Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2171/2025 22.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə əmək münasibətinin ləğv edilib “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi (xitam) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, ona məlum olmayan şəxslər tərəfindən şəxsi məlumatları qanunsuz yollarla ələ keçirilib və onun adına qanunsuz əmək müqaviləsi tərtib edilmişdir. Həmin məlumatlara əsasən "xxxx" MMC ilə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında X4 xidmətinə müraciət edərək müqavilənin xitamına köməklik göstərilməsini xahiş etmişdir. X4ndən cavab olaraq bildirilmişdir ki, qeyd olunanlara əsasən əmək müqaviləsinə ləğv edilməsilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən ləğv edilmiş hesab edilməli və “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubda izah edilmişdir ki, müraciətlə əlaqədar ətraflı məlumat verməsiylə bağlı qeyd etdiyi ünvana (ünvan 125 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, həmçinin araşdırmaya dair izahatını təqdim etmişdir. Həmçinin araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi "xxxx" MMC,"xxxx" MMC və "xxxx" MMC-yə müvafiq olaraq 3-17-5/2-56760/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 3-17-5/2-56761/2025 nömrəli xx.xx.2025-ci il tarixli və 3-17-5/2- 56762/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktublarla müraciət olunaraq ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb edilmişdir. Tələb olunan sənədlərin təqdim edilməsi müəssisələr tərəfindən təmin edilmədiyindən araşdırmanı başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqavilələrinin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildirilir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə ləğv edilməsilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən ləğv edilmiş hesab edilməli və "Əmək və Məşğulluq alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. İş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yeri məlumatlarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixindən müddətsiz olaraq əmək müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-56-29/2-EE-111/2025 nömrəli məktubundan görünür ki, "xxxx" MMC Kürdəmir rayonunun Atakişili kəndi ərazisində fəaliyyət göstərmir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş məlumatın verilməsi haqqında xx.xx.2026-cı il tarixli, 3-21-2-15/2-1380/2026 nömrəli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən hal-hazırda fəaliyyət vəziyyəti aktivdir. İşə əlavə olunmuş SX ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, X1 xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi həqiqi hərbi xidmətdən keçmişdir. Məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlar və iddiaçının izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi mövcud olmuş və həmin müqavilə qüvvədə olan əmək münasibəti kimi “Əmək və Məşğulluq” alt sistemində qeydiyyatda saxlanılmışdır. Eyni zamanda iş materiallarından və iddiaçının izahatlarından görünür ki, iddiaçı əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmamış, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etmiş, lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi təmin edilməmişdir. Bu hallar iddiaçının əmək müqaviləsinin davam etdirilməsinə razı olmadığını və əmək münasibətlərinə öz iradəsi ilə son qoymaq niyyətində olduğunu təsdiq etdiyindən, məhkəmə iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların yarandığı qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi ləğv edilməli və qətnamə “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması üçün əsas hesab edilməlidir. İş materiallarından iddiaçı tərəfindən 60 manat mediasiya haqqının ödənilməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, tələb təmin edildiyindən Cavabdeh MMC-dən 50 manat məbləğində pul dövlət xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi ləğv edilsin. Bu qətnamə “Əmək və Məşğulluq” alt sistemində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçün əsas hesab edilsin. Cavabdeh MMC-dən 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün, 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2171/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2171/2025
22.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver