Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-33/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X* Xidmət mərkəzində Notariat ofisi cəlb olunmaqla vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs X2 Xidmət mərkəzində Notariat ofisi cəlb olunmaqla vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin *5.08.2023-cü il tarixli 2(04*)-*076/2023 saylı qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi qeyd edilən qərardaddan şikayət vermiş, məhkəmənin *9.*2.2023-cü il tarixli 2(04*)-*076/2023 saylı qərardadı ilə məhkəmənin *5.08.2023-cü il tarixli, 2(04*)-*076/2023 qərardadı ləğv edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdaki əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26.*2.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Göründüyü kimi mirasın qəbul edilməsi ilə bağlı müddət Mülki Məcəllədən çıxarıldığına görə ərizəçi vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün istənilən vaxt notariat orqanlarına müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 26*.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs X* Xidmət mərkəzində Notariat ofisi cəlb olunmaqla vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair iddiası üzrə icraata xitam verilsin. Mirasın qəbul edilməsi ilə bağlı müddət Mülki Məcəllədən çıxarıldığına görə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün istənilən vaxt notariat orqanlarına müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-33/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-33/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver