Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2594/2024 10.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı bildirdi ki, Kürdəmir rayonunun Kəngərli kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri Nərimanov rayonu, X6 küçəsi, ev 12-də yaşayır. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ev 8 mənzil 29 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2024-cü ilin əvvəllərində cavabdeh onun xəbəri olmadan onunla əmək müqaviləsi bağlamış, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh özbaşına bağladığı əmək müqaviləsini ləğv etmir. Odur ki, hazırki iddia tələbi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, cavabdehin yaşayış yeri üzrə ünvanı ünvan 1sı Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. İddiaçı mülki işin aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35 və 45-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı X1 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması ücün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2594/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2594/2024
10.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver