Məhkəmə qərarları › İş №2(041)-41/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-41/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-41/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən məcburi qaydada çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan və onun Kürdəmir rayonunun Çöl-Qubalı kəndində yerləşən evində olan mebel, 1 ədəd taxt divanı, 5 dəst yorğan döşək, 1 ədəd krovat, 1 ədəd stol və 6 ədəd stul, 3 ədəd xalça, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd televizor ialtlığı, 1 ədəd video, 1 ədəd toz sovuran, 1 ədəd jurnal stolu, 1 ədəd sandıq, 1 ədəd arı markalı duxovka, 1 ədəd qapı və 2 ədəd pəncərə pərdəsi, kreslo divan, nahar dəsti, çay dəsti, 4 ədəd meyvə qabı, 2 ədəd güldan, qaşıq-bıçaq naboru, 1 ədəd tefal ütü, 2 ədəd qəfədan, 12 ədəd stəkan, 6 ədəd rumka, 2 ədəd çay servisi, 2 ədəd meyvə qabı (lodka), 5 ədəd qırmızı meyvə qabı, 4 ədəd duz qabı, 2 ədəd çit süfrə, 1 ədəd pletka, 1 ədəd lampa, 6 ədəd balaca qruşka, 6 ədəd stəkan (bufet bəzəyi), 6 ədəd armudu stəkan və nəlbəki, 1 ədəd dolçı və 6 ədəd balası, 6 ədəd rumka, 6 ədəd stəkan (bufet bəzəyi), 6 ədəd çaşka və nəlbəkisi, 6 ədəd sadə çaşka, 6 ədəd balaca fincan, 5 ədəd araq stəkanı, 1 ədəd termo, 1 ədəd aşsüzən, 1 ədəd yuxa yayılan və 1 ədəd oxlov, 6 ədəd çörək qabı, 4 ədəd podnis, 1 ədəd ət maşını, 6 ədəd nikkelli qazan dəsti, 2 ədəd alüminium qazan, 4 ədəd çuğun qazan, 1 ədəd mikser, 45 ədəd qırmızı küllü boşqab, 2 ədəd qırmızı güllü çaynik, 2 ədəd kül qabı, 6 ədəd meyvə qabı, 9 ədəd limon qabı, 1 ədəd divan üstü ədyal, 1 ədəd divar saatı, 5 ədəd yorğan çexolu, 5 ədəd yastıq çexolu, 3 ədəd balış, iri və balaca teştlərdən ibarət əmlakların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının cavabdehə məxsus əmlakların çıxarılmasını tələb etdiyi ev sənədləşdirilmədiyindən kimə məxsus olmasını müəyyən etmək mümkün olmamış və bununla bağlı heç bir sənəd işə əlavə edilməmişdir. Kürdəmir RİHB-nın Ərəbqubalı KİƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından məlum olur ki, həmin ev X1 ayrılmış pay torpaq sahəsi üzərində tikilmiş, 2019cu ildə həmin evdə iddiaçının qardaşı X2 öz ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, evin yerləşdiyi torpaq sahəsi əmisi oğlu X1 ayrılmış pay torpaq sahəsi üzərində tikilsə də, evi onlar tikmiş və həmin evdə özləri yaşamışlar. Ona görə də evə dair sənədləri olmadığına görə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, hazırda onun cehizlərinin yerləşdiyi evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin evi birgə nikah dövründə özləri tikdirmiş və həmin evdə də yaşamışlar. İddiaçının həmin evə dair məhkəmədə iddia qaldırmaq səlahiyyəti yoxdur. Ona görə də iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə baxılmamış saxlanılmalıdır. Əvvələn qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə müvafiq olaraq ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı əmlakların evdən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar