Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-412/2023 21.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçılar İddiaçı3, X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-123/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı3, X2 və İddiaçı1 Cavabdeh birgə mülkiyyətlərində olan Kürdəmir rayon Yenikənd kəndində yerləşən 4.10 ha torpaq sahəsindən iddiaçılar X2 1.38 ha, X1 İddiaçı3 və Cavabdeh payı naturada 0.68 ha hissədə müəyyən edilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçılar bildirdilər ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-123/2022 nömrəli qətnaməsi ilə onların payı müəyyən edilmiş, lakin qeyd olunan məhkəmə qətnaməsi icra olunmadığı üçün yenidən məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxti barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Tərəflərə izah edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARALDİ: İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-412/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-412/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver