Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2054/2024 06.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hərrac nəticələrinin mübahisələndirilməsi” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “hərrac nəticələrinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, 08 avqust 2024-ci il tarxidə X2 publik büquq saxs tərəfindən torpaq sahələrinin hərracı təşkil edilmişdir. Ucar Ərazi torpaq müsabiqə və hərrac komissisiyası tərəfindən keçrilən hərrac zamanı Kürdəmir rayonu, Köhünlü bələdiyyəsinə məxsus 10 ha torpaq sahəsi **********24 nömrəli çıxarış ilə hərraca çıxarılmışdır. Kürdəmir rayonu, Köhünlü bələdiyyəsinə məxsus 10 ha torpaq sahasinə start qiyməti 430 manat olmaqla təklif edilmişdir, X7, Cəfərov Şakir, Həsənov Kamal, Cavabdeh vı o, İddiaçı iştirak etmişlər. Kürdəmir rayonu Köhünlü kənd bələdiyyəsinin sədri Azər Ağayev xx.xx.2024 tarixli hərracın qalibinin onun isdədiyi şəxsin olması üçün digər iştirakçıları manipuliyasiya edib. Cavabdeh 10 ha torpaq sahası üçün 8500 manat təklif edərək hərrac qalibi olub. xx.xx.2024 tarixidə keçirilən hərrac zamanı tərəfindən 2200 manat təklif edilib. Bununla da o yüksək məbləğ təklif edən ikinci şəxs olmuşdur. Cavabdeh şəxsə verilmiş 20 gün müddətində qarşı tərəflə icara müqaviləsi imzalamayıb. Qeyd edilən 10 ha torpaq sahəsi Köhünlü kənd sakini Şakir Cəfərov tərəfindən illərdir qanunsuz olaraq istismar edilir. Hərracın qalibi olmuş saxs Cavabdeh Şakir Cəfərovun əmisi nəvəsidir. Göründüyü kimi, Azər Ağayevin təkidi ilə Cavabdeh tərəfindən ədalətli rəqabət prinsipləri pozulub. Şəxs yüksək məbləğ təklif edərək hərracın qalibi olub, sonradan icarə müqaviləsini imzalamayıb. Bu şəxsin bilərəkdən hərracın nəticəsinə müdaxilə cəhdidir və anti-inhisar faktıdır. Hərraclarda iştirakı ilə bağlı Köhünlü bələdiyyəsinin sədri Azər Ağayev ona zəng vurub hərraclardan geri çəkilməsini xahiş edib. Zəng zamanı 3 xahişinin olduğunu bildirmiş və 3 dəfə təkrarən “ölmüşəm məni yerdən götür” demişdir. Azər Ağayevin bu zəngi şəxsin əvvəlcədən kiminləsə nəyinsə müqabilində sövdələşdiyinə və kimlərinsə təzyiqi ilə onunla icarə müqaviləsi bağlamamağa məcbur edildiyinə dair faktdır. xx.xx.2024-ci il tarixində **********14 nömrəli çıxarışla 22 ha torpaq sahəsi üzrə hərrac keçrilib. Hərracda onunla yanaşı X4, X1, X3 və X6 iştirak ediblər. Hərracın qalibi o olmuşdur. xx.xx.2024 tarixli 87-saylı hərrac protokolu ilə rəsmi qalib elan edilmişdir. Lakin heç bir əsas olmadan bələdiyyə sədri Azər Ağayev tərəfindən onunla icarə müqaviləsi bağlanmayıb. Hal-hazırda qeyd edilən məsələ məhkəmə predmetidir. X10 bələdiyyəsinin 100 hektarlarla torpaq sahəsini nəyinsə müqabilində qeyri-rəsmi şəkildə kimlərinsə icarəsinə verən şəxsdir. 100 hektarlarla torpaq sahəsinin qanunsuz istismar faktı əsasında xx.xx.2024 tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşları torpağa baxış keçirərək saxta akt tərtib ediblər. Bu aktla bağlı müraciəti hal-hazırda hüquq mühafizə orqanlarının araşdırmasındadır. Aktın saxtalığına dair faktlar qurumlara təqdim edilib. Faktlar göstərir ki, Rüstəmov Zəmanət, Alıyev Etibar, Cəfərov Şakir, Allahverdiyev Garay və digərləri 10 illərdir torpaq sahələrini qeyri-qanuni istismar edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixlində **********24 nömrəli çıxarışla hərraca çıxarılmış torpaq sahəsi üzrə hərracı olmuş icarə müqaviləsi imzalanmaması səbəbindən onun inzibati qaydada cərimələnməsi üçün xüsusi qərardad çıxarılması, rəqabət məcəlləsinin və anti-inhisar qanununun tələblərini pozduğundan barəsində hüquqi addım atılması, onun hərracın nəticələrini manipulyasiya etməsi faktı nəzərə alınaraq ən yüksək məbləğ təklif etmiş ikinci şəxs olaraq hüquqlarının bərpa edilməsi və hərracın nəticələrinin onun xeyrinə rəsmiləşdirilməsi üçün məhkəmə tərəfindən qərar çıxarılması, **********24 nömrəli çıxarışla hərraca çıxarılmış torpağın onun icarəsinə verilməsinin təmin edilməsi, iddia ərizəsinə dair rüsumun onun tərəfindən ödənilməsinin təmin edilməsi barədə iddiaçının iddiası ilə razı deyil. Belə ki, o, qanuni keçirilmiş hərracda iştirak etmiş, heç bir pozuntuya yol verməmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçının tələbi xx.xx.2024-cü il tarixində **********24 nömrəli çıxarışla hərraca çıxarılmış torpaq sahəsi üzrə hərracı olmuş icarə müqaviləsi imzalanmaması səbəbindən Cavabdeh inzibati qaydada cərimələnməsi üçün xüsusi qərardad çıxarılması, rəqabət məcəlləsinin və anti-inhisar qanununun tələblərini pozduğundan Cavabdeh barəsində hüquqi addım atılması, Cavabdeh hərracın nəticələrini manipulyasiya etməsi faktı nəzərə alınaraq ən yüksək məbləğ təklif etmiş ikinci şəxs olaraq hüquqlarının bərpa edilməsi və hərracın nəticələrinin onun xeyrinə rəsmiləşdirilməsi üçün məhkəmə tərəfindən qərar çıxarılması, **********24 nömrəli çıxarışla hərraca çıxarılmış torpağın onun icarəsinə verilməsinin təmin edilməsi, iddia ərizəsinə dair rüsumun Cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin inzibati qaydada cərimələnməsi üçün xüsusi qərardad çıxarılması, rəqabət məcəlləsinin və anti-inhisar qanununun tələblərini pozduğundan cavabdeh barəsində hüquqi addım atılması, hərracın nəticələrinin onun xeyrinə rəsmiləşdirilməsi üçün məhkəmə tərəfindən qərar çıxarılması, hərraca çıxarılmış torpağın iddiaçının icarəsinə verilməsinə təmin edilməsi kimi iddia tələbləri məhkəməyə aid olmadığından hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “hərrac nəticələrinin mübahisələndirilməsi” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2054/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2054/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver