Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-255/2023 16.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək Kürdəmir rayonu, Xəlsə kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-832/2022 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün həmin qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/7869 nömrəli ekspert rəyi X1 xx.xx.2023-cü il tarixli, 10/7869 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, digər payçılar X8 və X9 ilə birlikdə Kürdəmir rayonu, Xəlsə kəndi ərazisində özlərinə məxsus 2,1069 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona xx.xx.2018-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi onun və paylı mülkiyyətçilər X8, X2 xüsusi mülkiyyətində olmasına baxmayaraq torpaq sahəsini Cavabdeh zəbt edib qanunsuz isittifadə etdiyinə görə xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Dəfələrlə cavabdehdən mülkiyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də o, həmin torpaq sahəsindən çıxmır və çıxmayacağını bildirir. Cavabdeh Yadıulla oğlunun qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hünququ pozulmaqla xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də Kürdəmir rayonu, Xəlsə kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməyərək iddia ərizəsinə dair etiraz ərizəsini məhkəməyə göndərmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İddiaçı ”Ailə mülkiyyətində olan pay torpaq sahəsindən məcburi qaydada çıxarılma barədə” iddia ərizəsinə etiraz ərizəsində göstərmişdir ki, İddiaçı iddia ərizəsi ona və ailə üzvlərinə qarşı şər və böhtan olmaqla yanaşı həqiqəti əks etdirmir və iddia tam həcmdə qanunsuzdur. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirir ki, digər payçılar ilə birlikdə onun Kürdəmir rayonunun Xəlsə kəndində onlara məxsus 2,1 ha torpaq sahəsinə Çıxarış mövcuddur və buna baxmayaraq sözügedən torpaq sahəsindən istifadə etməsinə guya onun tərəfindən maneçilik göstərilir və onların mülkiyyətində olan torpaq sahəsi zəbt olunaraq qanunsuz istifadə edilir. Ölkədə keçən əsrin 90-cı illərində aparılan Aqrar İslahat nəticəsində Xəlsə kəndinin bütün sakinləri kimi onların da ailəsinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə valideynləri başda olmaqla, 6 nəfər ailə üzvlərinə 4,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmçinin iddiaçı olan İddiaçı ailəsinə də həmin vaxt onlarla sərhəddə qonşu torpaq sahəsindən 2,1 hektar pay torpaq sahəsi verilmişdir. 1999-cu ildə pay torpaqlarının yerlərində kordinatlar üzrə püşk qaydasında bölgüsü zamanı iddiaçıya veriləcək torpaq sahəsi növbəlik əsasında onlardan sonra yerində ölçülərək 2,1 hektar sahə onların qonşuluğunda yerləşdiyinə görə valideynləri ilə razılaşma əsasında ailələrinə məxsus 4,51 hektar torpaq sahəsindən 1,61 hektarı istifadə üçün iddiaçının ailəsinə verilmişdir. Həmin vaxtdan hal-hazıra kimi ailələri JN-0011 kod 90607038 saylı Dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş 4,51 hektar pay torpağının 2,9 hektarından istifadə edirlər və keçən müddət ərzində bu sahədə heç bir söz-söhbət yaranmamışdır. Bundan keçən 24 ildən sonra iddiaçının onlara qarşı torpaq sahəsi tələbi ağlasığmazdır. Bu barədə iddiaçı 2022-ci ilin əvvəllərində iddia tələbini onlara bildirmişdir və onun buna dair hüquqi sənədi Çıxarış olmasını diqqətinə çatdırmışdır. Bundan sonra onlar DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fizuli İsayevin yanında olmuş və bu məsələyə aydınlıq gəğtirilməsini xahiş etmişldər. Onun onlara verdiyi izahata əsasən iddiaçının əldə etdiyi torpaq sahəsinə dair Çıxarış ilkin sənədlər əsasında verilməmiş, ləğv edilməlidir və həmin Çıxarışın onların Dövlət aktı əsasında mülkiyyətlərində olan torpaq sahəsinə aidiyyəti yoxdur. İddiaçı son 24 il ərzində onların mülkiyyətində olan 1,61 hektar torpaq sahəsindən valideynlərinin razılığı əsasında istifadə etdiyi halda bu gün həmin ərazinin ona verilməsi iddiasına düşmüşdlür və onun bu iddiası qanunsuzdur. Belə olduğu halda hazırda mülkiyyətlərində olan 4,51 hektar torpaq sahəsinə sərəncam vermək hüququ olan 4 nəfər ailə üzvlərinin qərarı ilə iddiaçıya razılıq əsasındla istifadəsinə verilmiş 1,61 hektar torpaq sahəsi iddiaçıdan geri alınmalıdır. Ona görə də iş üzrə iddiaçı Kürdəmir rayonu, Xəlsə kənd sakini İddiaçı iddia ərizəsi üzrə tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Xəlsə kəndi ərazisində 2,1069 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin çıxarışın Hüquq sahibləri bölməsində X3 payı 1/4 hissə, X4 payı 1/4 hissə, İddiaçı payı 2/4 hissə müəyyən edilmişdir. Cavabdeh tərpəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0011 KOD 90607038 nömrəli Dövlət aktının surətindən görünür ki, X10, X6, X7, Hacıyeva Raziyyə, X11 və Cavabdeh Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Kürdəmir rayonu Xəlsə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,51 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus və Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2.1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən edilmişdir. Elektron bazada təqdim olunan AZCAD məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 2,1069 ha torpaq sahəsi Cavabdeh naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1,89 ha torpaq sahəsi ilə üst-üstə düşür. Elektron baza məlumatlarında təqdim olunan AZCAD məlumatlarına əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,1069 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7869 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci və 2-ci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Nurlan Xəlilovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus və Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları yerində müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Nurlan Xəlilovun mütəxəssis rəyində qeyd edilir ki, elektron bazada təqdim olunan AZCAD məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 2,1069 ha torpaq sahəsi Cavabdeh naturada göstərdiyi və faktiki etdiyini bilddirdiyi 1,89 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı digər payçılar X8 və X9 ilə birlikdə Kürdəmir rayonu, Xəlsə kəndi ərazisində özlərinə məxsus 2,1069 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən iddiaçıya xx.xx.2018-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi onun və paylı mülkiyyətçilər X8, X2 xüsusi mülkiyyətində olmasına baxmayaraq torpaq sahəsini Cavabdeh zəbt edib qanunsuz isitifadə etdiyinə görə xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Dəfələrlə cavabdehdən mülkiyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də o, həmin torpaq sahəsindən çıxmır və çıxmayacağını bildirir. Cavabdeh Yadıulla oğlunun qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hünququ pozulmaqla xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh etirpaz ərizəsində valideynləri ilə razılaşma əsasında ailələrinə məxsus 4,51 ha torpaq sahəsindən 1,61 hektarı istifadə üçün iddiaçının ailəsinə verildiyini göstərməklə həmin torpaq sahəsinin 2,9 hektarından keçən 24 il ərzində istifadə etdiyini göstərməklə iddiaçıya və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsindən istifadə etdiyini qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ailə üzvləri, X8 və X9 ilə birgə paylı mülkiyyətlərində Kürdəmir rayonunun Xəlsə kəndi ərazisində 2,1069 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və həmin torpaq sahəsinə görə onlara DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7869 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci və 2-ci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Nurlan Xəlilovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus və Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları yerində müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Nurlan Xəlilovun mütəxəssis rəyində qeyd edilir ki, elektron bazada təqdim olunan AZCAD məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 2,1069 ha torpaq sahəsi Cavabdeh naturada göstərdiyi və faktiki istifadə etdiyini bilddirdiyi 1,89 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İş materiallarından göründüyü kimi Cavabdeh Yadılla oğlunun İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 2,1069 ha torpaq sahəsinin 1,89 hektar hissəsindən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüququdur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət üdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2,1069 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,89 hektar hissəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmalı, cavabdeh tərəfindən həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,89 hektar hissəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılsın və cavabdeh tərəfindən həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə edilən maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-255/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-255/2023
16.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver