Məhkəmə qərarları › İş №2(041)-286/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-286/2024

09.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-286/2024 09.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkldə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüquqnunun X5 həvalə edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 29 noyabr 2010-cu il tarixli, əmək müqaviləsinin etibarsız olmaqla, məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X6 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən aldadılaraq həmin müəssisəyə direktor vəzifəsinə təyin olunmuşdur. Belə ki, o, 2010-cu ildə özünü təsisçi kimi təqdim edən şəxslə görüşmüş, həmin şəxs zavodun gəlirləri ilə bağlı uzun uzadı söhbət edərək zavodun gələcək prespektivi ilə bağlı onu inandırmış və ondan sözügedən zavoda direktor vəzifəsinə təyin olunması ilə bağlı ərizə almışdır. Ərizə alındıqdan sonra o, zavodla tanış olmaq üçün bir neçə gündən sonra həmin zavoda getmişdir. Lakin zavodda olan tanımadığı şəxslər onu zavoda buraxmamışlar. Buna səbəb zavoda Azərbaycan Beynəlxalq Bankına olan borc ilə əlaqədar məhkəmə qərarı əsasında həbsin qoyulması olmuşdur. Bu barədə o, dərhal təsisçiyə məlumat vermiş, təsisçi ilə danışdıqdan və özünü təsisçi kimi qələmə verən şəxs tiərəfindən oradakı şəxslərə zəng olunduqdan müəyyən müddət sonra onu zavoda buraxmışlar. O, zavodda vəziyyətin ürəkaçan olmadığını gördükdən sonra dərhal işdən azad olunması ilə bağlı ərizə ilə təsisçiyə müraciət etmiş, təsisçi isə bu günə qədar onu işdən azad etməmişdir. O, zavoda formal olaraq direktor təyin olunandan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hər hansı bir fəaliyyəti olmamış, müəssisəyə aid hər hşansı bir sənəd, möhür və Asan imza nömrəsi onda olmamışdır. Hazırda başqa bir yerə işə düzəlmək istəyərkən işəgötürən onunla əmək müqaviləsi bağlamaqdan imtina etmiş və onun əmək hüquqları kobud formada pozulmuşdur. Ona görə də onunla cavabdeh arasında bağlanmış 29 noyabr 2010-cu il tarixli, əmək müqaviləsinin etibarsız olmaqla, məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X6 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" MMC və müstəqil tələb irəli sürməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə "xxxx" MMC-nin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və həmin məlumatda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinin İddiaçı olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı "xxxx" MMC-nin təsisçisi X2 ünvanladığı xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə baş direktor təyin edilməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-nin təsisçisi X1, İddiaçı iştirakı ilə keçirilmiş 08 nömrəli protokolunun surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X4 vəzifəsindən azad edilmiş "xxxx" MMC-yə yeni direktor İddiaçı təyin edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə xx.xx.2010-cu il tarixli, 15- K nömrəli əmrin surətindən görünür ki, İddiaçı 29 noyabr 2010-cu il tarixdən etibarən maaş ştat cədvəlinə əsasən 3 (üç) ay sınaq müddəti ilə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4328/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərzəsi təmin edilərək "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 14809,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 31703,71 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün xx xxxxxxx 1953-cü ildə Ağcabədi rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş və İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli poçt qəbzi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı ərizədən görünür ki, o, zavoda formal olaraq direktor təyin olunduqdan sonra "xxxx" MMC-nin hər hansı bir fəaliyyəti olmadığından onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli poçt qəbzi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı ərizədən görünür ki, o, zavoda formal olaraq direktor təyin olunduqdan sonra "xxxx" MMC-nin hər hansı bir fəaliyyəti olmadığından onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli poçt qəbzi ilə "xxxx" MMC-nə ünvanladığı ərizədən görünür ki, o, zavoda formal olaraq direktor təyin olunduqdan sonra "xxxx" MMC-nin hər hansı bir fəaliyyəti olmadığından onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respulblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən alınıb iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********33800 nömrəli məktubdan görünür ki, İddiaçı "xxxx" MMCnin direktor vəzifəsindən azad olunması və cəmiyyət ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müraciətinə baxılmış və onun müraciəti xx.xx.2023-cü il tarixli, **********423800 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktuba əlavə edilmiş və Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva tərəfindən İddiaçı hüquqi şəxslə aralarında yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus xx.xx.1974-cü il tarixdə tərtib edilmiş Əmək kitabçasının 27-ci səhifəsində onun xx.xx.1996-cı il tarixdə Bakı vaqon təmiri zavoduna işə qəbul edildiyi, həmin səhifədə xx.xx.2010-cu il tarixdə isə həmin zavoda həmişəlik Baş mexanik işinə keçirilmişdir. İddiaçı məxsus digər, xx.xx.2001-ci il tarixdə tərtib doldurulmuş İT-İ ******* nömrəli əmək kitabçasına əlavənin 3-cü səhifəsində onun xx.xx.2016-cı il tarixdə öz xahişinə əsasən işdən azad edildiyi, həmin səhifədə onun xx.xx.2016-cı il tarixdə X10 QSC-nin Teplovoz parkına 12-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edildiyi, əmək kitabçasına əlavənin 5-ci səhifəsində isə onunla bağlanmış əmək müqaviləsinə xitam işdən azad edildiyi qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən 29 noyabr 2010-cu il tarixdən etibarən maaş ştat cədvəlinə əsasən 3 (üç) ay sınaq müddəti ilə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. O, həmin vəzifəyə təyin edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən aldadıldığını hesab edir. Belə ki, İddiaçı 2010-cu ildə özünü təsisçi kimi təqdim edən şəxslə görüşmüş, həmin şəxs zavodun gəlirləri ilə bağlı uzun uzadı söhbət edərək zavodun gələcək prespektivi ilə bağlı onu inandırmış və ondan sözügedən zavoda direktor vəzifəsinə təyin olunması ilə bağlı ərizə almışdır. Ərizə alındıqdan sonra iddiaçı zavodla tanış olmaq üçün bir neçə gündən sonra həmin zavoda getmişdir. Lakin zavodda olan tanımadığı şəxslər onu zavoda buraxmamışlar. Buna səbəb zavoda Azərbaycan Beynəlxalq Bankına olan borc ilə əlaqədar məhkəmə qərarı əsasında həbsin qoyulması olmuşdur. Bu barədə o, dərhal təsisçiyə məlumat vermiş, təsisçi ilə danışdıqdan və özünü təsisçi kimi qələmə verən şəxs tərəfindən oradakı şəxslərə zəng olunduqdan müəyyən müddət sonra onu zavoda buraxmışlar. O, zavodda vəziyyətin ürəkaçan olmadığını gördükdən sonra dərhal işdən azad olunması ilə bağlı ərizə ilə təsisçiyə müraciət etmiş, təsisçi isə bu günə qədar onu işdən azad etməmişdir. O, zavoda formal olaraq direktor təyin olunandan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hər hansı bir fəaliyyəti olmamış, müəssisəyə aid hər hansı bir sənəd, möhür və Asan imza nömrəsi onda olmamışdır. Hazırda başqa bir yerə işə düzəlmək istəyərkən işəgötürən onunla əmək müqaviləsi bağlamaqdan imtina etmiş və onun əmək hüquqları kobud formada pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-yə direktor vəzifəsinə təyin edilərkən o, həsmin vaxt başqa zavodda baş mexanik vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdə həmin zavoddan işdən çıxıb X10 QSC-yə mexanik vəzifəsinə işə qəbul edilib xx.xx.2021-ci il tarixdə isə həmin təşkilatdan işdən azad edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı "xxxx" MMC-nə direktor fəziyəsinə təyin edilərkən o, həmin vaxt başqa bir təşkilatda məsul vəzifədə işləmiş və "xxxx" MMC-nin direktor vəzifəsinə formal olaraq təyin edilmiş və onun "xxxx" MMC-də heç bir fəaliyyəti olmamışdır. İddiaçı zavodda vəziyyətin ürəkaçan olmadığını, zavoda direktor vəzifəsinə formal olaraq təyin edildiyini gördükdən sonra dərhal işdən azad olunması ilə bağlı ərizə ilə təsisçiyə müraciət etmişdir. İddiaçı aradan xeyli müddət keçəndən sonra başqa işə düzəlmək istəyərkən onun "xxxx" MMC ilə aralarındla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyini öyrənmiş və bundan sonra cavabdeh "xxxx" MMC ilə aralarında formal olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona köməklik göstərilməsi üçün "xxxx" MMC-nin təsisçisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respulblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə rəsmi ərizə ilə müraciət etsə də, onunla "xxxx" MMC-nin arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Bu da İddiaçı əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipi və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona köməklik göstərilməsi üçün xx.xx.2023-cü il tarixdəİqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə, "xxxx" MMC-nin təsisçisinə xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Mülki Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, iddia tələbbi qalan hissədə təmin edilməlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-296-cı maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar