Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2333/2024 11.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının Maraqlı şəxs*ndə notariat ofisi, Kürdəmir RİHB-nin Xırdapay kənd İƏD-i üzrə nümayənedəliyi və Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi maraqlı şəxslər qismində cəlb edilməklə miras qalmış əmlakın qəbul edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək himayəsində yaşadığı X* miras qalmış Kürdəmir rayonunun Xırdapay kəndindəki 0,*2 ha həyətyanı torpaq sahəsinin və oradakı 2 otaqlı yaşayış evinin (əmlakın) qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etimişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızı Maraqlı şəxs*ndə notariat ofisi, Kürdəmir RİHB-nin Xırdapay kənd İƏD-i üzrə nümayənedəliyi və Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi maraqlı şəxslər qismində cəlb edilməklə miras qalmış əmlakın qəbul edilməsi tələbinə dair ərizə ilə Kürdəmir rayon məhkəməsinə müraciət etsə də o, dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədi ərizəsinə əlavə etməmişdir. Bu da iddia ərizəsinin məhkəmədə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *50.*.2-ci maddəsinin tələbinə görə ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi AR MPM-nin *49-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə verildiyinə və onun məhkəmə icraatı mümkün olmadığına görə ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının Maraqlı şəxs*ndə notariat ofisi, Kürdəmir RİHB-nin Xırdapay kənd İƏD-i üzrə nümayənedəliyi və Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi maraqlı şəxslər qismində cəlb edilməklə miras qalmış əmlakın qəbul edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının Maraqlı şəxs*ndə notariat ofisi, Kürdəmir RİHB-nin Xırdapay kənd İƏD-i üzrə nümayənedəliyi və Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi maraqlı şəxslər qismində cəlb edilməklə miras qalmış əmlakın qəbul edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-2333/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2333/2024
11.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver