Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2621/2025 11.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Kürdəmir regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilmiş hesab edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosesual müddətin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Muradxan kəndi ərazisində yerləşən mərhum X4 və mərhum anası X6 Kürdəmir rayonunun Muradxan kəndi ərazisində 0,09 ha həyətyanı torpaq sahəsindən və 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət olan miras əmlakın mənim tərəfimdən qəbul edilmiş hesab edilməsi və mənə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa eilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. X4 xx.xx.1980-ci il tarixdə, anası X12 xx.xx.2022-ci il tarixdə, bacıları Novruzova (Süleymanova) Sənayə Məhəmməd qızı xx.xx.2021-ci il tarixdə, digər bacısı xx.xx.1952-ci il təvəllüdlü X15 xx.xx.1953-cü il tarixdə ölmüşlər. X3 və xx.xx.1961-ci il təvəllüdlü Heydərova (Süleymanova) Sədəf Məhəmməd qızı öz ailələri ilə birlikdə hazırda Bakı şəhərində ayrı-ayrı ünvanlarda özlərinə məxsus olan mənzillərdə yaşayırlar. Mərhum X4 və mərhum anası X12 vəfat etdikləri günə kimi Kürdəmir rayonunun Muradxan kəndində özlərinə məxsus evdə yaşamışlar. Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli, 3-48-25 RA/2- 39-195/2025 nömrəli X26 rayon İHB-nin Muradxan kənd lƏD-nin Kürdəmir rayon Dövlət Arxivində saxlanılan 1963-1965-ci illərə aid olan 01 saylı təsərrüfatbaşına kitabın 75 saylı şəxsi hesabına aasən xx.xx.1980-ci il tarixdə ölmüş mərhum X4nun başçılıq etdiyi təsərrüfatda 1963-cü il tarixə 0,10 ha, 1964-1965-ci illərə aid olan göstəricidə 0,09 ha torpaq sahəsi olduğu qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə ölmüş mərhum anası X9 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə Kürdəmir rayonu, Muradxan kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsah üçün 0.50 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə ona JN-0454 KOD 90614018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. X4 öləndən sonra mərhum atasından qalma evlərində mərhum anası X12 ölənə kimi, yəni xx.xx.2022-ci il tarixə kimi yaşamışdır. Anası öləndən sonra X3, bacısı X21 və o onun vərəsələri kimi qalmışlar. X3 və bacısı X21 hazırda Bakı şəhərində ayrıayrı ünvanlarda özlərinə məxsus mənzildə yaşayırlar və mərhum valideynlərindən qalma miras əmlakı qəbul etməmişlər. O özü hazırda Kürdəmir rayonunun Muradxan kəndində ailə üzvləri ilə birlikdə özlərinə məxsus evdə yaşasa da, mərhum valideynlərindən miras qalan həyətyanı törpaq sahəsini, həmin torpaq sahəsində olan fərdi yaşayış evini və kənd təsərrüfatı məhsullart istehsalı üçün mərhum anasının mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsini o qəbul etmiş və hazırdada idarə edir. 2025-ci ilin noyabr ayında o xx.xx.1980-ci il tarixdə ölmüş mərhum X4 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum anası X5 miras qalan əmlaka dair tam hissədə pay aldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzindəe notariat ofisinə müraciət etsə də, notariat ofisi xx.xx.2025-ci il tarixli məktubla mirasın qəbulu müddətinin ötürüldüyü üçün vərəsəlik hüququ haqqinda şəhadətnamə verilməsinin mümkün olmadığına görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyinə görə miras əmlakın idarə edilməsi və həmin əmlaka dair heç bir sənədləşdirmə işi apara bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Muradxan kənd icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, AZ-İİ №505715 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1980ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində ölmüşdür. -Kürdəmir rayon Muradxan kənd sovetinin xx.xx.1978-ci il tarixli evlənmək haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 ilə X13 nikahları xx.xx.1961-ci il tarixdə 9 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.1922-ci il tarixli, AZ-İİ №309667 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində ölmüşdür. - Kürdəmir rayon Muradxan kənd icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli AZ-T 327835 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. X4, anası X11r. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İİ №157496 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. - Kürdəmir rayon Muradxan kənd sovetinin xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X17 xx.xx.1947-ci il tarixdə doğulmuşdur. X4, anası X11r. - Kürdəmir rayon Muradxan kənd sovetinin xx.xx.1954-cü il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 xx.xx.1954-cü il tarixdə doğulmuşdur. X4, anası X11r. - Kürdəmir rayon Muradxan kənd sovetinin doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 xx.xx.1952-ci il tarixdə doğulmuşdur. X4, anası X11r. - Kürdəmir regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 05/09İS/144253-25 nömrəli arayışından görünür ki, İddiaçı aşağıdakı kimi ailə tərkibi vardır: X14 (xx.xx.1893) (ölüb). X12 (xx.xx.1930) (ölüb). X17 (xx.xx.1947) (ölüb). X15 (xx.xx.1952) (ölüb). X16 (xx.xx.1954). X21 (xx.xx.1961). -Kürdəmir rayon İHB-nın İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 656 nömrəli arayışına əsasən, Dünyamalıyeva (Süleymanova) Şərəbanı Məhəmməd qızının, onun mərhum atası X1 rayonunun Muradxan kəndində vəfat edən günədək onunla birgə yaşamış və xx.xx.2022-cı il tarixdə vəfat etdiyi zaman aşağıdakı üzüvləri (varisləri) var. Novruzova (Süleymanova) Sənayə Məhəmməd qızı (bacısı). X16 (qardaşı). Heydərova (Süleymanova) Sədəf Məhəmməd qızı (bacısı). -Kürdəmir rayon İHB-nın İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 655 nömrəli arayışına əsasən, Dünyamalıyeva (Süleymanova) Şərəbanı Məhəmməd qızının, onun mərhum atası X2 rayonunun Muradxan kəndində vəfat edən günədək onunla birgə yaşamış və xx.xx.1980-cı il tarixdə vəfat etdiyi zaman aşağıdakı üzüvləri (varisləri) var. X12 (anası). Novruzova (Süleymanova) Sənayə Məhəmməd qızı (bacısı). X16 (qardaşı). Heydərova (Süleymanova) Sədəf Məhəmməd qızı (bacısı). -Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, Kürdəmir rayon İHB-nin Muradxan kənd İƏD-nin Kürdəmir rayon Dövlət Arxivində saxlanılan 1963- 1965-ci illərə olan 01 saylı təsərrüfatbaşına kitabın 75 saylı şəxsi hesabına əsasən mərhum X8 başçılıq etdiyi təsərrüfatda 1963-cü il tarixə 0,10 ha, 1964-1965-ci illərə olan ğösdəricidə 0,09 ha torpaq sahasi olması qeyd olunur. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı müraciətinə xx.xx.2025-ci il tarixli 1192 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1980-ci il tarixdə ölmüş X14 və xx.xx.2022-ci il tarixində ölmüş X5 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. -”Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə (JN-0454, KOD ********) dövlət aktı qeydiyyat kitabında 17 mart 2003-cü il tarixdə 528 nömrə ilə qeydiyyata alınmış, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.50 ha torpaq sahəsi X9 verilmişdir. - Kürdəmir regional Asan Xidmət Mərkəzində notariat ofisi və Bakı şəhəri 5 saylı notariat ofisində imzalanmış ərizədən görünür ki, X16, X21 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2022-ci il tarixdə vəfat etmiş anam X6 və xx.xx.1980-cı il tarixdə vəfat etmiş atam X7, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişəm. Miras əmlaka dair istənilən əsaslarla mənə çatası vərəsəlik payına dair hüquqlarımı rəsmiləşdirmək istəmirəm, məni vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazları yoxdur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə (JN-0454, KOD ********) dövlət aktı qeydiyyat kitabında 17 mart 2003-cü il tarixdə 528 nömrə ilə qeydiyyata alınmış, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.50 ha torpaq sahəsi X9 verilmişdir. X12 xx.xx.2022-ci il tarixdə ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə mərhumun qızı İddiaçı müraciətinə imtina edilmiş, əsas kimi müddətin ötürüldüyü göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.1980-ci il tarixdə ölmüş X14 və xx.xx.2022-ci il tarixdə ölmüş X5 miras qalan əmlaka dair (Kürdəmir rayonu Muradxan kəndi) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.1980-ci il tarixdə ölmüş X14 və xx.xx.2022-ci il tarixdə ölmüş X5 miras qalan əmlaka dair (Kürdəmir rayonu Muradxan kəndi) vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2621/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2621/2025
11.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver