Məhkəmə qərarları › İş №2(041)-2051/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2051/2025

09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2051/2025 09.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin bərpası”na dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin bərpası”na dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə vəfat etmiş mərhum X1 miras qalmış (Kürdəmir şəhəri, E.Mikayılov keçəsi, 11 ünvanında yerləşən həyətyanı sahəyə və onun üzərindəki yaşayış evinə) əmlaka, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üzrə buraxılmış müddətin bərpa olunması və əmlak üzrə vərəsəlik dairəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, E.Mikayılov küçəsi, 11 ünvanında yaşayır. Mərhum anasına məxsus ünvan 2aq sahəsi və torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi var. Həmin torpaq sahəsi və yaşayış evi anası X8 məxsusdur və ondan miras qalmışdır. Anası Səmayə ölənə kimi və öldükdən sonra da onlar ailəliklə həmin ünvanda yaşamışlar. X16, qardaşları X30, X36 və bacısı X45 vəfat etdikdən sonra, onun uşaqları (varislər) o, Ərizəçi, qardaşı X37 və bacısı X34 qalmışdır. Lakin buna baxmayaraq anası Səmayədən miras qalmış həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. X1 miras qalmış Kürdəmir şəhəri, E.Mikayılov küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsini və evi adına sənədləşdirmək istəyir. Bunun üçün bütün lazımi sənədləri toplayıb Kürdəmir Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə anası Səmayədən miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. Orada mirasın qəbul edilməsi vaxtını ötürdüyü üçün, müraciətinin icrası mümkün olmadığından imtina edilmişdir. Lakin, bununla bağlı məhkəməyə müraciət etmək hüquqları ona izah olunmuşdur. Bu müddəti ötürmək onun savadsızlığından və qanunları bilmədiyindən irəli gəlmişdir. Ona görə də mərhum X1 miras qalmış Kürdəmir rayon ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsini istəyir. Əvvəlki məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun olaraq izahat verdi və səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X31 izahat verərək bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi hal-hazırda yaşadığı ev onun mərhum anası Mehdiyeva Səmiyənin olmuşdur. Anası öləndən sonra bütün təsərrüfatı Mehdi idarə etmişdir. Həmin həyətdə sonradan tikilmiş 2 ev var. Məhkəmə iclasında şahid qismində iştirak edən X20 izahat verərək bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Həmin həyətdə bir neçə ailə bir yaşayırlar. Torpaq sahəsi mərhum Səmiyəyə məxsus olub. Anaları rəhmətə gedəndən sonra 2 qardaş həmin həyətdə özlərinə ev tikib təsərrüfat idarə ediblər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 1402 nömrəli məktubunda xx.xx.2015-ci il tarixində ölmüş X5 miras qalan əmlaka dair mirasın qəbul müddətini ötürdüyündən vərəsəlik hüququ haqqında şəhadətnamənin vermək mümkün olmadığı qeyd edilmişdir; Kürdəmir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025ci il tarixdə Kürdəmir rayon məhkəməsinə ünvanlanmış 3-16-5/8-634/2025 nömrəli məktubda göstərilmişdir ki, mərhum X14 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X19 Sistemində” həmin şəxsə dair xx.xx.2025-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: əri-X32, oğlu-X30, oğlu-Ərizəçi, qızı-Mehdiyeva (Ömərova) Sona Həsən qızı, qızı-X21 və qızı-X22; Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 1048 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum anası X2 şəhəri E.Mikayılov küçəsi 11 saylı ünvanda yaşamış, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdə aşağıdakı ailə üzvləri (varisləri) qalmışdır: X37-1950, X34-1959, Ərizəçi-1957, X36- 1944 (xx.xx.2013-cü ildə vəfat edib), X30-1959 (xx.xx.2009-cu ildə vəfat edib), X38-1954 (xx.xx.1989-cu ildə vəfat edib); Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ 435682 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.1994-cü il tarixdə kəskin ürək damar çatmamazlığından vəfat etmişdir; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ 740541 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə qan dövranı çatmazlığından vəfat etmişdir; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 157555 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.2013-cü il tarixdə ürək astmasından vəfat etmişdir; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 387116 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2009-cu il tarixdə Ağciyərin metast xərçəngindən vəfat etmişdir; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 183169 nömrəli arayışdan görünür ki, X37 xx.xx.1950-ci ildə doğulmuşdur. X24 oğlu, anası-X9r; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixli İİİ-ЖГ 340523 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1959-cu ildə doğulmuşdur. X24 oğlu, anası-X9r; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1960-cı il tarixli İ-ИЕ 965681 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.1944-cü ildə doğulmuşdur. X24 oğlu, anası-X9r; Kürdəmir RİHB-nın Şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004 tarixli 01 saylı qərarı ilə X10 və ailəsinə verilmiş A 056609 nömrəli Kadastr planında X6 adı səhvən X28 kimi yazılmışdır. Əslində isə X3 qeyd olunmalıdır. Bildiririk ki, Aqrar İslahat zamanı Kürdəmir rayonunda və həmin ailədə X15 adlı şəxs qeydiyyatda olmamışdır, hal-hazırda da yoxdur; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli AZ 295886 nömrəli çıxarışdan görünür ki, X35 ilə X7 arasındakı nikah xx.xx.1962-ci ildə pozulmuşdur; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli AZ 246209 nömrəli çıxarışdan görünür ki, X40 ilə X38 arasındakı nikah xx.xx.1973-cü ildə bağlanmışdır; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli AZ 499006 nömrəli arayışdan görünür ki, X45 16 may 1989-cu ildə Bakı şəhərində vəfat etmişdir; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli AZ 050590 nömrəli arayışdan görünür ki, X38 xx.xx.1954-cü ildə doğulmuşdur. X24 oğlu, anası-X11r; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixli İ-ИЕ 482025 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur. X24 oğlu, anası-X9r; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixli АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1952-ci ildə doğulmuşdur. X24 oğlu, anası-X9r; Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixli İ-ЖГ 346061 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X18 xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 108 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir: 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində imzalanmış ərizədən görünür ki, X34 xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası-X5 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş və bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir; Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini-Ağəli Kərimli, Kürdəmir Bələdiyyəsinin sədri-Nizami Qəribov, DƏDKR PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin Kürdəmir rayon şöbəsinin müdiri-Eldost Qasımov tərəfindən xx.xx.2023-cü il tarixində imzalanmış aktdan görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı ilə X12 və ailəsinə verilmiş A 056609 nömrəli Kadastr planında X15 adları texniki olaraq səhv yazılmışdır. Komissiya müəyyən etdi ki, şəxsiyyəti təsdiq edən sənədlərə əsasən həqiqətdə doğru adlar aşağıdakı kimidir:X9r; Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1192/2024 saylı qərardadı ilə Ərizəçi Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi cəlb olunmaqla hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır; Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü haqqında xx.xx.2010-cu il tarixdə 1140 nömrə ilə uçota alınmış kitabından görünür ki, X13 Kürdəmir şəhərində Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 399 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; İşin faktiki hallarından məlum olur ki, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ərizəçinin mərhum anasına məxsusdur. Hüquq rəsmiləşdirilən X14 vəfat etmişdir. Ərizəçi xx.xx.2023-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin qəbul müddəti ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq müəyyən edir ki, Kürdəmir şəhəri, E.Mikayılov küçəsi, 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ərizəçinin mərhum anası X12 məxsus olmuş, ailə büdcəsi hesabına inşa edilmiş və uzun müddət onun tərəfindən sahiblik və sərəncam hüquqları həyata keçirilmişdir. Qeyd edilən əmlak üzrə hüququ rəsmiləşdirilən şəxs X14 olmuşdur və digər şəxslərin həmin əmlak üzrə müstəqil mülkiyyətçi və ya miras qoyan statusu yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən həm mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həm də vərəsəlik şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə tələblər irəli sürülmüşdür. Qanunvericiliyə əsasən mirasın rəsmiləşdirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi məsələləri notariat orqanlarının səlahiyyətinə aid olduğundan mirasın qəbul edilməsi faktının ayrıca müəyyən edilməsinə zərurət yoxdur. Bu səbəbdən ərizə həmin hissədə təmin olunmamalı, müddətin bərpası ilə bağlı tələb isə əsaslı olduğundan ərizə qismən təmin edilməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə qismən təmin edilməli, mərhum anası X5 miras qalmış Kürdəmir şəhəri, E.Mikayılov keçəsi, 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Mərhum anası X5 miras qalmış Kürdəmir şəhəri, E.Mikayılov keçəsi, 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar