Məhkəmə qərarları › İş №2(041)-2300/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2300/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2300/2024 05.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 və üçüncü şəxs Kürdəmir rayon Köhünlü bələdiyyəsinə qarşı “torpaq sahəsinin qanunsuz istifadə olunması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2 və Kürdəmir rayon Köhünlü bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 2007-ci ildə verilmiş icarə müqaviləsini həqiqiliyi yoxanılması, icarə müqaviləsinin həqiqiliyinin yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə ekspertizasının keçirilməsi üçün qərardadın verilməsi, icarə müqaviləsinin saxtalaşdırıldığı sübuta yetirilərsə X2 qarşı Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılması, 7 ha torpaq sahəsinin qanunsuz istismar olunması faktına münasibətdə X2 qarşı Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işının başlanılması üçün xüsusi qərardad çıxarılması, 17 il müddətində qanunsuz istifadəyə verilmiş torpaq sahələrindən ehtimal edilən gəlirin hesab edilməsi, bunun üçün qərardad çıxarılaraq maliyyə ekspertizası təyin edilməsi, dəymiş maddi ziyanın Köhünlü bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi, X1 barəsində yalan məlumat verməsi səbəbindən ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 5000 manat mənəvi təzminat ödənilməsi üçün qərar çıxarılması, iddaia ərizəsinə dair dövlət rüsumunun Zəmanət Rüstəmov tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, mübahisələndirilən torpaq sahələri Köhünlü bələdiyyəsinin balansında olmaqla cavabdeh X1 icarəsindədir. İddiaçı həmin torpaq sahələrinin ona məxsus olması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, lakin həmin torpaq sahələri ilə bağlı məsələləri öz adından verdiyi iddia ərizəsi ilə mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən, İddiaçı həmin tələblərlə iddia ərizəsini imzalamaq səlahiyyəti də olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Aparılan araşdırmalar zamanı müəyyən edildi ki, İddiaçı icarəsinə verilmiş 22 ha torpaq sahəsi ilə bağlı cavabdeh Kürdəmir rayon Köhünlü bələdiyyəsinə və üçüncü şəxs Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “hərrac şəhadətnaməsinin qeydiyyatının uzadılmasına dair” iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-1930/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 və üçüncü şəxs Kürdəmir rayon Köhünlü bələdiyyəsinə qarşı “torpaq sahəsinin qanunsuz istifadə olunmasına dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar