Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-425/2023 04.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə əmək stajının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1983-cü ildə Kürdəmir rayon X15 Qənnadı sexinə əvvəlcə fəhlə işinə qəbul olunmuşdur. Təxminən üç il Qənnadı sexində fəhlə kimi fəaliyyət göstərəndən sonra həmin sexə qənnadçı keçirilərək 28 dekabr 1991-ci ilə kimi Qənnadı sexində qənnadçı işləmişdir. Ailə qurması ilə əlaqədar xx.xx.1991-ci il tarixdə Qənnadı sexindən işdən çıxmış, lakin işdən çıxanda əmək kitabçasını almamışdır. Ailə vəziyyəti ilə əlaqədar 1995-ci ildə Rusiya Federasiyasına getmiş və ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Orada onun yaşa görə əmək pensiyası almaq hüququ yaranıb. Hazırda pensiya yaşı tamam olduğundan Kürdəmir rayon X15 Qənnadı sexində işləməsi ilə bağlı sənad lazım olmuş və buna görə həmin sənədi almaq üçün aidiyyəti üzrə müraciət edərkən Kürdəmir rayon X15 ləğv olunduğunu bildirib həmin sənədi almaq üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət etməsini izah etmişlər. Lakin Kürdəmir rayon X15 sənədləri Dövlət arxivinə verilmədiyinə görə o, X16 işləməsi ilə bağlı sənədi əldə edə bilməmişdir. Bununla bağlı Kürdəmir rayon Dövlət arxtivi tərəfindən ona xx.xx.2022-ci il tarixli arxiv arayışı verilmişdir. Onun Kürdəmir rayon X15 Qənnadı sexində əvvəl fəhlə kimi, sonradan isə qənnadçı kimi işləməsini təsdiq edən şahidləri də var. Kürdəmir rayon Dövlət Arxivi tərəfindən ona verilən Arxiv arayışını Dövlət Sosial Müdafiə Fonduna təqdim etsə də, onlar Arxiv arayışın qəbul etməmişlər. Buna görə də o, bir vətəndaş kimi pensiya almaq hüququndan məhrum ola bilər. Kürdəmir rayon X12 işləməsi ilə bağlı sənədi isə başqa cür əldə edə bilmir. Ona görə də onun 1983-cü ildən 28 dekabr 1991-ci il tarixə kimi Kürdəmir rayon X16 əvvəl fəhlə, sonra isə qənnadçı işləməsi ilə bağlı əmək stajının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Ərizəçi lazıimi qaydada məlumat verilmiş, o, məhkəməyə teleqram göndərib hazırda Rusiya Federasiyasında yaşadığından məhkəməyə gələ bilmədiyini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Ərizəçi iştirakı olmadlan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maralı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına lazımi qaydada məlumat verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filalının mütəxəssisi Şəbnəm Ağayevanın və Filialın departament müdiri Arzu Ağakişiyevanın imzası ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə etiraz ərizəsi məhkəməyə daxil olmasına baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində göstərdi ki, o, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayon X15 DSP nəzdindəki yeməkxanaya aşbaz köməkçisi vəzifəsinə qəbul edilərək xx.xx.1979-cu il tarixə kimi müxtəlif yeməkxanalarda aşbaz vəzifəsində işləmişdir. xx.xx.1979-cu il tarixdə X16 makinaçı-katibə vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə isə Kadrlar üzrə müfəttiş vəzifəsinə təyin edilərək xx.xx.2001-ci il tarixə kimi X16 Kadrlar üzrə müfəttiş vəzifəsində işləmişdir. İşlədiyi Kadrlar üzrə müfəttiş vəzifəsi ləğv edildiyi üçün işdən azad edilmişdir. Bir müddət işsiz aldıqdan sonra xx.xx.2002-ci il tarixdə yenidən Kürdəmir rayon X20 mühasib vəzifəsinə təyin edilib xx.xx.2003-cü il tarixə kimi həmin vəzifədə işləmişdir. O, Kürdəmir rayon X16 Kadrlar üzrə müfəttiş vəzifəsində işləyərkən Ərizəçi xx.xx.1983-cü il tarixdə Kürdəmir rayon X15 Qənnadı sexinə fəhlə işinə qəbul edilmişdir. Arzunun işə qəbul edilməsi ilə bağlı sənədləşmə işlərini Kadrlar üzrə müfəttiş kimi özü görmüş və onun adına əmək kitabçası doldurmuşdur. Ərizəçi təxminən 3 il X15 Qənnadı sexində fəhlə işlədikdən sonra həmin sexə qənnadçı işinə keçirilərək xx.xx.1991ci il tarixə kimi Qənnadı sexində qənnadçı işləmiş və həmin tarixdə ailə vəziyyəti ilə əlaqədar işdən çıxmışdır. Ərizəçi ailə qurması ilə əlaqədar işdən çıxarkən onun adına doldurulmuş əmək kitabçasını götürməmişdir. Ərizəçi hazırda ailəsi ilə birdlikdə Rusiya Fedarasiyasında yaşayır. O, X13 işdən çıxanda şəxsi heyətə aid sənədlər X15 inzibati binasında qalmış, sonradan həmin sənədlərin Dövlət Arxivinə təhvil verilibverilməməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Əzimova (Novruzova) Mətanət Əhmədağa qızı ifadəsində göstərdi ki, o, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayon X15 Qənnadı sexinə müvəqqəti olaraq fəhlə işinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə isə həmin sexə qənnadçı işinə keçirilərək xx.xx.1992-ci il tarixə kimi Qənnadı sexində qənnadçı işləmişdir. O, X15 Qənnadı sexində fəhlə işlədiyi müddətdə Ərizəçi 1983-cü ilin iyul ayının əvvəlində X15 Qənnadı sexinə fəhlə qəbul edilmişdir. Arzu təxminən 3 il Qənnadı sexində fəhlə işlədikdən sonra həmin sexə qənnadçı işinə keçirilmiş və xx.xx.1991-ci il tarixə kimi onunla birlikdə Qənnadı sexində qənnadçı işləmişdir. xx.xx.1991-ci ildə X7 ailə vəziyyəti ilə əlaqədar işdən çıxmış və hazırda o, Rusiya Federasiyasında yaşayır. Arzu işdən çıxandan sonra o, Qənnadı sexində fəaliyyətini davam etdirmiş və Qənnadı sexi xx.xx.1992-ci il tarixdə Kürdəmir rayon Çörək zavodunun tabeliyinə keçirildikdən sonra o, yenidən Qənnadı sexində köməkçi fəhlə kimi saxlanılmış və xx.xx.1995-ci il tarixdə Qənnadı sexindən işdən çıxmışdır. Ərizəçi ailəsi ilə birlikdə hazırda Rusiya Federasiyasında yaşayır. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, o, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayon İstehlak Cəmiyyətinin Limonad sexində mövsümi işlə əlaqədar fəhlə işinə qəbul edilməklə əmək fəaliyyətinə başlayıb xx.xx.1981-ci il il tarixə kimi fasilələrlə həmin işdə işləmişdir. xx.xx.1982-ci il tarixdə Kürdəmir rayon X15 Qənnadı sexinə xadimə işinə qəbul edilmiş və xx.xx.1988-ci il tarixə kimi orada xadimə işləmişdir. İşlədiyi xadimə ştatı ixtisara düşdüyü üçün həmin tarixdə Qənnadı sexinə fəhlə işinə keçirilib xx.xx.1992-ci il tarixə kimi Qənnadı sexində fəhlə işləmişdir. O, Qənnadı sexində xadimə işlədiyi müddətdə Ərizəçi 1983-cü ilin iyul ayının əvvəlində Qənnadı sexinə fəhlə işinə qəbul edilmişdir. Arzu Qənnadı sexində təxminən 3 il fəhlə kimi işlədikdən sonra qənnadçı işinə keçirilərək xx.xx.1991-ci il tarixə kimi qənnadçı işləmiş və xx.xx.1991-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar işdən çıxmışdır. O, Qənnadı sexində əvvəl xadimə və sonra fəhlə kimi Arzu ilə bir sexdə işləmişdir. Ərizəçi hazırda ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dövlət Arxivi İdarəsinin xx.xx.2022-cİ il tarixli, 191 nömrəli Arxiv arayışından görünür ki, Kürdəmir rayon X15 arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Əzimova (Novruzova) Mətanət Əhmədağa qızına məxsus olan və xx.xx.1986-ci il tarixdə doldurulmuş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, M.Ə.Əzimova xx.xx.1980-ci il tarixdə Kürdəmir X15 qənnadı sexinə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə Qənnadı sexinə qənnadçı keçirilərək xx.xx.1992-ci il tarixə kimi Qənnadı sexində qənnadçı işləmişdir. İş materiallarına əlavə edilmiş X8 məxsus olan və xx.xx.1980-ci il tarixdə doldurulmuş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, S.Q.Rzayeva xx.xx.1982-ci il tarixdə X21 Bmirliyinin Qənnadı sexinə xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə Qənnadı sexinə fəhlə təyin edilərək xx.xx.1992-ci il tarixə kimi Qənnadı sexində fəhlə işləmişdir. İş materiallarına əlavə edilmiş X9 məxsus olan və xx.xx.1978-ci il tarixdə doldurulmuş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, A.R.Kərimova xx.xx.1977-ci il tarixdə Kürdəmir X16 əmək fəaliyyətinə başlamaqla, xx.xx.1979-cu il tarixdə X19 Makinaçı-katibə vəzifəsinə, xx.xx.1983-cü il tarixdə isə Kadlrlar üzrə müfəttiş vəzifəsinə keçirilərək xx.xx.2001-ci il tarixə kimi Kadrlar üzrə müfəttiş vəzifəsində işləmişdir. Məhkəmə şahid ifadələrini dinləyərək, habelə işdə olan rəsmi sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1983-cü ildə Kürdəmir rayon X15 Qənnadı sexinə əvvəlcə fəhlə işinə qəbul olunmuşdur. O, üç il Qənnadı sexində fəhlə kimi fəaliyyət göstərəndən sonra həmin sexə qənnadçı işinə keçirilərək 28 dekabr 1991-ci ilə kimi Qənnadı sexində qənnadçı işləmişdir. Ailə qurması ilə əlaqədar xx.xx.1991-ci il tarixdə Qənnadı sexindən işdən içıxmış, lakin işdən çıxanda əmək kitabçasını almamışdır. Ailə vəziyyəti ilə əlaqədar 1995-ci ildə Rusiya Federasiyasına getmiş və hazırda ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Orada onun yaşa görə əmək pensiyası almaq hüququ yaranıb. Hazırda pensiya yaşı tamam olduğundan Kürdəmir rayon X15 Qənnadı sexində işləməsi ilə bağlı sənəd lazım olmuş və buna görə həmin sənədi almaq üçün aidiyyəti üzrə müraciət edərkən Kürdəmir rayon X15 ləğv olunduğunu bildirib həmin sənədi almaq üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət etməsini izah etmişlər. Lakin Kürdəmir rayon X15 sənədləri Dövlət Arxivinə verilmədiyinə görə o, X16 işləməsi ilə bağlı sənədi əldə edə bilməmişdir. Bununla bağlı Kürdəmir rayon Dövlət arxtiv İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixli Arxiv arayışı verilmişdir. Kürdəmir rayon Dövlət Arxivi tərəfindən ona verilən Arxiv arayışını Dövlət Sosial Müdafiə Fonduna təqdim etsə də, onlar Arxiv arayışın qəbul etməmişlər. Buna görə də o, bir vətəndaş kimi pensiya almaq hüququndan məhrum ola bilər. Kürdəmir rayon X12 işləməsi ilə bağlı sənədi isə başqa cür əldə edə bilmir. Ərizəçi həqiqətən xx.xx.1983-cü ildən xx.xx.1991-ci il tarixə kimi Kürdəmir rayon X15 Qənnadı sexində əvvəl fəhlə kimi, sonradan isə qənnadçı kimi işləməsi iş materiallarında olan sənədlərlə, həmçinin iş üzrə şahidlər X3, Əzimova (Novruzova) Mətanət Əhmədağa qızının və X4 ifadələri ilə təsdiq edilmişdir. Ərizəçi ərizəsində 1983-cü ildə Kürdəmir rayon X15 Qənnadı sexinə fəhlə işinə qəbul edildiyini göstərməklə konkret olaraq 1983-cü ilin hansı ayında işə qəbul edildiyini göstərməmişdir. İş üzrə şahid qismində dindirilmiş və həmin vaxt Kürdəmir rayon X16 Kadrlar üzrə müfəttiş vəzifəsində işləyən X10 ərizəçi A.Ə.X5 Birliyinin Qənnadı sexinə xx.xx.1983-cü il tarixdə fəhlə işinə qəbul edildiyini, iş üzrə dindirilmiş və həmin müddətdə Kürdəmir rayon X15 qənnadı sexində işləyən X11 və Əzimova (Novruzova) X1 Arzu Əbil qızının 1983-cü ilin iyul ayınnın əvvəlində X15 Qənnadı sexinə əvvəlcə fəhlə işinə qəbul edildiyini göstərmişlər. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi Kürdəmir rayon X15 Qənnadı sexindən ailə qurması ilə əlaqədar olaraq işdən çıxarkən onun adına doldurulmuş əmək kitabçasını götürməmiş və hazırda da, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Onun adına doldurulmuş əmək kitabçasını götürməməsini iş üzrə dindirilmiş şahid həmin vaxt X16 Kadrlar üzrə müfəttiş vəzifəsində işləmiş X10 da təsdiq etmişdir. İş materiallarından görünür ki, iş üzrə dindirilmiş şahidlər X10, Əzimova (Novruzova) Mətanət Əhmədağa qızı və X11 Ərizəçi ilə Kürdəmir rayon X15 Qənnadı sexində birlikdə işləməklə iş fəaliyyəti ilə əlaqədar bir-birlərini yaxından tanımış, M.Ə.Əzimova və S.Q.Rzayeva Ərizəçi ilə birlikdə Kürdəmir rayon X15 qənnadı sexində birlikdə eyni dövrdə işləməklə fəaliyyət göstərmişlər. Ərizəçi ilə şahidlərin birlikdə işləməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş materiallarına əlavə edilmiş iş üçün mühüm əhəmiyyət kəsb edən əmək kitabçaları ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxıd həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İnsan Hüquqlarının və X6 X2 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 13..4-cü bəndinə əsasən əmək stajıməhkəmə qaydasındamüəyyən edilərkən MPM-nin80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsini zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələbləırinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli və Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixə kimi Kürdəmir rayon X15 Qənnadı sexində əvvəl fəhlə, sonra isə qənnadçı işləməsi ilə bağlı əmək stajı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixə kimi Kürdəmir rayon X15 Qənnadı sexində əvvəl fəhlə, sonra isə qənnadçı işləməsi ilə bağlı əmək stajı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-425/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-425/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver