Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-456/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi X* iştirakı ilə, Ərizəçi X* (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin *2 saylı Kürdəmir filialı) Biyan İstehsalı və Tədarükü strukturunda işləməyi faktının müyyən olunması barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, *999-cu ilin noyabr ayından 2006-ci ilin fevral ayına kimi Kürdəmir rayon Biyan İstehsalı və Tədarükü strukturunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, ərizəçi *999-2006-ci illərdə Kürdəmir rayon Biyan İstehsalı və Tədarükü strukturunda fəhlə işləmiş, işlədiyi illər əmək kitabçasında qeyd olunmadığına görə Kürdəmir rayon Biyan İstehsalı və Tədarükü strukturuna müraciət edərək işlədiyi illərin əmək kitabçasına yazılmasını xahiş etmiş, lakin idarə binası dağıldığı üçün həmin illəri əmək kitabçasına qeyd etməmişlər. Məhkəmə iclasında X2 izahatında bildirdi ki, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra DSMF) müraciət etmiş, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 30.*2.2022-ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş və səbəblərdən biri də *999-2006-cı illərdə Kürdəmir rayon Biyan İstehsalı və Tədarükü strukturunda olan əmək fəaliyyəti dövrünün əmək kitabçasında qeyd edilmədiyi, həmçinin sözügedən dövrə dair əmək fəaliyyəti barədə müvafiq arayışın təqdim edilmədiyi göstərilmişdir. Fond-nin qeyd edir ki, ərizəçi Kürdəmir rayon Biyan İstehsalı və Tədarükü Strukturunda fəhlə işləməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, məsələnin mahiyyətini ona əmək pensiyası təyin edilməsi üşün göstərilən illərin sosial sığorta stajı kimi nəzərə alınması məqsədilə həmin illərdə işləməsi faktının müəyyən edilməsi təşkil edir. Ərizəyə dair üçüncü şəxs DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın departament müdiri Arzu Ağakişiyeva etirazında bildirilmişdir ki, ərizəçinin mübahisələndirdiyi *999-cu ilin noyabr ayından 2006-ci ilin fevral ayına kimi Kürdəmir rayon Biyan İstehsalı və Tədarükü Strukturunda fəhlə işləməsi sosial sığorta stajı kimi nəzərə alınmadığı üçün ona pensiyanın təyin edilməsindən imtina edilmişdir. DSMF orqanının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *3.2-ci bəndində qeyd edilmişdir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. - *3.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin qərarın *.3-cü bəndinə görə nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarının *5.4-cü bəndində qərara alınmışdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 26*.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iddiaçıya izah edilir ki, DSMF orqanının imtinasına əsasən həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati icraat qaydasında inzibati məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən arayışın mötəbərliyinə də həmin icraatda qiymət veriləcəkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X* maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin *2 saylı Kürdəmir filialına qarşı “biyan istehsalı və tədarükü strukturunda işləməyi faktının müyyən olunması tələbinə dair” ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-456/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-456/2023
13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver