Məhkəmə qərarları › İş №2(041)-326/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-326/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-326/2023 28.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə tələbinə dair” idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələbini onunla əsaslanmışdır ki, iddiaçı ilə Cavabdeh1 2009-cu ildə evlənib ailə qurmuş, nikahlarını xx.xx.2010-cu il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X4 və xx.xx.2011-ci ildə X3 anadan olmuşdur. İddiaçı cavabdehlə evlənəndən sonra Cavabdeh1 işsiz olduğuna görə Rusiyada yaşayan qardaşlarının yanına getmiş, orada yaşadıqdan sonra uzun müddət ailəsi ilə əlaqələrini kəsmişdir. Sonradan cavabdeh Rusiyadan ona zəng edərək hədə-qorxu gəlmiş, onun evdən çıxmasını təkid etmişdir. Bu hədələrdən qorxduğuna görə, həm də cavabdehin digər ailə üzvlərinin hədələrinə görə məcbur olub 2 azyaşlı uşaqlarını götürüb cavabdehlərin yaşadığı evi tərk edib atası evinə getmişdir. Hazırda iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinə məxsus darısqal evdə yaşayır. İddiaçı Cavabdeh1la yaşadığı müddətdə həmin evdən istifadə hüququ əldə etmişdir. Bundan başqa birgə yaşadıqları müddətdə ayrı ev tikmişlər və həmin ev cavabdehin üzündən tam təmir olunmamışdır. Ona görə də uşaqlarını cavabdehlərin evinə köçüb uşaqlarını orada böyütmək istəyir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu iddia ərizəsinə əlavə etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə görə iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu addəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.13, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar