Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2863/2024 24.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Ərizəçi “müddətin bərpası və mirasın qəbulu” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi “müddətin bərpası və mirasın qəbulu” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək valideynlərindən miras qalmış əmlakın, qanuni vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpası və mirasın tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi bütün vərəsələrin dairəsini müəyyən edilməsi üçün sənədlər alavə etməmiş maraqlı şəxs kimi “Kürdəmir Regional” Asn Xidmət” Mərkəzinin Notariat Ofisini göstərmiş, həmçinin ərizənin forma və məzununa əməl edilməmişdir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanundan sonra iddia ərizəsi hazırlanarkən aşağıdakı qaydalara əməl olunmalıdır. Əks, təqdirdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;http://eqanun.az/framework/46945 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Ərizəçi yuxarıda qeyd olunan ərizə üçün nəzərdə tutulmuş formaya tam əməl etməmişdir. Eləcə də, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş, maraqlı şəxs olaraq, qanun üzrə vərəsələr göstərilməli olduğu halda, yalnız notariat ofisi göstərilmişdir. Eləcə də, tələb tam və düzgün göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1248-ci maddəsində mirasən qəbul edilməsi müddətinin uzadılması tənzimləndiyi halda, tələb müddətin bərpası kimi qeyd edilmiş, ərizənin nəticə hissəsində qəbul edilmə faktının müəyyən edildiyi əmlak tam və aydın yazılmamışdır. Məhkəmə hesab edir ki, belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “müddətin bərpası və mirasın qəbulu” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-2863/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2863/2024
24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver