Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2485/2024 03.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının iştirakı ilə, Ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının (maraqlı şəxslər Maraqlı şəxs*ndə notariat ofisi, Kürdəmir RİHB-nın Xırdapay kənd İƏD-i üzrə nümayəndəliyi, Kürdəmir rayon Xırdapay bələdiyyəsi) miras qalmış əmılakın qəbul edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızı ərizə ilə məhkəməyə müraciət edərək himayəsində yaşadığı mərhum əmisi X* miras qalmış, Kürdəmir rayonu, Xırdapay kəndindəki 0.*2 ha həyətyanı torpaq sahəsinin və 2 otaqlı yaşayış evinin qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızı vəsatətlə məhkəməyə müraciət edərək, hazırda mübahisə ilə bağlı DƏDRX-nin *6 saylı Ucar ərazi idarəsinə müraciət etməli olduğu üçün ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizəçi Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının vəsatəti təmin edilməli və ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin *70.*-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 26*.0.*- 26*.0.3. və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin *70.3-cü maddəsinə əsasən bu Məcəllənin *70.*-ci və *70.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin *70, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. Cəbrayılova (Əhmədova) Leyla Əliazad qızının (maraqlı şəxslər Maraqlı şəxs*ndə notariat ofisi, Kürdəmir RİHB-nın Xırdapay kənd İƏD-i üzrə nümayəndəliyi, Kürdəmir rayon Xırdapay bələdiyyəsi) miras qalmış əmılakın qəbul edilməsi barədə ərizəsi ərizəçinin vəsatətinə əsasən qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2485/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2485/2024
03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver