Məhkəmə qərarları › İş №2(041)-2511/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2511/2025

23.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2511/2025 23.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Kürdəmir regional “Asan Xidmət” mərkəzi Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilmiş hesab edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış, Kürdəmir rayonunun Mürtülü kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilmiş hesab edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı izahatında göstərdi ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Kürdəmir rayonunun Mürtülü kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilmiş hesab edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini istəyir. Digər vərəsələr (bacı-qardaşları) mirasdan imtina etsələrdə, bacısı X3 imtina etmişdir. Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli 755 nömrəli cavab məktubunda mirasın qəbul müddətini ötürdüyü üçün və vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçının bacısı X3 miras əmlakın qardaşı İddiaçı adına keçməsinə razı olmadığından, Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən mirasın qəbul müddətini ötürdüyü və vərəsələr arasında ixtilaf olduğu üçün iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İddiaçı mübahisənin məhkəmə qaydasında həlli üçün bacısı X2 qarşı iddia qaldırmaq əvəzinə, cavabdeh qismində Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsi imzalanmadan məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə müvafiq olaraq ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Kürdəmir regional “Asan Xidmət” mərkəzi Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilmiş hesab edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İşdə olan sənədlər və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar