Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-267/2025 20.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X2 Cavabdeh Kürdəmir Su X1 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir Su X1 İdarəsinin rəisinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmrinin ləğv edilməklə, ştat vədvəli üzrə əvvəl işlədiyi vəzifəyə uyğun işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının cavabdeh idarədən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ali təhsilli mütəxəssis olmaqla xx.xx.1990-cı il tarixdə Kürdəmir rayon Suvarma Sistemləri idarəsində (hazırki Kürdəmir Su X1 İdarəsi) işə qəbul olunub və müxtəlif vəzifələrdə işləmişdir. İşdən çıxarıldığı vaxt 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir xəbərdarlıq və töhmət almamışdır. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X13 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X13 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar keçmiş X6 İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən R.H.Nəsirov xx.xx.2024-cü il tarixli, 01/56-316 nömrəli xəbərdarlıqla tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşdüyünü bildirmiş və xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən ediləcəyi və bu barədə ona əlavə məlumat veriləcəyini bildirib həmin xəbərdarlığa imza edilmişdir. Kürdəmir Su X1 İdarəsinə yeni təyin edilmiş rəis M.A.Aşurov “X13 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş struktru və ştat cədvəlinə əsasən X6 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidinin xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi ilə əlaqədar olaraq özünün xx.xx.2024-cü il tarixli 60-6 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxsi və X13 Xidməti Publik üquqi Şəxsinin struktru və ştat cədvəli təsdiq edilərkən aparılan islahatların idarəetmə sistemini təkmiləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşımaqla islahatlar çərçivəsində yeni struktur bölmələrinin formalaşdırılması, bəzi şöbələrin birləşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunmuş, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onların müsabiqə əsasında yenidən işə qəbul olunması, işçilərin bir qisminin Agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulmuşdur. Bütün bunlara baxmayaraq Kürdəmir Su X1 İdarəsinin rəisi M.A.Aşurov göstərilənlərin heç birinə məhəl qoymadan onun ali təhsilli mütəxəssis olmaqla 34 illik iş təcrübəsini nəzərə almadan Əmək Məcəlləsinə zidd olmaqla barəsində ayrı-seçkilik edərək xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmri ilə tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsini ləğv etmişlər. Əslində isə işlədiyi 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsi ixtisara düşməmiş, sadəcə olaraq işlədiyi vəzifənin dərəcə yeni təsdiq olunmuş ştat cədvəlinə uyğun bir dərəcə aşağı salınmış və qış otlaqları sahəsinin daxilində olan 13-cü dərəcə sahə rəisi vəzifəsi əlavə edilmişdir. Hazırda həmin yerdə onun oğlu X11 işləyir. İddiaçı izahatının sonunda sözü gedən idarədə istənilən işlərdə işləyə biləcəyini, ailə vəziyətini, oğlu Elmar Musayevin ondan ayrı yaşadığını nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddiaçının verdiyi məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə "X13 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmnlə "X13 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən X6 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Ştat vahidinin ixtisara düşməsi barədə İddiaçı xəbərdarlıq edilmiş və o, xx.xx.2024-ci il tarixdə xəbərdarlığı öz imzası ilə qəbul edib götürmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən Kürdəmir Su X1 İdarəsindən (keçmiş adı X6 İdarəsi) 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri İstismarı üzrə bölmə rəisi vəzifənidə çalışan İddiaçı Heybət oğlu xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir və son-haqq hesab aparılaraq ona ödənilmişdir. X17 X1 İdarəsində 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsi yoxdur. Bundan əlavə X5 işləmək istədiyi sahə rəisi vəzifəsi ali təhsil tələb edən vəzifədir. "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının təsdiqi və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının 1.7-ci bəndində qeyd olunub ki, Bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. İddiaçı ali təhsilli olması barədə təqdim etdiyi SSRİ-nin tərkibində olan dövlətin təhsil müəssisəsi tərəfindən 1995-ci ilin fevral ayında verilən ЩИ 707487 nömrəli diplomu Təhsildə Keyfiyyət Agentliyinin rəsmi səhifəsində yoxlanılmış, yoxlama zamanı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınmadığı müəyyən edilmişdir, bununla bağlı İddiaçı tərəfindən bu günə qədər idarəyə heç bir sübut təqdim edilməmişdir, əgər diplom tanınıbsa həmin sənədin İddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi xahiş edilir. Həmçinin müəyyən edilib ki, İddiaçı barəsində Kürdəmir rayon polis şöbəsində oğurluq fakti ilə bağlı cinayət işi vardır, həmin cinayət işi üzrə İddiaçı barəsində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş, sonradan İddiaçı tərəfindən oğurluq hadisəsi nəticəsində vurduğu ziyan zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyi üçün məhkəmənin qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan əlavə İddiaçı barəsində Kürdəmir rayon prokurorluğunda mənimsəmə ilə bağlı cinayət işi işi var və hazırda prokurorluqda həmin cinayət işinin istintaqı aparılır. İddiaçı həmin hadisələri törədən vaxtı keçmiş X6 İdarəsində işləyirdi. Bu barədə məhkəmə tərəfindən polis şöbəsinə sorğu edilib zəruri sənədlər əldə edilə bilər. Habelə idarənin rəhbərliyi tərəfindən İddiaçı qarşı heç bir ədavət və düşmənçilik münasibəti göstərilməyib, ona qarşı heç vaxt qərəzli mövqeydə olunmamış, sadəcə onlardan aslı olmayan səbəblərə görə onun işədiyi ştat vahidi ixtisara düşdüyü üçün bu barədə ona xəbərdarlığı təqdim edərək əmək müqaviləsinə xitam verilmişdir. 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsi ixtisar olunduğuna görə İddiaçı əmək müqaviləsinə xitam veriləndən sonra onun oğlu X11 ailə vəziyyəti nəzərə alınaraq yeni ştat cədvəlinə əsasən sahə rəisi vəzifəsinə təyin edilib və hazırda Elmar Musayev idarədə qış otlaqları sahəsinin daxilində olan 13-cü dərəcə sahə rəisi vəzifəsində çalışır. İddiaçı qarşı heç bir qərəzli münasibət olmayıb. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçinin peşəkarlıq səviyyəsinin yalnız işəgötürən tərəfindən müəyyən edildiyini nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli X6 idarəsinin 2023-cü il üçün ştat cədvəlindən (xx.xx.2023-cü ildən qüvvəyə minmişdir) görünür ki, həmin il üçün “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X13 Xidməti publik hüquqi şəxsin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlindən (xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir) görünür ki, qış otlaqları sahəsi sturuktur bölməsində sahə rəisi, nəzarətçi, su kəməri baxıcısı ştat vahidləri nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan X13 Xidmətinin Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 45e №-li əmrindən görünür ki, X6 İdarəsi üzrə sturuktur vahidlərində mövcud işçilərin sayı, idarənin istehsalat sahələrində və bütovlükdə təsərrüfat işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə lüzumsuz iş yerlərinin ləğv edilməsi məqsədi ilə “iş yerlərinin ixtisarı komissiyası” yaradılmış və bu məsələlərdən irəli gələn bütün işlərin yerinə yetirilməsi ona həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 İdarəsinin xx.xx.2024-cü il tarixli 01/56-316 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X13 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X13 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 İdarəsinin xx.xx.2024-cü il 03/56 nömrəli protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyının fəaliyyətinin təmin edilməsı ilə bağlı bır sıra tədbirlər haqqında" 17 noyabr 2023-cu il tarıxlı, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X13 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq əmək resurslarından səmərəli istifadə etmək məqsədilə "X13 Xidməti publik hüquqi şəxsinin tabeliyində olan X6 İdarəsının xx.xx.2024-cü il tarixdən yeni ştat cədvəlı təyin edilmiş və qanunvericiliyə əsasən həmin tarixdən idarədə işcilərin ixtisar prosesinə başlanmışdır. İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir. Odur ki islahatlarla X6 İdarəsinin 14 avqust 2024-cü il tarixli 45 e nömrəli əmrinə əsasən yaradılmış komissiyasının qərarını və İxtisara düşmüş işçilərin siyahısını məktuba əlavə edərək aparılacaq ixtisarların Əmək Məcəllənın 70-cı maddəsinin b bəndində göstərilən əsaslarla həll olunmasına işçinin əmək müqaviləsinin Əmək Məcəlləsinin müvafiq maddələri ilə ləğv edilməsinə Kürdəmir SSİ Həmkarlar İttifaqının idarə heyətində qərar qəbul edərək işəgötürənə yazılı məlumat vermək xahiş edilmişdir. Həmin 01 a saylı xx.xx.2024-cü il tarixli protokolun 1 nömrəli əlavəsindən görünür ki, İddiaçı ixtisara düşən 159 nəfər işçilərin siyahısındadır. X6 İdarəsi Həmkarlar İttifaqı” Komitəsinin xx.xx.2024-cü il tarixli 24/8.3 nömrəli protokolundan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X13 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmş sturukturu və ştat cədvəlinə əsasən bəzi vəzifə üzrə ştat vahidlərinin xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara düşməsi ilə əlaqədar yenilənmiş ştat cədvəlinin tərtib olunmasında həmin məcəllənin 78-ci və 79-cu maddələrinin tələblərinin nəzərə alınması, Kürdəmir SSİ ixtisar Komissiyası tərəfindən tərtib olunmuş yeni Ştat Cədvəli müzakirələrdən sonra protokola əlavə olunmuş “Əlavə №1” kimi təsdiq olunması, ixtisar olunmuş işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən olunmuş şərtlərlə həmin Məcəllənin 70-ci maddəsinə uyğun olaraq ləğv edilməsi və həmin gün son haqq-hesabları əmək haqqı hesablarına köçürülməsi, “Əlavə №1” üzərində hər hansı bir dəyişiklik aparılarsa Kürdəmir SSİ Həmkarlar İttifaqının Komitəsindən razılıq alınması, protokolun bir surətinin yekun sənəd əlavə olunmaqla “Əlavə №1”-lə birlikdə Kürdəmir SSİ-nin rəhbərliyinə təqdim olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X13 Xidməti Publik Hüquqi şəxs Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 60-6 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmrində göstərilmişdir ki, 1. Kürdəmir Su X1 İdarəsində (keçmiş adı X8 İdarəsi) 14-cü dərəcəli Qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsində çalışan İddiaçı Heybət oğlu xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilsin. 2. Baş mühasib Ə.T.Mahmudova tapşırılsın ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə müvafiq əmək stajından asılı olaraq xəbərdalıq üzrə təyin olunmuş orta aylıq əmək haqqının 0,9 misli ilə müəyyən olunmuş məbləğdə İşdənçıxarma müavinəti və həmin Məcəllənin 144-cü maddəsinin 2-ci bəndini rəhbər tutaraq xx.xx.2023cü ildən xx.xx.2024-cü ilədək iş ili üçün istifadə etmədiyi əmək məzuniyyəti 28,42 təqvim günü üçün pul əvəzi ödənilsin və işə çıxdığı günlərin əmək haqqı, tam son-haqq hesab aparılaraq ödənilməsini təmin etsin. 3. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş işçilərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilməsi nəzərinə çatdırılsın. 4. Baş mühasib, yuxarıda göstərilən ödənişləri Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi ləğv edildiyi gündən son iş günü ərzində əmək haqqı kart hesabına ödənilməsi təmin etsin. İşin müəyyən olunan halları odur ki, iddiaçı Kürdəmir Su X1 İdarəsində müxtəlif vəzifələrdə işləməklə sonuncu dəfə “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X13 Xidməti publik hüquqi şəxsin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlinə əsasən, “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsi nəzərdə tutulmadığından, yəni Kürdəmir Su X1 İdarəsində (keçmiş adı X6 İdarəsi) “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsində çalışan İddiaçı iş yeri ixtisar olunduğundan, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla və qabaqcadan rəsmi xəbərdar edilməklə əmək müqaviləsi ləğv edilmişdir. İşdən azad edilərkən işçiyə son haqq-hesab ödənilmişdir. Hazırda iddiaçı mübahisə predmeti olan əmri onunla cavabdeh arasında bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir və cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin etibarsız hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğunu, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə "X13 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmnlə "X13 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən X6 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyünü, ştat vahidinin ixtisara düşməsi barədə İddiaçı xəbərdarlıq edildiyini, İddiaçı ali təhsilli olması barədə təqdim etdiyi SSRİ-nin tərkibində olan dövlətin təhsil müəssisəsi tərəfindən 1995-ci ilin fevral ayında verilən ЩИ 707487 nömrəli diplomu Təhsildə Keyfiyyət Agentliyinin rəsmi səhifəsində yoxlanılarkən diplomun Azərbaycan Respublikası ərazisində tanınmadığını və bununla bağlı İddiaçı tərəfindən bu günə qədər idarəyə heç bir sübut təqdim edilmədiyini, həmçinin idarə rəhbərliyindən aslı olmayan səbəblərə görə İddiaçı işlədiyi “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsi ixtisar olunduğuna onun əmək müqaviləsinə xitam verildiyini, yeni idarə yarandıqdan sonra yeni ştat cədvəlinə əsasən İddiaçı oğlu X7 ailə vəziyyəti nəzərə alınaraq idarədə “Qış otlaqları sahəsinin daxilində olan “sahə rəisi” vəzifəsinə təyin olunduğunu, habelə idarənin rəhbərliyi tərəfindən İddiaçı qarşı heç bir ədavət və düşmənçilik münasibəti göstərilmədiyini, ona qarşı heç vaxt qərəzli mövqedə olunmadığını bildirərək rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 17 noyabr 2023-cü il 2356 №-li fərmanına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X13 Xidməti publik hüquqi şəxs yaradılmış, publik hüquqi şəxsin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlində “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsi ixtisara düşərək, qış otlaqları sahəsi sturuktur bölməsində sahə rəisi, nəzarətçi, su kəməri baxıcısı ştat vahidləri nəzərdə tutulmuşdur. Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024cü il tarixli 45e №-li əmri ilə X6 İdarəsi üzrə sturuktur vahidlərində mövcud işçilərin sayı, idarənin istehsalat sahələrində və bütovlükdə təsərrüfat işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə lüzumsuz iş yerlərinin ləğv edilməsi məqsədi ilə “iş yerlərinin ixtisarı komissiyası” yaradılmış və bu məsələlərdən irəli gələn bütün işlərin yerinə yetirilməsi ona həvalə edilmişdir. Qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixli 01/56-316 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla və qabaqcadan rəsmi xəbərdar edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən yalnız işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsi müəyyən edilir. Keçirilən məhkəmə iclasları zamanı iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarından, habelə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qeyd edilən hallar Kürdəmir Su X1 İdarəsinin rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmiş və qanuna müvafiq qaydada ixtisarlar aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəlləınin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinin rəisinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmrinin ləğv edilməklə, ştat cədvəli üzrə əvvəl işlədiyi vəzifəyə uyğun işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının cavabdeh idarədən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinin rəisinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmrinin ləğv edilməklə, ştat cədvəli üzrə əvvəl işlədiyi vəzifəyə uyğun işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının cavabdeh idarədən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-267/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-267/2025
20.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver