Məhkəmə qərarları › İş №2(041)-287/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-287/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-287/2023 23.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs* və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *6 saylı Ucar Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə vərəsəliyin müəyyən edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun xx.xx.2000-ci il tarixdə ölmüş nənəsi X4 və 06.05.202*-ci il tarixdə ölmüş bibisi X9 yeganə vərəsəsi olmasının müəyyən edilməklə, Kürdəmir rayonunun Carlı kəndi ərazisində yerləşən və mərhum nənəsi X6 və mərhum bibisi X8 miras qalmış bütün əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.*979-cu il tarixdə Kürdəmir rayonunun Carlı kəqdində doğulmuşdur. Onlar ailədə 2 qardaş, 3 bacı olmaqla ailələləri 7 nəfərdən ibarət olmuşdur. Mərhum nənəsi X6 və mərhum bibisi X*6 ayrı təsərrüfatda olsalar da, ölənə kimi onların ailəsi ilə birlikdə, bir yerdə yaşamışlar. X*3 02.02.20*7-ci il tarixdə, nənəsi X6 xx.xx.2000-ci il tarixdə, bibisi X*6 isə 06.05.202*-ci il tarixdə ölmüşlər. Mərhum nənəsinin onun mərhum atasından başqa olan qızı bibisi Baxçagüldən başqa heç bir övladı və başqa bacı-qardaşı olmamışdır. Mərhum bibisi X*6 isə evlənib ailə qurmamış və mərhum atasından başqa onun heç bir vərəsəsi olmayıb. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 25 mart tarixli, 03 nömrəli qərarı ilə mərhum nənəsi X6 və mərhum bibisi X*2 yaşadıqları Carlı kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün *,52 ha torpaq sahəsi verilmişdir. Mərhum nənəsi ilə mərhum bibisi onlarla birlikdə yaşadıqlarına görə onlara verilən həmin torpaq sahəsindən mərhum atası ölənə kimi özü istifadə etmişdir. Atası öləndən sonra isə mərhum nənəsi və bibisindən miras qalmış həmin torpaq sahəsini digər qardaş və bacılarının razılığı ilə o, özü qəbul etmiş və hal-hazırda da həmin torpaq sahəsindən özü istifadə edir. Qardaş və bacıları mərhum nənəsi və bibisindən miras qalmış torpaq sahəsindən onun xeyrinə imtina etmişlər. Hazırda mərhum nənəsi X6 və mərhum bibisi X8 miras qalmış torpaq sahəsi onun istifadəmdə olsa da, həmin miras əmlakdan (kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş pay torpaq sahəsi) istifadədə bəzi çətinliklərlə üzləşib istifadə edə bilmir. Bu da onun faktiki olaraq istifadəsində olan miras əmlak üzərindəki istifadə hüquqlarının pozulmasına səbəb olur. Hazırda mərhum nənəsi X6 və mərhum bibisi X9 ondan və onun digər qardaş və bacılarından başqa heç bir vərəsələri yoxdur, qardaş və bacıları isə həmin miras əmlakdan onun xeyrinə imtina etmişlər. Həmin miras əmlakı öz adına sənədləşdirmək uçün ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı X28 xidmət mərkəzinə müraciət etsə də orada vərəsəliyin qəbulu müddətinin ötürüldüyü üçün ona vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməsini izah etmişlər. Ona görə də onun xx.xx.2000-ci il tarixdə ölmüş nənəsi X4 və 06.05.202*-ci il tarixdə ölmüş bibisi X9 yeganə vərəsəsi olmasının müəyyən edilməklə, Kürdəmir rayonunun Carlı kəndi ərazisində yerləşən və mərhum nənəsi X6 və mərhum bibisi X8 miras qalmış bütün əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Maraqlı şəxs* və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *6 saylı Ucar Ərazi İdarəsinə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X22 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Onlar ailədə 2 qardaş, 3 bacı olmaqla ailələləri 7 nəfərdən ibarət olmuşdur. Mərhum nənəsi X6 və mərhum bibisi X*6 ayrı təsərrüfatda olsalar da, ölənə kimi onlarla bir yerdə yaşamışlar. X*3 02.02.20*7-ci il tarixdə, nənəsi X6 xx.xx.2000-ci il tarixdə, bibisi X*6 isə 06.05.202*-ci il tarixdə ölmüşlər. Mərhum nənəsinin mərhum atasından başqa olan qızı, bibisi Baxçagüldən başqa heç bir övladı və başqa bacı-qardaşı olmamışdır. Mərhum bibisi X*6 isə evlənib ailə qurmamış və onun atasından başqa heç bir vərəsəsi olmayıb. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 25 mart tarixli, 03 nömrəli qərarı ilə mərhum nənəsi X6 və mərhum bibisi X*2 yaşadıqları Carlı kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün *,52 ha torpaq sahəsi verilmişdir. Mərhum nənəsi ilə mərhum bibisi onlarla birlikdə yaşadıqlarına görə onlara verilən həmin torpaq sahəsindən mərhum atası ölənə kimi özü istifadə etmişdir. Atası öləndən sonra isə mərhum nənəsi və bibisindən miras qalmış həmin torpaq sahəsini özü və digər bacılarının razılığı ilə qardaşı Ərizəçi qəbul etmiş və hal-hazırda da həmin torpaq sahəsindən Amin özü istifadə edir. O, özü və bacıları mərhum nənəsi ilə bibisindən miras qalmış torpaq sahəsindən qardaşı Aminin xeyrinə imtina etmişlər. X* və mərhum bibisi X8 miras qalmış əmlakın qəbul edilib idarə edilməsində qardışı Ərizəçi ilə aralarında heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X7 Natiq Abbas oğlu ilə eyni məzmunda ifadə verib mərhum nənəsi ilə bibisindən miras qalmış torpaq sahəsindən qardaşı Aminin xeyrinə imtina etdiyini və X* və mərhum bibisi X8 miras qalmış əmlakın qəbul edilib idarə edilməsində qardışı Ərizəçi ilə aralarında heç bir mübahisələrinin olmadığını bildirdi. Məhkəmə iclasında dindirilmiş şahid X23 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Mərhum nənəsi X6 və mərhum bibisi X*6 ayrı təsərrüfatda olmalarına baxmayaraq ölənə kimi onlarla bir yerdə yaşamışlar. X*3 02.02.20*7-ci il tarixdə, nənəsi X6 xx.xx.2000-ci il tarixdə, bibisi X*6 isə 06.05.202*-ci il tarixdə ölmüşlər. Mərhum nənəsinin mərhum atasından başqa olan qızı, bibisi Bağçagüldən başqa heç bir övladı və başqa bacı-qardaşı olmamışdır. Mərhum bibisi X*6 isə evlənib ailə qurmamış və onun atasından başqa heç bir vərəsəsi olmayıb. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 25 mart tarixli, 03 nömrəli qərarı ilə mərhum nənəsi X6 və mərhum bibisi X*2 yaşadıqları Carlı kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün *,52 ha torpaq sahəsi verilmişdir. Mərhum nənəsi ilə mərhum bibisi onlarla birlikdə yaşadıqlarına görə onlara verilən həmin torpaq sahəsindən mərhum atası ölənə kimi özü istifadə etmişdir. Aatası öləndən sonra isə mərhum nənəsi və bibisindən miras qalmış həmin torpaq sahəsini özü və digər qardaş və bacılarının razılığı ilə qardaşı Ərizəçi qəbul etmiş və hal-hazırda da həmin torpaq sahəsindən Amin özü istifadə edir. O, özü və digər qardaş və bacıları mərhum nənəsi ilə bibisindən miras qalmış torpaq sahəsindən qardaşı Aminin xeyrinə imtina etmişlər. Özü də ailə qurub öz ailə üzvləri ilə birlikdə özlərinə məxsus evdə yaşayırlar. X* və mərhum bibisi X8 miras qalmış əmlakın qəbul edilib idarə edilməsində qardışı Ərizəçi ilə aralarında heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında dindirilmiş şahidlər X*7, X*8 və X3 Ulduz Abbas qızı ilə eyni məzmunda ifadə verərək mərhum nənəsi X6 və mərhum bibisi X8 miras qalmış əmlakın qəbul edilib idarə edilməsində qardışları Ərizəçi ilə aralarında heç bir mübahisələrinin olmadığını bildirdilər. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-286 KOD 906080*8 nömrəli Dövlət aktının surətindən görünür ki, X6 və X*2 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 25 mart tarixli 03 nömrəli qərarı ilə Kürdəmir rayonu Carlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün *,52 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin *0.*2.2022-ci il tarpixli, 06.*9.2022-ci il tarixli, AZ-İ 06*997 nömrəli arayışının surətindən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 06.02.20*7-ci il tarixli, AZ-İ 794287 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 02.02.20*7-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 06.05.202*-ci il tarixli, AZ-İİ *83226 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 06.05.202*-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Carlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş *4.*2.2022-ci il tarixli, 3*3 nömrəli arayışdan görünür ki, Ərizəçi bibisi mərhum X*6 və onun anası X* ölən günə kimi X5 himayəsində yaşamış, hazırda onların X5 övladlarından başqa vərəsələri yoxdur. Mərhumlar H.M.Xudatova və B.X.Xudatovanın mülkiyyətində olan və Carlı kəndində yerləşən *,52 ha torpaq sahəsindən Ərizəçi istifadə edir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs* tərəfindən Ərizəçi göndərilmiş *3.*2.2022-ci il tarixli, *295 nömrəli məktubdan görünür ki, A.B.Xudatzadənin 06.05.202*-ci il tarixdə vəfat etmiş mərhum X8 miras qalan torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsinə dair müraciətinə vərəsəlik qəbulu müddətinin ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Carlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli, 99 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum bibisi X*6 vəfat etdiyi günə kimi Ərizəçi ilə birlikdə yaşamışdır. Mərhumənin özünün övladları yoxdur. X* vəfat etdiyi günə kimi nəvəsi Ərizəçi ilə birlikdə yaşamışdır. X2 və X25 adında iki övladı var. X*0 vəfat etdiyi günə kimi oğlu Ərizəçi ilə birlikdə yaşamışdır. X5 Ərizəçi, X22, X26, X23, X*7, X*8 və X*9 adında övladları var. Mərhumlar H.M.Xudatova və B.X.Xudatovanın mülkiyyətində olan və Carlı kəndində yerləşən *,52 ha torpaq sahəsindən Ərizəçi istifadə edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*979-cu il tarixdə Kürdəmir rayonunun Carlı kəqdində doğulmuşdur. Onlar ailədə 2 qardaş, 3 bacı olmaqla ailələləri 7 nəfərdən ibarət olmuşdur. Mərhum nənəsi X6 və mərhum bibisi X*6 ayrı təsərrüfatda olsalar da, ölənə kimi onların ailəsi ilə birlikdə, bir yerdə yaşamışlar. X*3 02.02.20*7-ci il tarixdə, nənəsi X6 xx.xx.2000-ci il tarixdə, bibisi X*6 isə 06.05.202*-ci il tarixdə ölmüşlər. Ərizəçinin mərhum nənəsinin onun mərhum atasından başqa olan qızı, bibisi Baxçagüldən başqa heç bir övladı və başqa bacı-qardaşı olmamışdır. Mərhum bibisi X*6 isə evlənib ailə qurmamış və onun mərhum atasından başqa heç bir vərəsəsi olmayıb. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *998-ci il 25 mart tarixli, 03 nömrəli qərarı ilə mərhum nənəsi X6 və mərhum bibisi X*2 yaşadıqları Carlı kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün *,52 ha torpaq sahəsi verilmişdir. Mərhum nənəsi ilə mərhum bibisi onlarla birlikdə yaşadıqlarına görə onlara verilən həmin torpaq sahəsindən ərizəçinin mərhum atası ölənə kimi özü istifadə etmişdir. Aatası öləndən sonra isə mərhum nənəsi və bibisindən miras qalmış həmin torpaq sahəsini digər qardaş və bacılarının razılığı ilə o, özü qəbul etmiş və hal-hazırda da həmin torpaq sahəsindən özü istifadə edir. Qardaş və bacıları mərhum nənəsi və bibisindən miras qalmış torpaq sahəsindən onun xeyrinə imtina etmişlər. Hazırda mərhum nənəsi X6 və mərhum bibisi X8 miras qalmış torpaq sahəsi onun istifadəmdə olsa da, həmin miras əmlakdan (kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş pay torpaq sahəsi) istifadədə bəzi çətinliklərlə üzləşib istifadə edə bilmir. Bu da onun faktiki olaraq istifadəsində olan miras əmlak üzərindəki istifadə hüquqlarının pozulmasına səbəb olur. Hazırda mərhum nənəsi X6 və mərhum bibisi X9 ondan və onun digər qardaş və bacılarından başqa heç bir vərəsələri yoxdur, qardaş və bacıları isə həmin miras əmlakdan onun xeyrinə imtina etmişlər. Həmin miras əmlakı öz adına sənədləşdirmək uçün ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı X28 xidmət mərkəzinə müraciət etsə də orada vərəsəliyin qəbulu müddətinin ötürüldüyü üçün ona vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməsini izah etmişlər. İş materiallarından görünür ki, Ərizəçi onlarla birlikdə yaşayan mərhumlar, nənəsi X6 və bibisi X9 ölümündən sonra onlardan miras qalmış əmlakı (kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş pay torpaq sahəsi) digər bacı və qardaşlarının razılığı ilə faktiki qəbul edib idarə edərək həmin əmlaklara əmlak hüququ ilə bərabər sahiblik və istifadə hüququ əldə etməklə həmin miras əmlakları faktiki qəbul etdiyini şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin *58.*.2-ci maddəsinin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Həmin Məcəllənin *58.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin *58.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mərhumlar X6 və X9 digər vərəsələri olan Ərizəçi digər bacı qardaşları, X22, X26, X23, X*7, X*8 və X*9 miras əmlakdan Ərizəçi xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin **47.*-ci maddəsinin tələbinə görə mirras qoyanın yaşayş yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X** haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə Ərizəçi mərhumlar X6 və X9 yeganə varisi olması müəyyən edilməli və Kürdəmir rayonunun Carlı kəndi ərazisində yerləşən, X* və X8 miras qalmış bütün əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhumlar X6 və X9 yeganə varisi olması müəyyən edilsin. Kürdəmir rayonunun Carlı kəndi ərazisində yerləşən, mərhumlar X6 və X8 miras qalmış bütün əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar