Məhkəmə qərarları › İş №2(041)-225/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-225/2024

19.08.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-225/2024 19.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt etdiyi obyektdən çıxarılması, 21641 (iyirmi bir min altı yüz qırx bir) manat maddi ziyanın tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22 A-da yerləşən 360.0 kv.m. sahəsi olan “Günəş” yeməkxanasından, 0.06142 ha torpaq sahəsindən çıxarılması və 21641 manat maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 nömrəli qiyabi qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanda yerləşən 360,0 kv.m. sahəsi olan “Günəş” yeməkxanasından və 0,06142 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh maddi ziyana görə 21641 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayətə əsasən qeyd edilən qiyabi qətnamə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X3 iddia tələbini qismən müdafiə edərək göstərdi ki, Cavabdeh adına olan Kürdəmir şəhəri, Bakı prosbektində yerləşən ümumi sahəsi 360 kv.m 16 otaqdan ibarət olan 22 nömrəli qeyri-yaşayış binasını və 0.06142 ha torpaq sahəsini 07 mart 2020-ci il tarixdə alqı-satqı yolu ilə İddiaçı alıb. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyesterindən 17 mart 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri kitabının 84 №li vərəqəsində qeydiyyata alınmışdır. Eləcə də 17 mart 2020-ci il tarixdə texniki pasport verilmişdir. Həmin öbyekti 26 aprel 2020-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X11 icarayə verib. Bununla bağlı aralarında rəsmi müqavilə bağlanmışıdr. X15 İddiaçı birinci ayda 2000 manat, digər aylarda isə 1237 manat icarə haqqı verməsi barədə tərəflər arasında müqavilə imzalanmışdır. X15 ona 2020-ci ilin may ayında 2000 manat icarə haqqı ödəmişdir. Cavabdeh 2022-ci ilin may ayında həmin obyektə gələrək obyekti icarəyə götürən X12 və işçiləri həmin obyektən çıxmağa məcbur etmişdir. Sonradan razılığa gələrək X15 2022-ci ilin dekabr ayına kimi həmin öbyekti işlədib obyektdən çıxacağını bildirmişdir. Hazırda Cavabdeh obyektin giriş və digər qapıları bağlayıb ona obyekti işlətməyə imkan vermir. Bu barədə dəfələrlə cavabdehə müraciət edərək ona obyekti işlətməsinə könüllü qaydada maneçilik törətməməsini bildirmişdir. Cavabdeh alqı satqı müqaviləsinin ləğv olunması barədə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, işə 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayon məhkəməsində baxılaraq iddia tələbi rədd olunmuşdur. Cavabdeh Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Yasamal rayon məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq Cavabdeh onun mülkiyyətində olan obyekti istifadə etməsinə maneçilik törədir. İddiaçı iddia tələbinin vurulmuş maddi ziyanı obyekti icarəyə verdiyi X6 tələb etməli olduğu halda səhvən Cavabdeh tələb etmişdir. Hesab edir ki, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmalıdır. Ona görə də Cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospektindəki 22A ünvanında yerləşən 360.0 kv.m sahəsi olan “Günəş” yeməkxanasından və 0.06142 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını, iddia tələbinin cavabdeh X1 maddi ziyana görə 21641 pulun alınıb İddiaçı Singiz oğluna verilməsi hissəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi və bu barədə İddiaçı tərəfindən yazılmış ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanda yerləşən ümumi sahzhəsi 360 kv/m olan qeyri-yaşayış sahəsini (tam hissə 360 kv/m) və Kürdəmir şəhəri Bakı prospekti 22A ünvanda yerləşən ümumi sahəsi 0,0285 ha olan torpaq sahəsini (tam hissə 0,0285) alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanda 0,06142 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 360,0 kv/metr qeyri yaşayış binası Daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, Lətifov X9 şəhəri, Bakı prospekti 22A ünvanda yerləşən ümumi sahəsi 360 kv/m olan deyri yaşayış binasını X13 birinci ay 2000 manat, digər aylarda 1273 manat olmaqla xx.xx.2023-cü il tarixədək icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-4357/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X7 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı cavabdeh X5 verdiyi xx.xx.2020ci il tarixli etibarnamə əsasında cavabdeh İddiaçı ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1002/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4357/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin vurulmuş maddi ziyanı obyekti icarəyə verdiyi X6 tələb etməli olduğu halda səhvən Cavabdeh tələb etdiyini bildirərək iddia tələbinin həmin hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin 21641 manat maddi ziyanın Cavabdeh alınıb İddiaçı verilməsinə dair iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddiaçının vəkili X2 izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh adına olan Kürdəmir şəhəri, Bakı prosbekti küçəsində yerləşən ümumi sahəsi 360 kv.m 16 otaqdan ibarət olan 22 nömrəli qeyri-yaşayış binasını və 0.06142 ha torpaq sahəsini 07 mart 2020-ci il tarixdə alqı-satqı yolu ilə İddiaçı almışdır. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyesterindən 17 mart 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri kitabının 84 №-li vərəqəsində qeydiyyata alınmışdır. Eləcə də 17 mart 2020-ci il tarixdə texniki pesport verilmişdir. Həmin öbyekti 26 aprel 2020-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X11 icarayə vermişdir. Bununla bağlı aralarında rəsmi müqavilə bağlanmışıdr. X15 İddiaçı birinci ayda 2000 manat, digər aylarda isə 1237 manat icarə haqqı verməsi barədə tərəflər arasında müqavilə imzalanmışdır. X15 ona 2020-ci ilin may ayında 2000 manat icarə haqqı ödəmişdir. Cavabdeh 2022-ci ilin may ayında həmin obyektə gələrək obyekti icarəyə götürən X12 və işçiləri həmin obyektən çıxmağa məcbur etmişdir. Sonradan razılığa gələrək X15 2022-ci ilin dekabr ayına kimi həmin öbyekti işlədib obyektdən çıxacağını bildirmişdir. Cavabdeh obyektin giriş və digər qapılarını bağlayıb ona obyekti işlətməyə imkan verməmişdir. Bu barədə dəfələrlə cavabdehə müraciət edərək ona obyekti işlətməsinə könüllü qaydada maneçilik törətməməsini bildirmişdir. Cavabdeh alqı satqı müqaviləsinin ləğv olunması barədə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, işə 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayon məhkəməsində baxılaraq iddia tələbi rədd olunmuşdur. Cavabdeh Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Yasamal rayon məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq Cavabdeh onun mülkiyyətində olan obyekti istifadə etməsinə maneçilik törədir. İddiaçı iddia tələbinin vurulmuş maddi ziyanı obyekti icarəyə verdiyi X6 tələb etməli olduğu halda səhvən Cavabdeh tələb etmişdir. Hesab edir ki, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmalıdır. Bununla bağlı iddiaçı L.Ç.Lətifovun vəkili X3 iddiaçı tərəfindən yazılmış ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəriuri hesab edir ki, Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanında 0,06142 ha torpaq sahəsində yerləşən 360,0 kv.m sahəsi olan “Günəş” yeməkxanası hazırda İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 178.1-c maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanında yerləşən qeyri yaşayış binasını 1 il müddətinə X11 icarəyə verdikdən sonra Cavabdeh İ.V.Dadaşovu və işçiləri həmin obyektdən çıxıxmağı məcbur etmiş, sonradan isə o, obyektin giriş və digər qapılarını bağlayıb iddiaçının mülkiyyətində olan obyetə girməsinə maneçilik törədərək obyektdən istifadə etməsinə imkan verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət huququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanda yerləşən 360,0 kv.metr sahəsi olan “Günəş” yeməkxanasından və 0,06142 ha torpaq sahəsindən çıxarılmalı, iddia tələbinin 21641 manat maddi ziyanın Cavabdeh alınıb İddiaçı verilməsi tələbinə dair hissəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanda yerləşən 360,0 kv.metr sahəsi olan “Günəş” yeməkxanasından və 0,06142 ha torpaq sahəsindən çıxarılsın. İddia tələbinin 21641 manat maddi ziyanın Cavabdeh alınıb İddiaçı verilməsi tələbinə dair hissəsi baxılmamış saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar