Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2376/2024 10.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi X1 Şirvan oğlunun katibliyi İddiaçı Adişirin oğlunun Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası üzrə üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Adişirin oğlu Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ 432930 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, İddiaçı Adişirin oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzs məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Adişirin oğlunun Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası üzrə üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2376/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2376/2024
10.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver