Məhkəmə qərarları › İş №2(041)-451/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-451/2025

03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-451/2025 03.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X37 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, hiayəsində yaşadığı mərhum X2 aX3nun qardaşı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, atası X1 vətəndaşı X24 ilə evlənmiş və o, xx.xx.31986-cı ildə Ukrayna Respublikasının Zaporojiya Vilayətinin Zaporojiya şəhərində anadan olmuşdur. O,7 yaşında olarkən Azərbaycan Respubliaksına gəlmişlər və ata anasının razılığı ilə babası X11, nənəsi X16 və subay X2 yanında qalmış, valideynləri isə Ukrayna Respublikasına qayıtmışlar. Əmisi Əlyas xəstə olduğu üçün ailə həyatı qurmamış, ona görə də onu əmisi Əlyasın himayəsinə vermişlər. 1996-cı ildə nənəsi Əsbət, 2000-ci ildə isə babası Allahverdi vəfat etdikdən sonra o, əmisi X12 ilə baba və nənəsindən miras qalmış Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evdə yaşamışlar. O, orta məktəbi Xırdapay kənd tam orta məktəbində almışdır. 2003-cü ildə Kürdəmir rayon sakini X17 ilə ailə həyatı qurmuş və evləndikdən sonra əri ilə birlikdə X2 mülkiyyətində olan Kürdəmir rayonu, Xırdapay kəndindəki 0.12 ha həyətyanı torpaq sahəsindəki mənzildə yaşamışlar. Himayəsində olduğu əmisi Əlyas Əhmədov xx.xx.2022ci ildə vəfat etmişdir. Əmisi vəfat edəndən sonra miras qalmış Kürdəmir rayonun Xırdapay kəndindəki 0.12 ha həyətyanı torpaq sahəsni və həmin sahədə olan 2 otaqlı yaşayış evini adına rəsmiləşdirilməsi ilə əlaqədar X31 xidmət Mərkəzində Notariat ofisiə müraciət etmiş, lakin Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı əsasında əmisi Əlyas Əhmədovun və onun adına verilmiş mülkiyyət hüquqna dar JN-156H nömrəi,kod 90616018 saylı şəhadətnamədə onun ata adı Əliazad əvəzinə Əlyas kimi yazılmışdır. Həmin şəhadətnamədə ata adının səhvən Əliazad əvəzinə Əlyas yazılmasına düzəliş olması ilə əlaqədar ərizə ilə aidiyyəti orqanlara müraciət etmiş və həmin sənəddə düzəliş olunması ilə əlaqədar müvafiq orqanlar tərəfindən akt rətib edilmiş və miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün bütün hüquqmüəyyənedici sənədlərini Notariat ofisinə təqdim etmişdir. Ona vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmadığı üçün Notariat Ofisi tərəfindən ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Ona görə də mərhim X2 X3nun qardaşı olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Bu faktın təsdiqi əmisin Əlyas Əhmədovdan miras qalmış əmlakın adına rəsmiləşdirilməsi səbəbindən ona lazımdır. Odur ki, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X8 məhkəmə iclasında bildirdi ki, o, 1975-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. Ərizəçi onun atasının əmisi qızıdır. Leylanın atası iki qardaş olmuşlar. Leyla gəlib babasının, nənəsinin və əmisi Əlyasın yanında qalmışdır. Nənəsi və babası vəfat edəndən sonra Leyla əmisinin yanında qalmışdır və onunla bir yerdə yaşamışlar. Ərizəçinin babası onun atasının əmisi olmuşdur. Əmisi Əlyas da xəstə olduğu üçün evlənməmişdir. X6 məhkəmə iclasında X8nın ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Kürdəmir rayonun Xırdapay kəndində qeydiyyatdadır. Hazırda həmin kənddə yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.1949-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, atası qrafasında X11, anası qrafasında X18 qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X12 xx.xx.1957-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, atası qrafasında X11, anası qrafasında X18 qeyd edilmişdir. İşdə olan Kürdəmir rayon X15 xx.xx.2001-ci il tarixli,07 saylı qərarı ilə verilmiş JN- 156 H,kod ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X12 və X22 qeyd edilmişdir. İşdə olan Kürdəmir Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vərəsəlik dairəsi müəyyən edilə bilmədiyi üçün Ərizəçi xx.xx.2022ci il atrixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Ukrayna Respubliaksında doğulmuşdur. Onun atası X1 Respublikası vətəndaşı ilə evlənmiş və onların Leyla adlı uşaqları doğulmuşdur. Onlar Ukrayna Respublikasından Azərbacan Respubliaksına gəlmiş və valideynlərin razılığı ilə Leyla bası Əhmədov Allahverdi NəNəsib oğlu, nənəsi X16 və X2 yanında qalaraq onların yanında böyüyüb başa çatmışdır. Nənəsi 1996-cı ildə,babası 2001-ci ildə, əmisi X14 isə 29.1.2022-ci ildə ölmüşdür. X2 ölümündən sonra Ərizəçi əmisindən qalmış mirası adına rəsmiləşdirmək istəsə də, vərəsələrin dairəsini müəyyənləşdirmək mümkün olmadığından Kürdəmir Notariat Kontoru ərizəçinin müraciətinə imtina cavabı vermiş və məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. X3 və əmisi X12 öldüyündən onların qohumluq münasibətlərində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 X10 ilə qohumluq münasibətlərində, yəni mərhum X7 Əhmədov Əliazad oğlunun qardaşı olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar