Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-278/2024 02.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Daşınmaz Əmlakın Kadastri və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək nənəsi X1 miras qalmış 1,13 ha pay torpaq sahəsinə İ növbə qanuni vərəsə kimi mülkiyyət hüququ üzrə sahiblik etməsi, ondan istifadə etməsi və onun barəsində sərəncam vermək faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində tələbini texniki səhv olaraq düzgün qoymamışdır. Ona görə də hazırki ərizəsindən imtina etdiyini bildirib mülki işin icraatına xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə işdəki sənədləri tədqiq edərək, habelə ərizəçinin ərizəsini nəzərə alaraq hesab edir ki, Ərizəçi Daşınmaz Əmlakın Kadastri və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Daşınmaz Əmlakın Kadastri və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələbinə dair ərizədən imtina etməsinə dair ərizəsi qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-278/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-278/2024
02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver