Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2168/2023 15.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaqnında X2 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh-yə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edillməsi, bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X* həvalə edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 0*.09.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün Mediasiya təşkilatına müraciət etmədiyinə görə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.*-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.*.*. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.*.2. ailə münasibətlərinqdən irəli gələn mübahisələr; 3.*.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.*.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.*-ci madldəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ilkin mediasiya sessiyasında iştirak etməsi ilə bağlı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin *49.2.4-*-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin *50.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Həmin Məcəllənin *52.*-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.6-*. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl meldiasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; İstinad olunan normalardan müəyyən olunur ki, mediasiya prosesində tərəflərin iştirakı tələb olunduğu hallarda bu tələbə riayət edilməsi ilə bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, bu tələbə riayət olunmadıqda isə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Hesab edirəm ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunan tələbə riayət edilməməsini təsdiq edən sübutunu iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi qeyri mümkündur. Belə ki, Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49, *52-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh-yə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edillməsi, bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X* həvalə edilməsi tələbinə dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-2168/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2168/2023
15.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver