Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-40/2025 09.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Yadulla qızının Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Yadulla qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ailə üzvlərinin onlara məxsus Kürdəmir rayou Çöl-Qubalı kəndində yerləşən torpaq sahəsindən məcburi qaydada əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər təyin edilmiş məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Yadulla qızının Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 Yadulla qızından 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-40/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-40/2025
09.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver