Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-220/2024 18.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə İddiaçı Ərizəçi cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2005-ci il tarixdə ölmüş mərhum X*nda miras qalmış JN 973 KOD90600038 nömrəli torpaq sahəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *7 iyul *998-ci il 06 saylı qərarı ilə mərhum X*na Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən *,*5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara Torpağa mülkiyyət hüququna dair JN-973 nömrəli Dövlət Aktı verilmişdir. X* xx.xx.2005-ci il tarixdə ölmüşdür. Həmin torpaq sahəsindən hazırda o, özü istifadə edir və torpaq sahəsini öz adına sənədləşdirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü və vərəsələrin dairəsinin müəyyən edilmədiyini bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Ona görə də xx.xx.2005-ci il tarixdə ölmüş mərhum X*nda miras qalmış JN 973 KOD90600038 nömrəli torpaq sahəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir İş materiallarına əlavə edilmiş JN-973 nömrəli, KOD 90600038 nömrəli Dövlət Aktının surətindən görünür ki, X6 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *7 iyul *998-ci il 06 saylı qərarı ilə Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün *.*5 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş *4.03.20*4-cü il tarixli, AZ-İ 659*30 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *4.03.20*4-cü il tarixli, 659*30 nömrəli doğum haqqında Arayışdan görünür ki, Ərizəçi xx.xx.*957-ci il tarixində X8 ilə X5 birgə nikahlarından doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş 24.02.20*6-cı il tarixli, AZ İİİ - 697586 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*957-ci il tarixində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 435 nömrəli məktubdan görünür ki, onun X2 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı olan müraciətinə mipas payın qəbul müddəti ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının izahatını ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *7 iyul *998-ci il 06 saylı qərarı ilə mərhum X*na Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən *,*5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara Torpağa mülkiyyət hüququna dair JN-973 nömrəli Dövlət Aktı verilmişdir. X* xx.xx.2005-ci il tarixdə ölmüşdür. Həmin torpaq sahəsindən hazırda iddiaçı özü istifadə edir və torpaq sahəsini öz adına sənədləşdirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi xx.xx.2005-ci il tarixdə ölmüş mərhum X*nın mülkiyyətində olan Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən torpaq sahəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçı Ərizəçi xx.xx.2005-ci il tarixdə ölmüş mərhum X*nın mülkiyyətində olan Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən torpaq sahəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Ərizəçi xx.xx.2005-ci il tarixdə ölmüş mərhum X*nın mülkiyyətində olan Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən torpaq sahəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-220/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-220/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver