Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-414/2023 21.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək ərizəçilərin mərhum X4 bacısı nəvələri olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Dəyirmanlı kəndində yerləşən 4.4970 ha torpaq sahəsinin 0.7495 ha hissəsi ərizəçilərin nənəsi Şəfiqənin bacısı mərhum X4 mülkiyyətində olmuşdur. R.Cəfərova xx.xx.2017-ci il tarixdə vəfat etmiş, ərdə olmamış və onun övladları olmamışdır. R.Cəfərova ölənə kimi onlarla, anaları X6, bacısı Ərizəçi2 və X7 ilə birgə yaşamışlar. Ölümündən sonra ona məxsus olan 0.7495 ha torpaq sahəsi faktiki olaraq ərizəçilərin və ailə üzvlərinin istifadəsindədir. Faktiki olaraq mirası qəbul edərək idarə edirlər. Nənəsi X1 Rəfiqə Saday qızı ilə bacı olması Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-707/2021 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. Lakin mərhum X4 miras əmlakının qəbulu ilə bağlı notatius hərəkətlərini etmək üçün Ərizəçi1, bacıları Ərizəçi2 və X3 mərhumla qohumluq əlaqələrinin olmasına ehtiyac yaranmışdır. İşə əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 707/2021 saylı qətnaməsi ilə ərizəçilərin X2nın X10 ilə bacı olması faktı təsdiq olunmuşdur. Ona görə də, ərizəçilərin mərhum X4 bacısı nəvələri olması faktının müəyyən edilməsi üçün onların mərhum X4 nəvələri olması faktının müəyyən edilməsi kifayət edir. Bunun üçün də, ərizəçilər ata və ya ana xətti üzrə doğum haqqında şəhadətnamələri əldə etməklə, mərhum X4 bacısı nəvələri olması faktı müəyyən ediləcəkdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iş məhkəmədə baxılmalı olmadığına görə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-414/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-414/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver