Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-310/2025 13.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçilər Ərizəçi və X14, Cavabdeh X15 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi”, iddiaçı X14 cavabdeh X16 qarşı “vərəsəliyin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi, miras əmlakın bölünməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3nın adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı X26 cavabdeh X16 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Sığırlı kəndində yaşamış, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3ndan qalan miras əmlak-"xxxx" ASC-nin Kürdəmir filialında olan 7000 (yeddi min) manat pul vəsaitinin miras əmlak kimi vərəsəliyin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi və vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş eyni tərəflər arasında və eyni tərkibli iş olduğu üçün bir icraatda birləşdirilərək 2(041)-310/2025 qeydiyyat nömrəsi ilə icraata götürülmüşdür. İlkin iddia üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən əvvəl banka onun tərəfindən 7000 manat əmanət qoyulmuşdur. X29 evli olmamış, onun tək vərəsələri bacı və qardaşlarıdır. O, uzun müddət onun himayəsində yaşamışdır. Himayəsində yaşadığı müddətdə onun qayğısına o qalmışdır. Ondan başqa heç kimi olmamışdır. Onun bütün əmlaklarını özü idarə etmişdir. Hazırda da o idarə edir. Onun bankda qalan əmanətini hazırda ala bilmir. Bu məsələ ilə bağlı Maraqlı şəxsndə Notariat ofisinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq onun vərəsəlik üçün nəzərdə tutulmuş müddəti ötürdüyü bildirilmişdir. Məhkəmə iclasında ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3nın adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması və bankda onun adına qalmış əmanətin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X26 ilkin iddianı qəbul etdiyini, iddialarını müdafiə edərək izahatında göstərdi ki, X2 ilə mərhum anası X8 ilə evlənib ailə qurmuş və ölənə kimi Kürdəmir rayonunun Sığırlı kəndində yaşamışlar. Onların birgə nikahlarından xx.xx.1957-ci ildə Mahir, xx.xx.1959-cu ildə Vəsilə, xx.xx.1961-ci ildə Səbilə, xx.xx.1964-cü ildə Sevda, xx.xx.1967-ci ildə Ələsən, xx.xx.1969-cu ildə o, yəni, Əhsən və xx.xx.1971-ildə isə Səadət doğulmuşdur. X2 xx.xx.1999-cu ildə, anası X8 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atası və anasının vəfatından sonra həmin evdə bacıları, Səbilə, Sevda və Vəsilə yaşamışlar. Bacısı Səbilə xx.xx.2023-cü il tarixdə həmin evdə vəfat etmişdir. Bacısı Səbilə vəfat edənə qədər bacıları Sevda və Vəsilə onunla birgə yaşamış və onun vəfatından sonra da hazırda həmin evdə yaşayırlar. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış evdə yuxarıda qeyd etdiyi kimi mərhum bacısı Səbilə, digər bacıları Sevda və Vəsilə yaşamaqla faktiki olaraq valideynlərindən miras qalmış miras əmlakı faktiki qəbul etmiş, həmin evdə yaşamaqla, miras əmlak olan həmin evi və təsərrüfatı idarə etməklə istifadə etmişlər və hazırda da istifadə edirlər. Bacısı Səbilə xx.xx.2023-cü ildə vəfat etikdən sonra onun hüzür məclisini və bütün dəfn xərclərini özü və bacıları çəkmiş, qardaşı Mahir isə dəfn və mərasim xərclərinə heç bir köməklik göstərməmişdir. Mərhum bacısı Səbilə ailə qurmadığından onun bacı və qardaşlarından başqa qanun və vəsiyyət üzrə vərəsələri yoxdur. Mərhum bacısının sağlığında öz zəhməti hesabına əldə etdiyi 7000 (yeddi min) manat pullu illik faiz dərəcəsi 10,3 faizlə "xxxx" ASC-nin Kürdəmir filialına əmanət kimi qoymuş və bu barədə mərhum bacısına əmanətin yerləşdirilməsi barədə rəsmi sənəd verilmişdir. O, vərəsəlik açılması ilə əlaqədar olaraq Kürdəmir rayon notariat kontoruna müraciət etmişdir. Məqsədi xx.xx.2023cü il tarixdə vəfat etmiş X3ndan miras qalan 7000 manat qalan pul vəsaitini vərəsəlik qaydasında, vərəsələr arasında bölüşdürülməsi olmuşdur. Belə halda Kürdəmir rayon notariat ofisi vərəsəliyin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi və miras əmlakın bölünməsindən imtina etmişdir. Bundan sonra vərəsəliyin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi və miras əmlakın bölünməsi ilə bağlı məhkməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddiaların təmin edilməsini, məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində Notariat ofisinə lazimi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onların iştirkakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında ikinci iddia üzrə cavabdeh X27 izahat verərək bildirdi ki, onun uşağı olmadığına görə arvadının bacısı qızı X11 övladlığa götürüb saxlamış və onun yetkinlik yaşı tamam olandan sonra onu mərhum X4 ilə nikahlarını qeyd etdirməklə evləndirmişlər. Vüsalə ilə Əhməd ər-arvad birlikdə mərhum valideynlərinin evində, mərhum anası və bacısı Səbilə ilə birlikdə yaşayıblar. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun arvadı Vüsalə oğlu ilə birlikdə valideynlərinə məxsus olan evdə anası və bacısı Səbilə ilə birlikdə yaşamaqda davam ediblər. Anası vəfat etdikdən sonra Bakı şəhərində yaşayan digər bacısı Sevda ata evinə qayıdaraq onlarla birlikdə yaşamışdır. Bacısı Səbilə isə xx.xx.2023-cü il tarixdə vəfat etmiş və onun 40 mərasiminə 3 gün qalmış bacısı Sevda Kürdəmir rayon polis şöbəsinin əməkdaşı olan Sadıqov İbrahimi yaşadıqları evə dəvət etmiş və polis əməkdaşı Sadıqov İbrahim mərhum qardaşı Əhmədin arvadı Vüsaləyə hədəqorxu gələrək Sevdanın təhriki ilə onu oğlu ilə birlikdə yaşadıqları evdən qovub çıxartmış və onu yaşadığı evə qayıdacağı təqdirdə tutduracağı ilə hədələmişdir. Əlacsız qalan Vüsalə oğlu ilə birlikdə onun evinə gəlmiş və hazırda onun evində yaşayırlar. Bacısı Sevdanın mərhum qardaşı Əhmədin arvadı Vüsaləni polis vasitəsi ilə yaşadığı evdən qovduğuna görə o, vərəsəliklə bağlı şəhadətnamə verilməsinə etiraz edib imza etməmişdir. Vüsalənin bütün əmlakı hazırda onun yaşadığı mərhum valideynlərinin evindədir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X18 izahat verərək bildirdi ki, 3 bacısı- X17, Ərizəçi və X19 valideynlərinə məxsus evdə yaşamışlar. X3 rəhmətə getdikdən sonra yas mərasimini qardaşı Əhsən və həmin bacıları çəkmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X24 izahat verərək bildirdi ki, bacısı Səbilənin banka qoyduğu pul vəsaiti həmin evdə yaşayan mərhumla birgə digər iki bacısına məxsusdur. Hesab edir ki, banka qoyulmuş pul Vəsilə və Sevdaya çatmalıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X26 izahat verərək bildirdi ki, bacısı Səbilənin banka qoyduğu pul bacıları Ərizəçi və X12 məxsusdur. Hesab edir ki, banka qoyulmuş pul Vəsilə və Sevdaya çatmalıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X6 izahat verərək bildirdi ki, X28 ilə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahdan bir övladları olmuşdur. Baldızı Səbilə vəfat etdikdən sonra polis əməkdaşı Sadıqov İbrahim onu evdən çıxardaraq bu evdə yaşamaq hüququn yoxdur demişdir. Baldızı Səbilə sağ ikən araları yaxşı olmuşdur. Onların torpaq sahələri var idi. Səbilə özünə baş daşı düzətdirmək üçün həmin torpaq sahəsini satıb pulunu banka qoymuşdur. İş materiallarında olan: - "xxxx" ASC-nin Kürdəmir filialının xx.xx.2023-cü il tarixli fiziki şəxslərlə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair əsas şərtlər – razılaşmaya (№ KRDPM-0612- 01) əsasən, X17 7000 (yeddi min manat 00 qəpik) pul vəsaitini illik 10,3 faizlə 12 ay müddətinə əmanətə qoyulmuşdur. -Azərbaycan Respublikası Kürdəmir rayon İHB-nın Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1499 nömrəli arayışından görünür ki, mərhum bacısı X1 rayon Sığırlı kəndində onunla birlikdə yaşamış və xx.xx.2023cü il tarixdə ölmüşdür. Mərhumun aşağıdakı ailə üzvləri (varisləri) var: bacısı-Ərizəçi, bacısı- X19, bacısı-X18, qardaşı-X24, qardaşı-X26 və qardaşı-X20r. Hal-hazırda həmin evdə: bacısı-Ərizəçi və bacısı-X19 yaşayırlar. -Kürdəmir rayonu İHB-nın Sığırlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 309821 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2023-cü il tarixdə beyindaxili qansızmadan vəfat etmişdir. -Kürdəmir rayonu İHB-nın Sığırlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 206551 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir (miras qoyanın anası). -Kürdəmir rayon Sığırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 349491 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1999-cu il tarixdə baş-beyin ödəmindən vəfat etmişdir (miras qoyanın atası). -Kürdəmir rayon Sığırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 713444 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X21 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. -Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 349574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2018-ci il tarixdə kəllə əsasının sınığı, kəllə tağının sınığı, avtoqəza nəticəsində vəfat etmişdir. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Ramin Əhmədov tərəfindən xx.xx.2025-ci il tarixdə X22 ünvanlanmış 16 nömrəli məktubda göstərilmişdir ki, vərəsələr arasında ixtilaf olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. - Məhkəməyə təqdim edilmiş ərizələrində X18, X24, X26 mərhum bacıları X7 adına qoyulmuş 7000 manatın bacıları Vəsilə və Sevda arasında bölünməsinə etiraz etmədilərini bildirmişlər. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in)1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İşin faktiki hallarından məlum olur ki, miras əmlak "xxxx" ASC-nin Kürdəmir filialında olan 7000 (yeddi min) manat pul vəsaitindən ibarətdir. Həmin pul vəsaiti ərizəçilərin X3na məxsusdur. Hüquq sahib olan Səbilə Məmmədxanova vəfat etmişdir. Vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət edilməsi onlara tövsiyyə edilmişdir. "xxxx" ASC-nin Kürdəmir filialının xx.xx.2023-cü il tarixli fiziki şəxslərlə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair əsas şərtlər – razılaşmaya (№ KRDPM-0612-01) əsasən, X17 7000 (yeddi min manat 00 qəpik) pul vəsaitini illik 10,3 faizlə 12 ay müddətinə əmanətə qoymuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüqununa istinad edərək hesab edir ki, banka yerləşdiririlmi pul vəsaitinə dair mərhum X7 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X7 ölümündən sonra "xxxx" ASC-nin Kürdəmir filialında olan 7000 (yeddi min) manat pul vəsaiti miras qalmışdır və o həmin əmlak miras kütləsinə daxil edilməlidir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X5 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək bacısı X18, qardaşıları X24, X26 və X27 uzun müddət əvvəl ayrılaraq başqa yerə köçmüşlər. MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Kürdəmir filialında olan 7000 (yeddi min) manat pul vəsaiti X7 ölümündən sonra X17 və X12 miras qaldığından onların mülkiyyəti sayılmalıdır. Bununla da X7 ölümündən sonra onun mülkiyyəti olan Kürdəmir filialında olan 7000 (yeddi min) manat pul vəsaiti miras kütləsinə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, miras qoyan X17 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı Ərizəçi X3nın ölümündən sonra həmin evdə bacısı X19 ilə birlikdə yaşamağa davam etmişdir. Bununla da, X7 ölümündən sonra qalmış miras əmlak bacıları Ərizəçi və onun X19 tərəfindən faktiki qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Kürdəmir filialında olan 7000 (yeddi min) manat və ona illik 10,3 faizlə hesablanmış pul vəsaitinin ½ hissəsinə Ərizəçi, digər ½ hissəsinə X9 payları müəyyən edilməlidir. Belə ki, MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsində göstərilir ki, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktını müəyyən edir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X7 ölümündən sonra miras qalmış "xxxx" ASC-nin Kürdəmir filialında olan 7000 (yeddi min) manat və ona illik 10,3 faizlə hesablanmış pul vəsaitinin ½ hissəsinə Ərizəçi, digər ½ hissəsinə X9 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia ərizələri təmin edilsin. X7 ölümündən sonra miras qalmış "xxxx" ASC-nin Kürdəmir filialında olan 7000 (yeddi min) manat və ona illik 10,3 faizlə hesablanmış pul vəsaitinin ½ hissəsinə Ərizəçi, digər ½ hissəsinə X9 payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-310/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-310/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver