Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-237/2023 22.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçılar, İddiaçı2, İddiaçı5, İddiaçı3 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, X4 və İddiaçı3 Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh birgə mülkiyyətdə olan torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, X12 və İddiaçı3 iddia ərizəsi ilə məhkməyə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə ailə üzvlərinə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2,00 hektar torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş iddiaçı, həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1729/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün həmin qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/3531 nömrəli ekspert rəyi X1 xx.xx.2023-cü il tarixli, 10/3531 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçı, həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə 6 nəfərdən ibarət ailə üzvlərinə Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsi barədə JN-233 KOD 90614028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən 2021-ci ilə kimi özləri istifadə etmişlər. Əvvəllər başqasına aid olan torpaq sahəsindən istifadə edən Cavabdeh onların birgə mülkiyyətidə olan torpaq sahəsini zəbt edib həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək 2021-ci ildən etibarən istifadə edir. Cavabdehla aralarında olan mübahisəni həll etmək məqsədi ilə onlar Əmlak Məsələləri Dövlət Xidməi Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları Dövlət aktına əsasən onların birgə mülkiyyətində olan mübahisəli torpaq sahəsinə gələrək CPS adlı cihazla ölçü işləri aparıb hazırda Cavabdeh tərəfindən zəbt olunub istifadə edilən torpaq sahəsinin onlara aid olduğunu göstərmişdir. Lakin cavabdeh CPS cihazı ilə ölçülüb həmin torpaq sahəsinin onlara məxsu olduğunun təsdiq edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını və torpaq sahəsindən çıxmayacağını bildirir. Həmçinin qeyd edirik ki, cavabdehin əvvəl istifadə etldiyi torpaq sahəsi 236 kod nömrəsi ilə qeydə alınmış torpaq sahəsi olmaqla, onların birgə mülkiyyətində olan torpaq sahəsindən aralı məsafədə yerləşir. Cavabdeh JN-0233 KOD 90614028 nömrəli Dövlət aktına əsasən onların birgə mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edib istifadə etməsi nəticəsində onların mülkiyyət hüquqları kobud surətdə pozulmuş və bunun da nəticəsində birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə ailə üzvlərinə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2,00 hektar torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 İddiaçı2 ilə eyni məzmunda izahat verib Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə ailə üzvlərinə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2,00 hektar torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçılar İddiaçı6, X12 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, sözüdedən mübahisəli torpaq sahəsi tək onun yox, 5 nəfər ailə üzvlərinin istifadəsindədir. Təxminən 2021-ci ildə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsindən iddiaçıların istifadə etməsi məlum olmuşdur. Həmin torpaqla bağlı mülkiyyət hüququna dair dövlət aktını iddiaçılara göstərəndən sonra iddiaçılar könüllü olaraq torpaq sahşəsini boşaldıb onun istifadəsinə vermişlər. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli, 05 saylı qərarı ilə ona və ailə üzvlərinə olgöstərmiş dur. Oniddiaçıların iddia ərizəsi ona qarşı şər və böhtan xarakteri daşıyır. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixlti, 05 saylı qərarı ilə göstərilən sənədlər daxilindç 2,0 hektar torpaq sahsi ayrılmış və Dövlət aktı qeydiyyatı jurnalında xx.xx.2003-cü il tarixdə 216 nömrə ilə qeydiyyata alınmışdır. Ona verilmiş torpaq plan cizgiləri 236 və 236A nömrələri ilə göstərilmişdir. Vaxtilə torpaq sahəsi ayrılarkən ona verilən torpaq sahəsindən təxminən 30 sot sahə tamamilə əkinə yararsız sahəyə düşmüşdür. Həmçinin torpaq aktında onun sol qonşusu JN-235 nömrə ilə X7 adı, sağ qonşusu JN-237 nömrə ilə X2 adı qeyd edilmişdir. İddiaçıların təqdim etdiyi torpaq aktı JN-233 kod 90614028 nömrəli olmaqla JN-232 nömrə ilə X8 ilə qonşudurlar. Təxminən 2 il bundan əvvəl Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən İddiaçı1 müraciəti əsasında hə\min torpaq sahəsində CPS vasitəsi ilə 2 gün ərzində ölçü işləri apararaq torpaq sahəsinin ona məxsus olduğunu bildirmişlər. İddiaçıların məhkəməyə təqdim etdikləri dövlət aktında onun JN-233 saylı qeydiyyat aktının ona məxsus olduğuJN-232 nömrəli torpaq aktının X3 məxsus olması həmçinin torpaq sahəsinin torpaq sahəsinin ayrılması qeyd olunur. Lakin mülkiyyətə verilmiş torpaq sahəsi cizgisindən müəyyən olunur ki, ona ayrılmış torpaq sahəsinin bir kənarının qonşusu yoxdur. Bu akt özü özlüyündə şübhə doğurur. İddiaçılara ayrılmış torpaq sahəsinin bir kənarı boş olmaqla tamamilə başqa sahədir. O, özlərinə aid torpaq sahəsindən istifadə edir, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmiş və onlara özlərinə məxsus torpaq sahəsindən istifadə etmələrinə heç bir maneçilik törətmir. Ona görə də iddia tələbtinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi X21 ifadəsində göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadana əsasən Kürdəmir rayonunun Sor- Sor kəndi ərazisində yerləşən və iddiaçılar İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 2,0 hektar ölçüdə torpaq sahəsinə və Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1,66 hektar ölçüdə torpaq sahəsinə naturada baxış keçirilmiş və kordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl-ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,0 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-236 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,66 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi sərhədləri müəyyən edilməklə həmin torpaq sahələrinin arasında su arxı keçməklə torpaq sahələri tərəflərə göstərilmişdir. Həmçinin baxış zamanı cavabdeh X13 hazırda JN-233 nömrə ilə qeydə alınmış torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə üçüncü şəxs Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0233 KOD 90614028 nömrəli Dövlət aktının surətindən görünuür ki, İddiaçı1 başda olmaqla İddiaçı6 Abbasqulu qızı, İddiaçı2, İddiaçı5, X14 və İddiaçı3 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 tarixli qərarına əsasən Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,00 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yerləşən 1,9974 hekta torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində İddiaçı1 adlına qeydliyyata alınmışdır. Çıxarışın Hüquq sahibləri bölməsində hüquq sahibləri İddiaçı1, İddiaçı5, İddiaçı6, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə payı müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN-0236 KOD 90614028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cavabdeh başda olmaqla X15, X10, X9 və X11 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarına əsasən Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,66 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili təşkili şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1.2. AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən olunmuşdur. 3. AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi AzCAD məlumatlarında göstərilən JN-236 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinin 1,23 ha hissəsi ilə üst-üstə düşmür. Əlavə olaraq AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,35 ha torpaq sahəsi ilə üst-üstə düşür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3531 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-646/2023 nömrəli mütəxəssis rəyinə əsasən, AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə mütəxəssis rəyinə əsasən, AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AzCAD məlumatlarında göstərilən JN-236 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinin 1,23 ha hissəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,35 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iddiaçıları və cavabdehin izahatını dinləyib, habelə iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə 6 nəfərdən ibarət ailə üzvlərinə Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsi barədə JN-233 KOD 90614028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən 2021-ci ilə kimi özləri istifadə etmişlər. Əvvəllər başqasına aid olan torpaq sahəsindən istifadə edən Cavabdeh onların birgə mülkiyyətidə olan torpaq sahəsini zəbt edib həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək 2021-ci ildən etibarən istifadə edir. Cavabdehla aralarında olan mübahisəni həll etmək məqsədi ilə onlar Əmlak Məsələləri Dövlət Xidməi Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları Dövlət aktına əsasən onların birgə mülkiyyətində olan mübahisəli torpaq sahəsinə gələrək CPS adlı cihazla ölçü işləri aparıb hazırda Cavabdeh tərəfindən zəbt olunub istifadə edilən torpaq sahəsinin onlara aid olduğunu göstərmişdir. Lakin cavabdeh CPS cihazı ilə ölçülüb həmin torpaq sahəsinin onlara məxsu olduğunun təsdiq edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını və torpaq sahəsindən çıxmayacağını bildirir. Həmçinin qeyd edirik ki, cavabdehin əvvəl istifadə etldiyi torpaq sahəsi 236 kod nömrəsi ilə qeydə alınmış torpaq sahəsi olmaqla, onların birgə mülkiyyətində olan torpaq sahəsindən aralı məsafədə yerləşir. Cavabdeh JN-0233 KOD 90614028 nömrəli Dövlət aktına əsasən onların birgə mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edib istifadə etməsi nəticəsində onların mülkiyyət hüquqları kobud surətdə pozulmuş və bunun da nəticəsində birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 2,0 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların birgə mülkiyyətində, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən və JN-236 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 1,66 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətindədlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən olunmuş, AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi AzCAD məlumatlarında göstərilən JN-236 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinin 1,23 ha hissəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Həmçinin mütəxəssis rəyində AzCAD məlumatlarında göstərilən, JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçınüın naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,35 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3531 nömrəli Ekspert rəyindən görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1729 nömrəli qərardadının birinci və ikinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İddarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-646/2023 nömrəli mütəxəssis rəyinə əsasən, AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə mütəxəssis rəyinə əsasən, AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AzCAD məlumatlarında göstərilən JN-236 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinin 1,23 ha hissəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmin ekspertizanın rəyində AzCAD məlumatlarında göstərilən JN-233 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,35 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi X21 ifadəsində mübahisəli torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh iddiaçıların mülkiyyətində olan 2,0 hektar torpaq sahəsindən istifadə etdiyinin müəyyən edilməsini bildirmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən 2,0 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin X5 və onun ailə üzvlərinin birgə mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin 0,92 ha hissəsi hazırda cavabdehlər tərəfindən qanunsuz zəbt edilərək istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərcləri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh İddiaçı1 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonunun, Sor-Sor kəndi ərazisində yerləşən 2,0 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmalı və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı1 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonunun, Sor-Sor kəndi ərazisində yerləşən 2,0 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılsın və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qaldırılsın. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-237/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-237/2023
22.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver