Məhkəmə qərarları › İş №2(041)-454/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-454/2023

26.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-454/2023 26.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən əmlakları ilə məcburi qaydada çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya Küdəmir rayon Çölqubalı kənd ərazsindən fərdi yaşayış evi tikmək üçün 0.99 ha toraq sahəsi verilmişdir. Torpaq sahəsaindən bir müddət istifadə etsə də sonradan səhətində yaranan problemlərlə bağlı torpaq sahəsindən istifadə edə bilməmişdir. Bu yaxınlarda Cavabdeh onun torpaq sahəsini zəbt etdiyinin şahidi olmuşdur. İddiaçı cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də cavabde torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, bildirdi ki, JN-0057 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə Kadastr və Yerquruluşu Layihə-X2 Layihə -Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və elektron xəritəyə uyğun olaraq ölçülmüş və sərhədləri ona tanıdılmış, lakin torpaq sahəsinin plan-cizgisi və zəbt edilən sahənin koordinatları ona təqdim edilməmişdir. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Cavabdeh həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Ekspert rəyi ilə razı deyil və müəyyən edilən qaydada iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin hazırda onun istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əvvəllər həmin torpaq sahəsini onlar əkib becərmiş, iddiaçını heç vaxt orada görməmiş, bu barədə mübahisələri olmamışdır. Bununla bağlı ekspertiza təyin edilmiş, ekspertizanın rəyi ilə həmin torpaq sahəsinin iddiaçıya aid olmadığı bir daha öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş, AN089596 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə Kürdəmir rayonu, Çöl-qubalı kəndi ərazisində İddiaçı 9999.43.kv.metr torpaq sahəsi verilmişdir. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və AN089596 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Kürdəmir rayonu, Çöl-qubalı kəndi ərazisində İddiaçı ayrılmış 9999.43.kv.metr torpaq sahəsinin koordinatları və sərhəd nöqtələri müəyyən edilsin. - Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və AN089596 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Kürdəmir rayonu, Çöl-qubalı kəndi ərazisində İddiaçı ayrılmış 9999.43.kv.metr torpaq sahəsi elektron xəritəyə və faktiki vəziyyətinə görə Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6617 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2701/2023 nömrəli mütəxəssis rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2701/2023 nömrəli mütəxəssis rəyinə əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və AN089596 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Kürdəmir rayon Çölqubalı kəndi ərazisində İddiaçı ayrılmış 9999.43 kv.metr torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssi rəyinə əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998ci il tarixli 05 saylı qərarı və AN089596 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Kürdəmir rayon Çöl-qubalı kəndi ərazisində İddiaçı ayrılmış 9999.43 kv.metr torpaq sahəsinin elektorn xəritəyə və faktiki vəziyyətə görə Cavabdeh fakitki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6617 saylı ekspert rəyində mütəxəssi rəyinə əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və AN089596 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Kürdəmir rayon Çöl-qubalı kəndi ərazisində İddiaçı ayrılmış 9999.43 kv.metr torpaq sahəsinin elektorn xəritəyə və faktiki vəziyyətə görə Cavabdeh fakitki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mübahisənin obyektiv həll edilməsi ilə bağlı iş üzrə digər mötəbər sübutun olmadığını nəzərə alaraq, hazırki vəziyyətdə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. İş üzrə məhkəmə xərcləri 50 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu və 50 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat ekspertiza xərci iddiaçı X1 tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar