Məhkəmə qərarları › İş №2(041)-4/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-4/2025

20.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-4/2025 20.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X*3 üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “30 iyun 20*0cu il tarixli, 2653 saylı müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mürsəlov X4 Telman Eyni oğlu üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “30 iyun 20*0-cu il tarixli, 2653 saylı müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.04.202*-ci il tarixdə məhkəməyə müraciət edərək ünvan 4ində yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0.*2 ha torpaq sahəsinin satılmasına dair Azərbaycan Respublikası Cavabdeh ilə X*3 arasında bağlanmış 30 iyun 20*0-cu il tarixli, 2653 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ə.A.Mürsəlov iddiaçıya və qeyrilərinə qarşı fərdi yaşayış evinə və yanacaq doldurma məntəqəsinə xüsusi mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işə Hacıqabul Rayon Məhkəməsi 04 dekabr 200*-ci ildə baxmış, Kürdəmir rayon Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən *28/892 saylı 25 iyul *999-cu il tarixli qeydiyyata əsasən Kürdəmir rayon Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə İddiaçı adına verilmiş xüsusi mülkiyyət hüququ üzrə qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Kürdəmir rayon İcra hakimiyyəti başçısına Kürdəmir rayonu Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə X2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq üçün müvafiq sərəncam verməsi bir vəzifə kimi həvalə edilmiş, X2 xeyrinə Kürdəmir şəhəri, Babək kuçəsi, "Atakişili" Birgə təsərrüfatının mərkəzi malikanəsində yerləşən yanacaq doldurma məntəqəsinin yenidənqurulması üzrə işlərinin idarə edilməsi ilə əlaqədar **0207697 manat məbləğində pul tutulmuş və həmin yanacaq doldurma məntəqəsi İddiaçı paylı mülkiyyətçi kimi istifadəsinə və sərəncamına verilmişdir. İddiaçı apellyasiya şikayəti vermiş, Apellyasiya Məhkəməsinin *3 dekabr 2002-ci il tarixli qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Apellyasiya Məhkəməsinin *3 dekabr 2002-ci il tarixi qətnaməsini 20*9-cu ilin avqust ayına kimi əldə edə bilməmişdi. Bununla əlaqədar Hacıqabul Rayon Məhkəməsinə qətnaməninin icraya yönəlib-yönəlməməsi haqda məlumat almaq üçün müraciət etmişdir. Nə məhkəmə, nə də icra şöbəsindən qətnamə barədə hər hansı bildiriş almamışdı. 20*9cu ilin may ayında yenə Hacıqabul Rayon Məhkəmələrinin İcra və Probasiya şöbəsinə müraciət etmiş və orada ona onunla əlaqədar hər hansı icra işinin olmadığını bildirmişlər. Sonra Hacıqabul Rayon Məməsinin sədrinə ərizə ilə müraciət etmiş və onun köməkliyi ilə *7 sentyabr 2002-ci il tarixli 737 saylı icra vərəqəsinin icraata qəbul edilib başlanması haqqında qərarın surətini əldə edə bilmişdir. Həmin icra işinə *7 sentyabr 2002-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin icra məmuru X** tərəfindən başlanılmışdır. Lakin icra ilə əlaqədar ona heç bir məlumat (bildiriş) verilməmişdir. Məhkəmə qətnaməsində də qeyd edildiyi kimi ondan **0207696 manat pulun tutularaq iddiaçıya verilməsi ilə eyni vaxtda Kürdəmir şəhər Babək küçəsi "Atakişi" Birgə təsərrüfatlar mərkəzi malikanəsində yerləşən yanacaq doldurma məntəqəsinin paylı mülkiyyətçisi kimi onun istifadəsinə və sərəncamına verilməsinə dair qətnamənin icra edilməməsi, bu günkü gün onun maddi vəziyyətini ağırlaşdırmışdır. O, dəfələrlə bu işlə alaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş İdarəsində olmuş və onlar ona təkrar Kürdəmir rayon İcra və Probasiya şöbəsinə müraciət etməyini məsləhət görmüşdülər. O, Hacıqabul Rayon Məhkəməsinın *3 dekabr 2002-ci il tarixli qətnaməsinin icra edilməsi barədə icra vərəqəsini nəhayət almış və icranın son nəticəsi haqqında məlumatlanmaq, eləcə də qətnamənin yenidən icrasına başlanılmsı üçün Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin rəisinə müraciət etmişdir. 29.0*.2020-cı il tarixdə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X9 tərəfindən Hacıqabul Rayon Məhkəməsinin 2-58/200* saylı, 04.*2.200*-ci il tarixli qətnaməsinin icraatına başlanması haqqında qərar qəbul edilərək icraata başlanıldı. İcra məmuru tərəfindən ilkin olaraq, məhkəmə qətnaməsinin könüllü olaraq icrası üçün borclu X3 bildiriş göndərilmiş, lakin borclu icra işi ilə əlaqədar hər hansı hərəkət etmədiyi üçün icra məmuru sonrakı icra proseslərini həyata keçirməli olmuşdur. Belə ki, icranın predmeti barədə əsaslı məlumat almaq üçün Azərbaycan Rublikası Cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinə, Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinə, Kürdəmir rayon Notariat Ofisinə sorğular göndərilmişdir. Sorğulara göndərilən cavab və sənədlərə əsasən müəyyən olunmuşdur ki, yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0.*2 ha torpaq sahəsinin Azərbaycan Respublikası Kürdəmir rayon X8 ** iyun 2007-ci il saylı qərarı ilə X* qərara alınmışdır. Yanacaq doldurma məntəqəsi isə 30 dekabr 2009-cu il tarixdə Əmlak İxtisaslaşdırılmış Mərkəzi tərəfindən keçirilən hərracın yekun protokoluna pasasən X*0 aşağıdakı qaydada satılmışdır. Əli-Bayramlı (indiki Şirvan) Yerli İqtisad Məhkəməsinin 24 aprel 2008-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev, iş N 340 2-2005) iddiaçı "xxxx" ASC-nin cavabdehlər "Aqil-20" firmasına, İddiaçı, X*4, X*5 və 3-cü şəxs Əmlakının İdarə Olunması və Özəlləşdirməsi Departamentinə qarşı 27.550 ABŞ dollar məbləğində əsas və ona hesablanmış faiz borcunun cavabdehlərin əmlakı hesabına ödənilməsi barədə iddia tələbinin iddia müddətinin keçməsi ilə əlqədar rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Karimov, hakimlər V.Ağayev və T.Hüseynova, iş N 2-*(*06)-56/2008) "Azərbaycan Beynəlxalq Bankı ASC-nin apelyasiya şikayətinin təmin edilməsi, iş üzrə X22 İqtisad Məhkəməsinin 24 aprel 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi, "Azərbaycan Beynəlxalq Bankı ASC-nin iddia tələbinin təmin edilməsi; "Aqil-20" firmasının 25.*50 ABŞ dolları əsas kredit borcunun, 2.400 ABŞ dolları faiz borcunun borc alınan vaxt manata məzənnəsinin cavabdehlərə məxsus aşağıdakı əmlakların aşağıdakı ardıcıllıqla hərracda satılaraq "Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir rayon filialına ödənilməsi: *. ünvan 2ində yerləşən "Aqil-20" firmasın məxsus 3 eded 25 tonluq dəmir çən; * ədəd Türkiyə istehsalı olan "Petrason" kolonkası bir şlanklı 2 ədəd dizel kolonkası Rusiya istehsalı; 20x09 metr ölçulü mışar daşından tikili, kolonkalar üstə dəmir şiferlər: 2. İddiaçı məxsus Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0,32 ha pay torpaq sahəsi və X*6 məxsus Kürdəmir rayon Şahsevən kəndində yerləşən 0,85 ha torpaq sahəsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2* və onun vəkili Abbasov Zatı oğlu, habelə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və onun vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətləri vermişlər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi 30 yanvar 2009-cu il tarixli, 2*-06/2009 saylı qərarı ilə verilən kassasiya şikayətlərini təmin etməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-*(*06)-56/2008 saylı qətnaməsini qüvvəsində saxlamışdır. Yuxarıda qeyd etdiyi məhkəmə proseslərindən qətiyyən xəbəri olmayıb. O, qeydiyyatda olduğu Kürdəmir rayonu, Xırdapay kəndini 2002-ci ildə tərk edərək Bakı şəhərinə gəlmiş və o vaxtdan da faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev *8 ünvanında yaşayır. İcra məmuru hansı əsaslarla qanuni qüvvə almış məhkəmə qətnaməsini nəzərə almadan məhkəmə qətnaməsinə əsasən icranin predmeti olan əmlakı başqa məhkəmə qətnaməsinin icrası zamanı qətnamədə nəzərdə tutulmayan əmlakı yəni Kürdəmir rayonu “Atakişi” Birgə malikanəsində yerləşən yanacaq doldurma məntəqəsini hərrac yolu ilə satdırmışdır. Əmlakı alan şəxs X*3 isə əmlakı mülkiyyətinə keçirdikdən sonra özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı 2653 saylı müqavilə əsasında yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0,*2 ha torpaq sahəsini də almışdır. Müqavilə aşağıdakı kimi bağlanmışdır: Aşağıdakı imza edənlər, bir tərəfdən Azərbaycan Respubilkasının Cavabdeh, sədr müavini cənab X*7 şəxsində (bundan sonra satıcı adlandırılacaqdır) digər tərəfdən X*3 (şəxsiyyət vəsiqəsi AZE03925459, *5.07.2005) şəxsində (bundan sonra "Alıcı" adlandırılacaq) müqaviləni bağladılar. Müqavilənin predmetini *6.04.20*0 tarixli, 27*0000748 saylı Hüquqların Dövət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestirindən Çıxarışa əsasən alıcının adına qeydiyyatla alınmış ünvan 2i ünvandakı qeyri-yaşayış binasının istifadəsində olan *3*2 m² torpaq sahəsi təşkil edir. Satıcı müqaviləsinin *.* bəndində göstərilən torpaq sahəsini *69 manata satır, "Alıcı" isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır. Hacıqabul Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qüvvəyə minmiş 04 dekabr 200*-ci il tarixli, 2 58/200* saylı qətnamə əsasında onun mülkiyyətinə verilən yanacaq doldurma məntəqəsi onun iştirakı olmadan, ona bidiriş göndərilmədən Kürdəmir rayon Mi Qrupunun *2.**.2009cu il tarixi, 2-*209 saylı sifariş məktubu əsasında Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 4550 manata satılır, o isə 2020-ci ilin iyul ayında Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hikmət Abbasov tərəfindən sorğulara verilən cavab əsasında məlumatlandırılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X*2 izahat verərək bildirdi ki, İddiaçı çıxarışın ləğv olunması tələbi ilə Ali Məhkəməyə qədər şikayət etmiş, lakin iddiası əsassız olduğu üçün rədd edilmişdir. ünvan 2ində yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0.*2 ha torpaq sahəsi hərraca çıxarılmış, Azərbaycan Respublikası Cavabdeh ilə Cəbrayılov Eyni oğlu arasında rəsmi qaydada 30 iyun 20*0-cu il tarixli, 2653 saylı alqı-satqı müqaviləsi bağlanmış və onun əsasında çıxarış almışdır. İddia əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində dəvət olunmuş X*3 izahat verərək bildirdi ki, 2009-cu ildə hərrac keçirilmiş və hərracı qazanmışdır. İddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan **.*2.2009-cu il tarixli Hərracın yekunları barədə Y-*38 nömrəli protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin icra vərəqəsi əsasında Kürdəmir rayon Məhkəmə İcraçıları Şöbəsinin sifarişi ilə "xxxx" MMC-nin keçirdiyi ünvan 4ində yerləşən “Aqil-20” firmasına məxsus əmlakın satışına dair (dəmir çən-3 ədəd, 25 tonluq, “Petrasan” kalonka-* ədəd Türkiyə istehsalı və dizel kalonkası-2 ədəd, Rusiya istehsalı) hərracın qalibi X*3 olmuşdur. İş materiallarında olan 30.*2.2009-cu il tarixli Hərracın yekunları barədə Y-*65 nömrəli protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin icra vərəqəsi əsasında Kürdəmir rayon Məhkəmə İcraçıları Şöbəsinin sifarişi ilə "xxxx" MMC-nin keçirdiyi ünvan 3ində yerləşən “Aqil-20” firmasına məxsus yanacaq doldurma binasının satışı ilə bağlı hərracın qalibi X*3 olmuşdur. İş materiallarında olan **.0*.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, “Aqil-20” firmasına məxsus yanacaqdoldurma binasının hərracın qalibi X7 mülkiyyətinə verilməsi barədə Kürdəmir Məhkəmə icraçıları Qrupunun məhkəmə icraçısı V.Verdiyev və hərracın qalib alıcısı olmuş X*3 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 30.06.20*0-cu il tarixli 2653 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Cavabdeh sədri X24 ilə X*3 arasında *6.*0.20*0-cu il tarixli, 27*0000748 saylı Hüquqların X*9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, alıcının adına qeydiyyata alınmış ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan *3*2 m2 torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X*9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanındakı təyinatı YDM olan qeyri-yaşayış binasının istifadəsində olan 0.*3*2 ha torpaq sahəsi üzərində X7 tam xüsusi mülkiyyətinə dair 05.*0.20*0-cu il tarixdə 27*0002*0* nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.*0.2020-ci il tarixli 2(009)-*664/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X*3 üçüncü şəxs qismində göstərilməklə cavabdeh "xxxx" MMC-yə və Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə 30.*2.2009-cu il tarixli Y-*65 saylı protokolun, həmin protokolunun sonrakı hüquqi nəticələrinin yəni *0.0*.20*0-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallatında olan Bakı Apellyasiya Məhkəməsinin 04.05.202*-ci il tarixli, 2(*03)- *685/202* nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.*0.2020-ci il tarixli 2(009)-*664/2020 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.**.202*-ci il tarixli, 2(*02)-5895/202* saylı qətnaməsindən görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.05.202*-ci il tarixli, 2(*03)-*685/202* nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Cavabdeh ilə X*3 arasında bağlanmış 30.06.20*0-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edir və iddia əsassız olduğundan iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, 03.03.*997-ci il tarixli 4948 saylı müəssisənin (obyektin) alqı-satqısı müqaviləsinə əsasən X6 yanacaqdoldurma məntəqəsi dövlət əmlakının özəlləşdirilməsi nəticəsində İddiaçı satılmış, Kürdəmir Rayon Məhkəməsinin 2*.*2.2005-ci il tarixli 2-226/2005 saylı qətnaməsi ilə X6 yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsinin nəticələri etibarsız hesab edilmiş, həmin yanacaqdodurma məntəqəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı arasında bağlanmış 03.03.*997-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş, *0.03.*997-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş həmin əmlakın hərracdan satılması və əldə olunmuş vəsaitdən 34*25*00 manat borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*6-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *8 mart 20*9-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın *27-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, *29-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X20 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.*-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və *06.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, hərrac məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Kürdəmir rayon Məhkəmə İcraçıları Şöbəsinin sifarişi ilə 2009-cu il tarixdə keçirilmiş, hərracı udmuş şəxslə əmlakın alqı-satqısı barədə 20*0-cu il tarixdə müqavilə bağlanılmışdır. İş materiallarına əsasən, iddiaçının həmin müddətdən sonra məlumatlı olduğundan müddət ötürüldüyü üçün İddiaçı X*3 üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “30 iyun 20*0-cu il tarixli, 2653 saylı müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 2*6-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X*3 üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “30 iyun 20*0cu il tarixli, 2653 saylı müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar