Məhkəmə qərarları › İş №2(041)-289/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-289/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-289/2023 15.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində ölmüş Leylaxanım Vüqar qızının 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində doğulması barədə Kürdəmir rayon Topalhəsənli kənd İcra nümayəndəliyində tərtib olunmuş doğum akt qeydində düzəliş edilməklə adının Leylaxanım Vüqar qızı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, hazırda ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Şahsevən kəndində yaşayır. X* İlhamə Bağı qızı ilə onun birgə nikahlarından 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində doğulmuşdur. Qızı Leylaxanım doğulandan sonra ona doğum haqqında şəhadətnamə almış və doğum haqqında şəhadətnamədə qızının adı Leyla Vüqar qızı kimi qeyd edilmişdir. Lakin sonradan qızı Leyla şəxsiyyət vəsiqəsi almış və həmin şəxsiyyət vəsiqəsində onun adı Leylaxanım Vüqar qızı kimi qeyd edilmişdir. Mərhum qızı Leylaxanım orta məktəbi bitirəndən sonra 20**-ci ildə X3 Universitetinə qəbul olunmuşdur. O, həmin universitetdə oxuduğu müddətdə dəm qazından zəhərlənmiş və 06.*0.20*4-cü il tarixdə ölmüşdür. Qızı Leylaxanımı yaşadıqları Şahsevən kəndinin qəbristanlığında dəfn etmişlər. Leylaxanımın gənc yaşlarında vəfat etməsi ona, o cümlədən bütün ailə üzvlərinə çox pis təsir etdiyindən uzun müddət sarsıntı içində yaşamaqla ona ölüm haqqında şəhadətnamə alınmasını belə unutmuşlar. Sonradan qızı Leylaxanımın ölüm şəhadətnaməsini almaq zərurəti yaranmış və o, qızı Leylaxanıma ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə qızı Leylaxanımın ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah etmişlər. Bundan sonra o, qızı Leylaxanımın ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Kürdəmir rayon məhkəməsinin 03.**.2022-ci il tarixli, 2(04*)-*543/2022 nömrəli qətnaməsinə əsasən Leylaxanımın 06.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində ölməsi faktı müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən Maraqlı şəxsndən ölüm haqqında şəhadətnamə almaq istəyərkən qızı Leylaxanımın doğum akt qeydində onun adının Leyla Vüqar qızı kimi qeyd edilməsi və ona şəxsiyyət vəsiqəsi verilərkən doğum akt qeydinə düzəliş edilməyərək adının Leyla xanım olması məlum olmuşdur. Bütün sənədlərdə mərhum qızının adı Leylaxanım kimi qeyd edildiyinə görə bəzi lazım olan sənədləşmə işlərinin aparılmasında çətinlik yaranmışdır. Ona görə də 06.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində ölmüş Leylaxanım Vüqar qızının 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində doğulması barədə Kürdəmir rayon Topalhəsənli kənd İcra Nümayəndəliyində tərtib olunmuş doğum akt qeydində düzəliş edilməklə adının Leylaxanım Vüqar qızı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 2*.09.2022-ci il tarixli, XVİİİ-JQ 4*4*03 nömrəli arayışdan görünür ki, Leyla Vüqar qızı 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuş və bu barədə Doğum haqqında akt qeydləri kitabında 0*.**.*993-cü il tarixdə 93 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Leylaxanım Vüqar qızına məxsus fərdi uçot vərəqəsinin çıxarışından görünür ki, Leylaxanım Vüqar qızı 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş *5.09.20**-ci il tarixli tələbə biletindən görünür ki, Leylaxanım Vüqar qızı *5.09.20*-ci il tarixdə həmin universitetin Uçot İqtisad fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin 03.**.2022-ci il tarixli, 2(04*)-*543/2022 nömrəli qətnaməsindən görünür ki, 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuş Leylaxanım Vüqar qızının 06.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində ölməsi faktı müəyyən edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməli və doğum akt qeydində düzəliş edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi hazırda ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Şahsevən kəndində yaşayır. X* İlhamə Bağı qızı ilə onun birgə nikahlarından 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində doğulmuşdur. Qızı Leylaxanım doğulandan sonra ona doğum haqqında şəhadətnamə almış və doğum haqqında şəhadətnamədə qızının adı Leyla Vüqar qızı kimi qeyd edilmişdir. Lakin sonradan qızı Leyla şəxsiyyət vəsiqəsi almış və həmin şəxsiyyət vəsiqəsində onun adı Leylaxanım Vüqar qızı kimi qeyd edilmişdir. Mərhum qızı Leylaxanım orta məktəbi bitirəndən sonra 20**-ci ildə X3 Universitetinə qəbul olunmuşdur. O, həmin universitetdə oxuduğu müddətdə dəm qazından zəhərlənmiş və 06.*0.20*4-cü il tarixdə ölmüşdür. Qızı Leylaxanımı yaşadıqları Şahsevən kəndinin qəbristanlığında dəfn etmişlər. Leylaxanımın gənc yaşlarında vəfat etməsi ona, o cümlədən bütün ailə üzvlərinə çox pis təsir etdiyindən uzun müddət sarsıntı içində yaşamaqla ona ölüm haqqında şəhadətnamə alınmasını belə unutmuşlar. Sonradan qızı Leylaxanımın ölüm şəhadətnaməsini almaq zərurəti yaranmış və o, qızı Leylaxanıma ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə qızı Leylaxanımın ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah etmişlər. Bundan sonra o, qızı Leylaxanımın ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Kürdəmir rayon məhkəməsinin 03.**.2022-ci il tarixli, 2(04*)-*543/2022 nömrəli qətnaməsinə əsasən Leylaxanımın 06.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində ölməsi faktı müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən Maraqlı şəxsndən ölüm haqqında şəhadətnamə almaq istəyərkən qızı Leylaxanımın doğum akt qeydində onun adının Leyla Vüqar qızı kimi qeyd edilməsi və ona şəxsiyyət vəsiqəsi verilərkən doğum akt qeydinə düzəliş edilməyərək adının Leyla xanım olması məlum olmuşdur. Bütün sənədlərdə mərhum qızının adı Leylaxanım kimi qeyd edildiyinə görə bəzi lazım olan sənədləşmə işlərinin aparılmasında çətinlik yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi mərhum X4 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə verilərkən Doğum haqqında akt qeydində onun adı Leyla Vüqar qızı kimi qeyd edilmişdir. Sonradan Leylaxanım şəxsiyyət vəsiqəsi almış və şəxsiyyət vəsiqəsində onun adı Leylaxanım Vüqar qızı kimi qeyd edilmiş və bu adla da Azərbaycan Dovlət İqtisad Universitetinə qəbul olunmuşdur. Bundan əlavə ona məxsus olan digər sənədlərdə də onun adı Leylaxanım Vüqar qızı kimi qeyd edilmişdir. Leylaxanım Vüqar qızı şəxsiyyət vəsiqəsi alandan sonra Doğum akt qeydləri kitabında düzəliş edilməyərək adı Leyla Vüqar qızı kimi qalmışdır. Ərizəçi mərhum X4nın adına Doğum haqqında akt qeydləri kitabında düzəliş edilməməsi səbəbindən ərizəçi ona lazım olan sənədləşmə işlərini apara bilmir. Belə olan halda məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Leyla Vüqar qızının 20.*0.*993-cü il tarixdə doğulması 0*.**.*993-cü il tarixdə 93 nömrə ilə qeydə alınmış Doğum haqqında akt qeyddində düzəliş edilərək onu adı Leylaxanım Vüqar qızı kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 339.*-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 34*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, doğum akt qeydində düzəliş edilməklə mərhum ---- Leyla Vüqar qızının 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində doğulmasına dair Kürdəmir rayon Topalhəsənli kənd İcra nümayəndəliyi tərəfindən aparılmış doğum akt qeydində düzəliş edilməli və ---- Leyla Vüqar qızının adı ---- Leylaxanım Vüqar qızı kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuş ---- Leyla Vüqar qızının 20.*0.*993-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində doğulmasına dair Kürdəmir rayon Topalhəsənli kənd İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 0*.**.*993-cü il tarixli 93 nömrəli doğum akt qeydinə düzəliş edilsin. 0*.**.*993-cü il tarixdə 93 nömrə ilə aparılmış doğum akt qeydində ---- Leyla Vüqar qızı adına düzəliş edilsin və ---- Leylaxanım Vüqar qızı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar