Məhkəmə qərarları › İş №2(041)-433/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-433/2025

18.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-433/2025 18.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X14 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mal-qara üçün gediş-gəliş məqsədi ilə bələdiyyənin ümumi istifadəsində olan qanunsuz zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayan Cavabdeh tərəfindən mülkiyyətində olan həyətyanı sahəsinin giriş-çıxışna qoyulmuş manelərin, yəni cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxmaqla, aradan qaldırılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kənd ərazisində yerləşən mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsində 2008-ci ildə ev tikərək, həmin vaxtdan hal-hazıra kimi həmin evdə yaşayırlar. Rəsmi işdə işəmir, kənddə yaşayan sakinlər kimi mal-qara saxlamaqla və pay torpağında əkin əkməklə əldə olunan gəlir hesabına ailəsini saxlayır. Həmin ərazidə onunla eyni məkanda yaşayan Cavabdeh iki ilə yaxın bir vaxtda Qarasaqqal bələdiyyəsinin mülkiyyətində olan mal-qaranın gediş-gəliş yolu məqsədilə istifadə olunan 2795 kv.metr torpaq sahəsini hasarlayaraq, zəbt etmişdir. Bu hal digər kənd sakinləri ilə birlikdə onun da etirazına səbəb olmuş və etirazlarını cavabdehə bildirərək, ümumi istifadədə olan sözügedən torpaq sahəsindən çıxmasını cavabdehdən tələb etmişlər. Lakin cavabdeh bu günə kimi həmin zəbt olunmuş ərazidən çıxmamışdır. Bu barədə Qarasaqqal bələdiyyəsinə müraciətləri əsasında bələdiyyə sədrinin göstərişinə də cavabdeh əməl etməmişdir. Bundan sonra cavabdehin zəbt etdiyi ərazidən məcburi çıxarılması barədə Kürdəmir rayon Polis Şöbəsinə ərizə vermiş. Polis Şöbəsində araşdırma zamanı 16 saylı Ucar Ərazi İdarəsindən alınmış arayışda da, cavabdehin mübahisəli torpaq sahəsinin zəbt etdiyi öz təsdiqini tapmışdır. Bu barədə Kürdəmir RİHBnın aparatına müraciəti əsasında onların rəsmi nümayəndələri yerində mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və cavabdeh həmin torpaq sahəsinin zəbt etdiyi müəyyənləşdirilərək, onun bu ərazidən çıxması cavabdehdən tələb olunmuş, lakin cavabdeh son nəticədə həmin ərazidən çıxmamışdır. Onu da qeyd edir ki, cavabdehin sözügedən torpaq sahəsini zəbt etməsi onun mülkiyyətində olan pay torpaqlarının becərilməsinə də maneəçilik göstərir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və heç kim tərəfindən zəbt edilməmişdir. Məhkəmənin təyin etdiyi ekspertizanın icrası ilə bağlı ekspert və mütəxəssis tərəfindən ünvana baxış keçirilmiş, həmin torpaq sahəsinin boş olması öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçının evinə və həyətyanı torpaq sahəsinə gedişgəliş üçün ayrıca yolu vardır. Ekspert rəyində də, iddiaçının boşaldılmasını tələb etdiyi 0.25 ha torpaq sahəsinin gediş-gəliş yolu üçün nəzərdə tutulmadığı göstərilmişdir. Cavabdeh göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ünvan 3 bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 25 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kürdəmir rayon şöbəsininə ünvanlanan məktubdan görünür ki, Kürdəmir rayonu Qarasaqqalbələdiyyəsi 20 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə Qarasaqqal kənd sakini İddiaçı alqı-satqı əsasında 0.10 hektar torpaq sahəsi ayrılmışdır. - Qarasaqqal bələdiyyəsinin sədri Y.Əhmədovun, Kürdəmir rayonu torpaq və xəritəçəkmə şöbəsinin mütəxəssisi Ş.Ağayevin, Qarasaqqal kənd sakini İddiaçı imzaladığı Yerin seçilmə aktına əsasən, Qarasaqqal bələdiyyəsinin 20 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə Qarasaqqal kənd sakini İddiaçı bələdiyyə torpağından ayrılmış 0.10 hektar torpaq sahəsini yer üzərində torpaq təpə nişanları ilə ayırıb İddiaçı təhkim etmişər. - Torpaqların alqı-satqısına dair akta əsasən, ünvan 3i ünvanda yaşayan İddiaçı tərəfindən rayon bələdiyyə orqanına xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Qarasaqqal bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 10 nömrəli qərar qəbul edilmişdir. - Kürdəmir rayonu X2 20 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarına əsasən, Qarasaqqal kənd sakini İddiaçı Qarasaqqal bələdiyyəsinın alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararsız torpaq sahəsindən tikinti məqsədilə 0.10 ha torpaq sahəsi satılmışdır. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 27 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Maraqlı şəxs xx.xx.2005-ci il tarixli, 10 nömrəli qərarı əsasında 0.10 ha torpaq sahəsi ayrılmışdır. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 46 nömrəli arayışından görünür ki, İddiaçı qonşusu Cavabdeh ilə mübahisəli torpaq sahəsi Kürdəmir rayonu Qarasaqqal Bələdiyyəsinə aiddir. - Kürdəmir rayon İHB-nın Qarasaqqal kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 204 nömrəli arayışına əsasən, Salahov X5 rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla yaşayır və onun ailə tərkibi aşağıdakılardan ibarətdir: X1 (arvadı); X4 (qızı); X3 (qızı); X7 (oğlu); Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühəndis-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayon Qarasaqqal kənd Bələdiyyədi ilə İddiaçı arasında “Torpaqların Alqı- Satqısına dair” akta əsasən İddiaçı verilmiş Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən 0,10 ha torpaq sahəsinin kordinatları müəyyən edilsin. - Kürdəmir rayon Qarasaqqal kənd Bələdiyyədi ilə İddiaçı arasında “Torpaqların Alqı- Satqısına dair” akta əsasən İddiaçı verilmiş Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən 0,10 ha torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən tutulub istifadə edilirmi? - İddiaçı mübahisələndirdiyi ünvan 3ində yerləşən torpaq sahəsinin statusu müəyyənləşdirisin, həmin torpaq sahəsinin mülkiyyətçisi kimdir, həmin torpaq sahəsindən gediş- gəliş üçün yol nəzərdə tutulmuşdurmu? - İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi cavabdeh tərəfindən tutulub istifadə edilirmi? - Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1867 nömrəli ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-1038/2025 nömrəli mütəxəssis rəyinə əsasən: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, iddia olunan 0.10 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayrırma sxemi təqdim edilmədiyı üçün sözügedən torpaq sahəsinın koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. - İddiaçının naturada göstərilən 0.25 ha torpaq sahəsinin boş və istifadəsız olduğu mutəxəssis tərəfindən müəyyən edildiyi üçün X10 tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Da Əmlakın X16 və Rey Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının naturada göstərdiyi 0.25 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS-AzCad) ya məntəqələrinin torpaqları kateqoriyalı islahat uqodiyası öruş, uqodiyası tikintialts torpaqlar, bələdiyyə mulkiyyətinə aid torpaq sahəsi olaraq gostarılmışdır TEKUİS AzCad məlumatlarında torpaq sahəsının faktıkı istifadəçısının X8 olduğu qeyd edilmişdir. Naturada göstərilən 0.25 ha torpaq sahəsindən gediş-gəlış yolu idarənin elektron baza məlumatlarında göstərilməmişdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh mütəxəssisə naturąda göstərilən 0.25 ha torpaq sahəsindən istifadə etmədiyini bildirmışdır. Beləliklə, ekspert rəyinə əsasən İddiaçı hazırda mülkiyyətində olan 0.10 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayrırma sxemi təqdim edilmədiyı üçün sözügedən torpaq sahəsinın koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının naturada göstərilən 0.25 ha torpaq sahəsinin boş və istifadəsız olduğu, 0.25 ha torpaq sahəsindən gediş-gəlış yolu idarənin elektron baza məlumatlarında göstərilmədiyi ekspert tərəfindən müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-cı maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki iş üzrə iddiaçının boşaldılmasını tələb etdiyi 0.25 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçı özünə aid olmayan torpaq sahəsinin boşaldılmasına dair məhkəmədə iddia verməyə subyektiv hüququ olmayan şəxs hesab edildiyindən, iddia rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 may 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: · öz iradəsinə uyğun hərəkət etmək; · digər şəxslərdən müəyyən davranışı tələb etmək; · hüquq pozuntusu halında müdafiə olunmaq. Konstitusiya Məhkəməsinin Plenumu həmin Məcəllənin 2.1 və 4.1-ci maddələrinin tələblərini nəzərə almaqla göstərmişdir ki, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərar). Qanunla qorunan maraqları subyektiv hüquqlardan fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir ki, subyektiv hüquq obyektiv hüququn müvafiq normasına əsaslandığından konkret xarakter daşıyır, yəni davranışın ölçüsü, növü, subyektləri və s. məlumdur. Qanunla qorunan maraqlara münasibətdə isə icazə verilən davranış üçün dəqiq sərhədlər qanunvericiliklə müəyyən olunmadığından, belə maraqlara uyğun konkret vəzifələr də birbaşa obyektiv hüquq normalarında öz əksini tapmır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə mübahisənin obyektiv həll edilməsi ilə bağlı iş üzrə digər mötəbər sübutun olmadığını nəzərə alaraq, hazırki vəziyyətdə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar