Məhkəmə qərarları › İş №2(041)-2165/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2165/2024

17.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2165/2024 17.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyənin balansında olan torpaq sahəsindən məcburi qaydada əmlakları ilə birlikdə çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsinin sədri Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bələdiyyəyə məxsus Kürdəmir rayonu Ərəbqubalı kənd ərazsində yerləşən 90 ha örüş sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul oluinmasını xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında Cavabdeh bildirdi ki, Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsinin cavabdeh Həbibov Ötərxan Babaş oğluna qarşı xx.xx.2004-ci il tarixli 06 saylı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması barədə iddiası Kürdəmir Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.Sonradan İddiaçı eyni torpaq sahəsindən “X1 Təsərrüfatı” MMC-nin və “X2” MMC-nin çaxrılmaları barədə Şirvan Kommersiya Məhkəməsində iddia qaldırmış, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(121)-39/2021 saylı qətnaməsi ilə Ərəbqubalı bələdiyyəsinin iddiası təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-18/2022 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(106)-169/2021 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İddiaçı tərəf mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş smeta dəyərini ödəmədiyi üçün mülki iş üzrə yekun qərar qəbul olunmamışdır. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə başqa məhkəmənin icraatında iş olduğuna görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş; - Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(121)-39/2021 saylı qətnaməsinin surətindən görünür ki, Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsinin cavabdehlər “X1 Təsərrüfatı” MMC-yə və “X2” MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və əmlakları ilə birlikdə torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Kürdəmir rayon Çölqubalı bələdiyyəsi ilə “X1 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.20004-cü il tarixli 06 saylı icarə müqaviləsi ləğv edilmiş və cavabdehlər “X1 Təsərrüfatı” MMC-nin və “X2” MMC-nin əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılması qət olunmuşdur. - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(106)-169/2021 saylı qətnaməsinin surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(121)-39/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-18/2022 saylı qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(106)-169/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsinin cavabdeh Həbibov Ötərxan Babaş oğluna qarşı xx.xx.2004-ci il tarixli 06 saylı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması barədə iddiası Kürdəmir Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. İşdə olan və tədqiq edilən məhkəmə qərarlarından məlum olur ki, 25 avqust 2004cü il tarixdə Kürdəmir rayonu Çölqubalı bələdiyyəsi ilə “X1 Təsərrüfatı” MMC-nin sahibi Həbibov Ötərxan Babaş oğlu arasında bağlanmış 06 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə icarəyə verilən 90 ha torpaq sahəsinin boşaldılması barədə bələdiyyənin iddiası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş və qətnamədən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır. İcarə müqaviləsinin müddəti bitməsinə baxmayaraq, həmin müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı sübutunu, Cavabdeh müqavilədə tərəf olmadığı halda onu cavabdeh kimi göstərməklə, habelə mübahisəli torpaq sahəsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasını nəzərə almadan Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsinin sədri Nümayəndə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARALDİ: İddiaçı Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyənin balansında olan torpaq sahəsindən məcburi qaydada əmlakları ilə birlikdə çıxarılma tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar