Məhkəmə qərarları › İş №2(041)-309/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-309/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-309/2024 29.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı* iştirakı ilə İddiaçılar İddiaçı* və İddiaçı2n "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehna qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı* və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X* 8İ-8445 və 8İ-8446 reyestr nömrəli *8.07.2023-cü il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı* iddia tələbini müdafiə edərək göstərdi ki, 202*-ci ildə İddiaçı2 MMC "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 23.000 manat, sonra isə *8.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə o, zamin olaraq "xxxx" ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Bir müddətdən sonra İddiaçı2 MMC kredit borcunu banka tam şəkildə qaytara bilmədiyinə görə "xxxx" ASC kredit müqaviləsi üzrə notariusun icra qeydinin aparılması üçün Kürdəmir regional Asan xidmət mərkəzində xüsusi notariusuna müraciət etmişdir. Notariusda icra qeydi aparılsa da onlara bildiriş-məktubu göndərilməmişdir. 202*-ci il tarixli kredit müqaviləsi üzrə 8İ-8445 saylı *8.07.2023-cü il tarixli və 8İ-8446 saylı *8.07.2023-cü il tarixli icra qeydinin aparılması və icra icraatına yönəldilməsi barədə məlumatı onlar Kürdəmir rayon İcra şöbəsindən əldə etmişlər. Kürdəmir regional Asan xidmət mərkəzində xüsusi notarius X* *8.07.2023-cü il tarixli icra qeydlərində göstərilən *0094 və *0**5 manat borcun olması qeyri dürüstdür və mübahisəlidir. İcra qeydləri ilə bağlı bildiriş məktubunun "xxxx" ASC-dən onlara göndərilməməsi və icra qeydlərində göstərilən *0094 və *0**5 manat borcun olması özlüyündə mübahisəli hallar olmaqla borc xeyli şişirdilib. Bu səbəbdən göstərilən 202*-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydi aparıla bilməz. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacığı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Ona görə də Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X* 8İ-8445 və 8İ-8446 reyestr nömrəli *8.07.2023-cü il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-Yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib edilmiş *8.07.2023-cü il tarixli, 8İ-8445 reyestr nömrəli İcra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə ünvan 2 ünvanda yerləşən İddiaçı2 və ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı* DC00220*60-03 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9763 manat 90 qəpik tutulması, bundan əlavə ünvan 2 ünvanda yerləşən İddiaçı2ndən, İddiaçı* 305 manat 70 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi *0094 manat 60 qəpik tutulması barədə icra qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib edilmiş *8.07.2023-cü il tarixli, 8İ-8446 reyestr nömrəli İcra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə ünvan 2 ünvanda yerləşən İddiaçı2 və ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı* DC00220*60-02 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9729 manat 66 qəpik tutulması, bundan əlavə ünvan 2 ünvanda yerləşən İddiaçı2ndən, İddiaçı* 36* manat 24 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi *0**5 manat 90 qəpik tutulması barədə icra qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 9 saylı Ərazi Vergilər İdarəsinin 04.03.202*-ci il tarixli, 2*0902004**42400 nömrəli çıxarısın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən İddiaçı2 nizamnamə kapitalı *0.00 manat, qanuni təmsilçisi X5 olmaqla 04.03.202*-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 202*-ci ildə İddiaçı2 MMC "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 23.000 manat, sonra isə *8.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə İddiaçı* zamin olaraq "xxxx" ASC ilə onun arasında zaminlik müqaviləsi bağlamışdır. Bir müddətdən sonra İddiaçı2 MMC kredit borcunu banka tam şəkildə qaytara bilmədiyinə görə "xxxx" ASC kredit müqaviləsi üzrə notariusun icra qeydinin aparılması üçün Kürdəmir regional Asan xidmət mərkəzində xüsusi notariusu X3 müraciət edərək DC00220*60-02 və DC00220*60-03 nömrəli kredit müqavilələri üzrə 8İ-8445 saylı *8.07.2023-cü il tarixli və 8İ-8446 saylı *8.07.2023-cü il tarixli icra qeydi tərtib etdirmiş və həmin icra qeydləri icra edilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı2 MMC-nin "xxxx" ASC-dən 202*-ci ildə DC00220*60-02 və DC00220*60-03 saylı kredit müqavilələrinə əsasən götürdüyü krediti "xxxx" ASC-nə tam ödəmədiyinə görə "xxxx" ASC həmin kredit müqavilələri izrə Kürdəmir regional Asan xidmət mərkəzi notariat ofisində ayrı-ayrılıqda İcra qeydləri tərtib etdirmiş və həmin İcra qeydləri icra edilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Notariat icra qeydi haqqında ərizələrdən və ərizəyə əlavə edilmiş bildiriş və poçt qəbzindən görünür ki, "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə 60736* nömrəli poçt qəbzi ilə İddiaçı2 MMC-yə və İddiaçı* bildiriş göndərilmiş, lakin İddiaçı2 MMC və İddiaçı* tərəfindən bildirişə cavab verilməmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin birinci bəndinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin altıncı bəndində qeyd edilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İş materiallarından göründüyü kimi "xxxx" ASC ilə İddiaçı2 MMC avrasında bağlanmış DC00220*60- 02 və DC00220*60-03 nömrəli kredit müqavilələri üzrə 8İ-8445 saylı *8.07.2023-cü il tarixli və 8İ-8446 saylı *8.07.2023-cü il tarixli icra qeydləri Kürdəmir regional Asan xidmət mərkəzi notariat ofisinin xüsusi notariusu X4 tərəfindən qanunvericiliyin tələbləri baxımından qanuni tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.*-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.*-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı* iddia ərizəsində və məhkəmədə verdiyi izahatında İcra qeydləri ilə bağlı bildiriş məktubunun "xxxx" ASC-dən onlara göndərilməməsini göstərsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən və bildirişlərə əlavə edilmiş poçt qəbzlərindən görünür ki, "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə 60736* nömrəli poçt qəbzləri ilə borclular İddiaçı* və İddiaçı2 MMC-nə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. Bundan əlavə İddiaçı* icra qeydlərində göstərilən *0094 və *0**5 manat borc məbləğinin xeyli şişirdildiyini göstərsə də o, borc məbləğinin xeyli şişirdilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı* izahatında İddiaçı2 MMC-nin "xxxx" ASC-dən 202*-ci ildə DC00220*60-02 və DC00220*60-03 saylı kredit müqavilələrinə əsasən 23.000 manat və *8.000 manat məbləğində kredit götürüb həmin məbləğdə kreditləri tam şəkildə Paşa Bank ASC-yə tam ödəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 4.*-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı* və İddiaçı2n "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehna qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*4-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı* və İddiaçı2n "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehna qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar