməyən müəllimlər ya öz ərizələri ilə, ya da 70-ci maddənin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməlidir. Sehranə müəllimə ərizə təqdim etmədiyi üçün 70-ci maddənin “c” bəndi ilə işdən çıxarılmışdır. Bütün respublika üzrə məktəb direktoru olaraq işdən azad etmə əmrləri onlar yazırlar. İlk sertifikasiya imtahanı 2023-cü ildə keçirilmiş və Sehranə müəllimə imtahandan yetərincə bal toplaya bilməmişdir. Sertifikasiya imtahanından yetərincə bal toplanmadığı zaman müəllimin dərs saatları azaldılmır. * il sonra 2024-cü ildə yenidən sertifikasiya imtahanında iştirak etmiş və 2* bal toplamışdır. İmtahanda 60 sual düşür ondan 30 sual ixtisasa uyğun, qalan 30 sual isə metodikaya görə düşür. Sehranə müəllimə Kürdəmir rayonunda kollec bitirib, yəni normalda 9-cu sinifə kimi dərs keçə bilər. İddia ərizəsində səhv qeyd olunan bir hal da ondan ibarətdir ki, Sehranə müəllimənin atası onun himayəsində yaşamır. Onun atasının İ qrup əlil olması imtahana hazırlaşmağına heç bir əsas vermir. İmtahanın keçiriləcəyindən məlumatı və yetərincə hazırlaşmağı üçün zamanı olmuşdur. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh* nümayəndəsi X8 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, X*0 Təhsil İdarəsinin Kürdəmir Rayon Təhsil Sektorunda məsləhətçi vəzifəsində işləyir. Təhsil haqqında qanunda himayəsində əlil olan şəxslərin imtahanda iştirak etməməsi və yaxud da sertifikasiya imtahanından keçməsə belə yenidən işə qəbul olunması barədə heç bir məlumat yoxdur. İddiaçı sertifikasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Bu il ərzində Kürdəmir rayonunda ibtidai sinif müəllimlərindən *00-ü imtahandan keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Hər bir fənndən 2 dəfə imtahan olur. *-ci imtahandan kəsilən müəllim 2-ci imtahanda iştirak edə bilər. İddiaçı 70-ci maddənin “c” bəndi ilə işdən çıxarılmışdır. Keçirilən sertifikasiya imtahanında sadəcə yaşı 60-dan yuxarı olan müəllimlərə könüllü şəkildə iştirak etmələri barədə güzəşt olunur. Lakin imtahanda iştirak edib və yetərincə bal toplamadıqları zaman əmək müqavilələrinə xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 36424 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 0*.**.2006-cı il tarixli, 5 nömrəli əmrlə Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbində İngilis dili müəllimi vəzifəsinə təyin edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 38 nömrəli əmrindən görünür ki, *. "Kürdəmir rayonu üzrə təhsil müəssisələri/Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbi" bölməsində "İngilis dili müəllimi vəzifəsində işləyən İddiaçı Sehrab qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmişdir, 2. İşçinin 0*.*2.2022 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi X*0 Təhsil İdarəsi/Maliyyə-iqtisadiyyat sektoru/Kürdəmir rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığına həvalə edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, 08.07.20*9-cu il tarixdə X2 müddətsiz olaraq İ dərəcəli əlillik verilmiş və diaqnozu SOL ORTA BEYİN ARTERİYASİ HÖVZƏSİNDƏ KEÇİRİLMİŞ İŞEMİK İNSULTUN DAVAMLİ QALİQLARİ. SAĞ TƏRƏFLİ SPASTİK HEMİPLEGİYA MOTOR AFAZİYA İLƏ. HİPERTONİYA XƏSTƏLİYİ İİİ DƏRƏCƏ ÇOX YÜKSƏK ƏLAVƏ RİSK İLƏ. OD=KATARAKTA.OU=HİPERMETROPİYA; Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Kürdəmir rayonu Atakişili kəndi tərəfindən xx.xx.2025-ci il tarixli, 457 nömrəli arayışdan görünür ki, Kürdəmir rayon Şıxımlı kənd sakini xx.xx.*986-cı il təvəllüdlü İddiaçı ailə tərkibi aşağıdakı kimidir: əri X4 - *4.03.*977-ci il, oğlu X5 - 24.0*.2008-ci il, qızı X6 - *8.08.2009-cu il və X* - *5.07.*956-cı il; Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Kürdəmir rayonu Atakişili kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 457 nömrəli arayışdan görünür ki, Kürdəmir rayon Şıxımlı kənd sakini xx.xx.*986-cı il təvəllüdlü İddiaçı atası *5.07.*956-cı il təvəllüdlü X3 onun himayəsində yaşayır. Cavabdeh* Kürdəmir Rayon Təhsil Sektoru Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0** nömrəli məktubdan görünür ki, məktəbin İngilis dili müəllimi İddiaçı Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması, məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak edərək 2* bal toplamışdır və sertifikatlaşdırmadan keçməmişdir; İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı 0*.*0.2006-cı il tarixdən Kürdəmir rayonu Vüqar Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbində İngilis dili müəllimi vəzifəsində çalışmışdır. Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində iddiaçının müvafiq keçid balını toplamaması müəyyən edilmiş və bu əsasla cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 38 nömrəli əmrlə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 67.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən, işçinin peşəkarlıq səviyyəsinin və ya ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin *-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində *8 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 8*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2.3-cü maddəsinə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra * (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. 36-2.3-*-ci bəndinə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydalarının *.4-cü bəndinə əsasən, təhsilverən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra * (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsil-verənlər sertifikatlaşdırmadan keçmirlər. *.5-ci bəndinə əsasən, 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli *55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın *.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli qərarına əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2.3-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli *55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın *.4-cü bəndi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə ziddiyyət yaratmır. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X7 və digərlərinin şikayətinə dair” 2023-cü il *5 mart tarixli Qərardadı). Sadalananlardan görünür ki, sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Əmək Məcəlləsinin *0-*-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər * (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İş materiallarından, o cümlədən Cavabdeh* xx.xx.2025-ci il tarixli, 0** nömrəli məktubundan görünür ki, iddiaçı 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin 2* bal toplayaraq sertifikatlaşdırmadan keçməmişdir. sertifikatlaşdırma imtahanı səlahiyyətli dövlət orqanı tərəfindən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi məqsədilə keçirilmişdir. Məhkəmə qeyd edir ki, sertifikatlaşdırma imtahanından keçməmək faktı işçinin peşə yararlılığının səlahiyyətli orqan tərəfindən qiymətləndirilməsi kimi qəbul edilməlidir və bu nəticə işəgötürən üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tətbiqi baxımından hüquqi əsas yaradır. Məhkəmə müəyyən edir ki, iddiaçı sertifikatlaşdırma imtahanında iştirak üçün əvvəlcədən məlumatlandırılmış, imtahanda iki dəfə iştirak etmək imkanı əldə etmiş, lakin hər iki halda müvafiq keçid balını toplamamışdır. Sertifikatlaşdırma prosedurunun pozulması, yaxud iddiaçıya münasibətdə fərqli və ya ayrı-seçkilik xarakterli yanaşma müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsinə qoyulmuş qadağalar yalnız həmin normada açıq şəkildə göstərilən sosial baxımdan həssas kateqoriyalara şamil edilir və geniş şərh edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən, bu maddə işəgötürənin təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmək səlahiyyətini aradan qaldırmır. Məhkəmə müəyyən edir ki, iddiaçının ailə üzvünün əlilliyi yetkin yaşlı şəxsə aid olmaqla, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş istisna hallar sırasına daxil deyildir və bu hal sertifikatlaşdırmadan azad edilmə və ya sertifikatlaşdırmadan keçmədiyi halda əmək münasibətlərinin davam etdirilməsi üçün hüquqi əsas yaratmır. Bununla yanaşı, əmək münasibətlərində bərabərlik prinsipi təmin olunub: sertifikatlaşdırma imtahanı bütün müvafiq müəllimlər üçün eyni qaydada keçirilib və iddiaçıya münasibətdə heç bir hüquq pozuntusu aşkarlanmayıb. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli, 38 nömrəli əmrlə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə uyğun, qanuni və əsaslı olmuşdur. Bu səbəbdən əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 2*6-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 38 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən * (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar