Məhkəmə qərarları › İş №2(041)-257/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-257/2023

10.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-257/2023 10.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək Kürdəmir rayonunun inzibati ərazisində 13 saylı “Bozbaşlı” adlanan qış otlaq sahəsindən icarəsinə verilmiş 180 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmiş 30 hektarından cavabdehlərin əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh1 vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)- 981/2022 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün həmin qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 10/7870 nömrəli ekspert rəyi X1 xx.xx.2022-ci il tarixli, 10/7870 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 6 nömrəli sərəncamına əsasən qışlaqdan istifadə etmək üçün Kürdəmir rayonunun inzibati ərazisindəki 13 saylı “Bozbaşlı” adlanan qış otlaq sahəsindən icarəsinə 180 hektar torpaq sahəsi verilmişdir. Həmin sərəncama əsasən Kürdəmir rayon İcra Hakimiyyəti ilə onun arasında xx.xx.2011-ci il tarixdə 15 il müddətinə Torpaq İcarə müqaviləsi bağlanmışdır. İcarəyə verilməsi nəzərdə tutulan 180,0 ha örüş sahəsinin yerqurluşu planını almışdır. İcarə müqaviləsinə əsasən icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə istifadə edir və icarə haqqını vaxtında ödəyir. İcarəsində olan torpaq sahəsi Cavabdeh1 icarəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh1 icarəsində olan torpaq sahəsi ilə onun icarəsində olan torpaq sahəsinin ona aid olan torpaq sahəsinin sərhəddi daxilində olan 30 hektar sahəni cavabdeh Teyyubov X2 Zülfiqar Qürbət oğlu ilə birlikdə qanunsuz zəbt edib Zülfiqarın və özünün mal-qaralarını otarmaqla onun özünü icarəsində olan torpaq sahəsinə buraxmırlar və həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törədirlər. Dəfələrlə cavabdehlərdən icarəsində olan torpaq sahəsinin zəbt etdikləri 30 hektarından çıxmalarını tələb və xahiş etsə də, cavabdehlər ona aid olan torpaq sahəsinin 30 hektarından qanunsuz istifadə etməkdə davam edirlər. Ona görə də Kürdəmir rayonunun inzibati ərazisində 13 saylı “Bozbaşlı” adlanan qış otlaq sahəsindən icarəsinə verilmiş 180 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmiş 30 hektarından cavabdehlərin əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, nə o, özü və nədə onun çobanı Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və onun icarəsində olan torpaq sahəsindən istiıfadə etməsinə heç bir maneçilik törətməmişlər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 6 nömrəli sərəncamının surətindən görünür ki, Kürdəmir rayonunun inzibati ərazisindəki 13 saylı “Bozbaşlı” adlanan qış otlaq sahəsinin 180 hektarı İddiaçı istifadəsinə (icarəyə) verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini X5 ilə İddiaçı arasında bağlanmış müqaviləsinə əsasən qoyunçuluğu inkişaf etdirmək və örüş məqsədi ilə 15 il müddətinə 180 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və Qəbələ RİHB-nin Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 737 nömrəli arayışdan görünür ki, İddiaçı şəxsi təsərrüfatında 450 baş xırda buynuzlu (qoyun), 2 rəst at vardlır. Cavabdeh1 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş A 113930 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Kürdəmir rayon İHB-nin xx.xx.2007-ci il tarixli, 73 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli, 46 saylı icarə müqaviləsi ilə ilə Kürdəmir rayonu ərazisindən 15 il müddətinə örüş-otlaq qoyunçuluq məqsədi ilə 500000 kv.m. torpaq sahəsi verilmiş və X6 kitabında xx.xx.2008-ci il tarixdə 269 nömrə ilə qeydə alınmışdır. Cavabdeh1 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş A 113931 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Kürdəmir rayon İHB-nin xx.xx.2007-ci il tarixli, 73 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli, 46 saylı icarə müqaviləsi ilə Kürdəmir rayonu ərazisindən 15 il müddətinə örüş-otlaq qoyunçuluq məqsədi ilə 700000 kv.m. torpaq sahəsi verilmiş və X6 kitabında xx.xx.2008-ci il tarixdə 270 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, 3(041)-503/2022 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Kürdəmir rayonu, Şilyan kəndi ərazisindəki 180 ha torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar polis əməkdaşları tərəfindən izahatı alınarkən Cavabdeh2 polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunmuş və o, AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, 3(041)-505/2022 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Kürdəmir rayonu, Şilyan kəndi ərazisindəki 180 ha torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar Cavabdeh2 onu söyüb təhqir etdiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunmuş və o, AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı adına verilmiş yerqurluşu planında göstərilən 180 hektar torpaq sahəsinin döngə nöqtələrinin kordinatları müəyyən edilmişdir. Məhkəmə tərəfindən təqdim olunan İddiaçı adına 1080,0 hektar torpaq sahəsinə hazırlanmış yerqurluşu planında göstərilən kordinatlar **********1690 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü səqnədi ilə Cavabdeh1 adına verilmiş 70,0 ha torpaq sahəsinin 8,88 ha hissəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7870 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci-ikinci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İddarəsinin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı adına verilmiş yerqurluşu planında göstərilən 180 hektar torpaq sahəsinin döngə nöqtələrinin kordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə mütəxəssis rəyinə əsasən, İddiaçı adına 180 hektar torpaq sahəsinə hazırdlanmış yerqurluşu planında göstərilən kordinatların **********1690 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçü sənədi ilə Cavabdeh1 adına verilmiş 70,0 ha torpaq sahəsinin 8,88 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 6 nömrəli sərəncamına əsasən qışlaqdan istifadə etmək üçün Kürdəmir rayonunun inzibati ərazisindəki 13 saylı “Bozbaşlı” adlanan qış otlaq sahəsindən icarəsinə 180 hektar torpaq sahəsi verilmişdir. Həmin sərəncama əsasən Kürdəmir rayon İcra Hakimiyyəti ilə onun arasında xx.xx.2011-ci il tarixdə 15 il müddətinə Torpaq İcarə müqaviləsi bağlanmışdır. İcarəyə verilməsi nəzərdə tutulan 180,0 ha örüş sahəsinin yerqurluşu planını almışdır. İcarə müqaviləsinə əsasən icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə istifadə edir və icarə haqqını vaxtında ödəyir. İcarəsində olan torpaq sahəsi Cavabdeh1 icarəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh1 icarəsində olan torpaq sahəsi ilə onun icarəsində olan torpaq sahəsinin ona aid olan torpaq sahəsinin sərhəddi daxilində olan 30 hektar sahəni cavabdeh Teyyubov X2 Zülfiqar Qürbət oğlu ilə birlikdə qanunsuz zəbt edib Zülfiqarın və özünün mal-qaralarını otarmaqla onun özünü icarəsində olan torpaq sahəsinə buraxmırlar və həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törədirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 İddiaçı istifadəsində olan 180 ha torpaq sahəsini özbaşına zəbt edərək İddiaçı həmin toraq sahəsindən istifadə etməsiqnə maneçilik törətməsi ilə əlaqədar Cavabdeh2 barəsində Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-503/2022 nömrəli və xx.xx.2022-ci il tarixli, 3(041)-505/2022 nömrəli qərarlarına əsasən İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı cavabdehlərin onun icarəsinə verilmiş 180 ha torpaq sahəsinin 30 ha hissəsini zəbt etdiklərini göstərsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İddarəsinin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli mütəxəssis rəyinə əsəsən İddiaçı adına 180 hektar torpaq sahəsinə hazırlanmış yerqurluşu planında göstərilən kordinatların **********1690 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçü sənədi ilə Cavabdeh1 adına verilmiş 70,0 ha torpaq sahəsinin 8,88 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İş materiallarından göründüyü kimi cavabdehlər İddiaçı verilmiş 180 ha torpaq sahəsinin 8,88 hekatar hissəsindən istifadə etdikləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüququdur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Teyyubov X3 rayonunun inzibati ərazisində 13 saylı “Bozbaşlı” adlanan qış otlaq sahəsindən İddiaçı icarəyə verilmiş 180 hektar torpaq sahəsinin 8,88 ha hissəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsindən iddtiaçı İddiaçı istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Teyyubov X3 rayonunun inzibati ərazisində 13 saylı “Bozbaşlı” adlanan qış otlaq sahəsindən İddiaçı icarəyə verilmiş 180 hektar torpaq sahəsinin 8,88 ha hissəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılsınlar və həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar