Məhkəmə qərarları › İş №2(041)-251/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-251/2023

27.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-251/2023 27.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı icarəyə verilmiş torpaq sahəsinin geri, özünə yenidən icarəyə qaytarılmasına, bu mümkün deyildirsə tərəfindən həmin sahədə tikililərə çəkilmiş 85.000 manat xərc (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən Kürdəmir rayonu inzibati ərazisindəki 23h saylı “Qızıl Ağac” adlanan sahədə icarəyə verilmiş torpaq sahəsinin geri özünə yenidən icarəyə qaytarılmasına, bu mümkün deyildirsə tərəfindən həmin sahədə tikililərə çəkilmiş 85.000 manat xərc (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə ünvan 2 ünvanda yaşayan fiziki şəxs İddiaçı örüş-qoyunçuluğun inkişafı üçün 300 hektar torpaq sahəsinin verilməsinə dair 15 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(83)-392/2017 nömrəli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı icarə hüququna xitam verilməsi, icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iqtisadi mübahisə üzrə Cavabdeh1 Başçısının xx.xx.2014-cü il tarixli, 374 nömrəli sərəncamı ilə İddiaçı 15 il müddətə icarəyə verilmiş 300 ha qış otlaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 123 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və İddiaçı həmin torpaq sahəsindən əmlakları ilə birlikdə sahədən çıxarılması qət edilmişdir. Məhkəmə heseb edir ki, İddiaçı Cavabdeh1nə qarşı Kürdəmir rayonunun inzibati ərazisindəki 23h “Qızıl Ağac” adlanan sahədə icarəyə verilmiş torpaq sahəsinin geri, özünə yenidən icarəyə qaytarılması tələbi üzrə Gəncə İnzibati-İqtisadi məhkəməsinin qavnuni qüvvəyə minmiş qətnaməsi olduğundan və həmin sahədə tikililərə çəkilmiş 85.000 manat xərcin (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) Cavabdeh1 tərəfindən ödənilməsi tələbinə baxılması İnzibati məhkəməyə aid olduğundan iddia tələbinə həmin hissədə xitam verilməklə qərardad qəbul ediliməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 3-cü sırasının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tiərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbində tikililərə çəkilmiş xərcin tələb edilməsi ilə birlikdə Kürdəmir rayonunun inzibati ərazisindəki 23h saylı “Qızıl Ağac” adlanan sahədə icarəyə verilmiş torpaq sahəsinin geri özünə yenidən icarəyə qaytarılmasını tələb etmişdir. Belə olan halda məhkəmə heseb edir ki, hazırki şəraitdə iddia tələbinin İddiaçı Kürdəmir rayonunun inzibati ərazisindəki 23h saylı “Qızıl Ağac” adlanan sahədə icarəyə verilmiş torpaq sahəsinin geri, özünə yenidən icarəyə qaytarılması və həmin sahədə tikililərə çəkilmiş 85.000 manat xərcin (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) Cavabdeh1 tərəfindən ödənilməsi tələbinə həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 263.5-ci maddəsinin tələbinə görə qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Kürdəmir rayonunun inzibati ərazisindəki 23h saylı “Qızıl Ağac” adlanan sahədə icarəyə verilmiş torpaq sahəsinin geri, özünə yenidən icarəyə qaytarılması və həmin sahədə tikililərə çəkilmiş 85.000 manat xərcin (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) Cavabdeh1 tərəfindən ödənilməsi tələbinə xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar