Məhkəmə qərarları › İş №2(041)-2502/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2502/2024

05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2502/2024 05.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı, nümayəndəsi vəkili X1 Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nuhiyev Aqşin ələmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və sair tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-İddiaçı tərəfindən mülkiyyətində olan 0.011 ha torpaq sahəsində qanunsuz inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir şəhəri H.Əliyev küçəsi məhəllə 3 ev 30 yeni qaydalarla Kürdəmir şəhəri H.Əliyev pr. Ev 157 ünvanında yerləşən 0,271 ha torpaq sahəsindən cavabdeh X2 çıxarılması və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir maneəçilik etməsinin qadaşağbn olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında tərəflər vəsatətlə çıxış edərək hər iki iddianın birləşdirilərək bir icraatda baxılmasını xahiş etdilər. İddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası 2(041)-2224/2024 nömrəsi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası isə 2(041)-2502/2024 nömrəsi ilə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə tərəflərin vəsatətini nəzərə alaraq, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü hər iki işin bir icraatda birləşdirilməsini və 2(041)-2224/2024 nömrəsi altında birləşdirilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair 2(041)-2224/2024 saylı mülki iş iddiaçı İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair 2(041)-2502/2024 saylı mülki işlə birləşdirilsin və hər iki mülki iş 2(041)-2224/2024 nömrəsi ilə icraata qəbul edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Kürdəmir rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar