Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-286/2025 09.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Abasqulu qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Abasqulu qızı və Maraqlı şəxs3 Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Abasqulu qızı və Maraqlı şəxs3 Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2007-ci il tarixdə ölmüş atası X1 miras qalmış bütün əmlakın (yaşayış (ev, mənzil, otaq), qeyri yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçının vəsatətinə əsasən geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Ərizəçi qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-286/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-286/2025
09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver