Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-495/2024 01.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh X7 qarşı atalığın müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddtiaçı Ərizəçi Fariz qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 0*.*2.20*7-ci il təvəllüdlü X4 və 0*.09.2020-ci il təvəllüdlü X5 Kürdəmir şəhərində anadan olması, onların anasının Ərizəçi, atalarının X8 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək göstərdi ki, X8 ilə nikah münasibətlərinə olub və bu nikah münasibətlərindən onun iki övladı dünyaya gəlmişdir. Birici övladı 0*.*2.20*7-ci il təvəllüdlü X9, digər övladı 0*.09.2020-ci il təvəllüdlü X*0 ev şəraitində anadan olmuşdur. Buna görə də hazırki tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. X* və X5 doğum haqqında şəhadətnamələrinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Göründüyü kimi X4 və X5 atalığının müəyyən edilməsi zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Ona görə də 0*.*2.20*7-ci il təvəllüdlü X4 və 0*.09.2020-ci il təvəllüdlü X5 Kürdəmir şəhərində anadan olması, onların anasının Ərizəçi, atalarının X8 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 693/2 nömrəli arayışından görünür ki, 2020-ci il təvəllüdlü X*0 2* saylı Yol İstismarı idarəsinin inzibati binasında yaşayır arayışa vurulan şəkil onun özününküdir və Ərizəçi onun anasıdır. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 693/* nömrəli arayışından görünür ki, 20*7-ci il təvəllüdlü X9 2* saylı Yol İstismarı idarəsinin inzibati binasında yaşayır arayışa vurulan şəkil onun özününküdir və Ərizəçi onun anasıdır. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 693 nömrəli arayışından görünür ki, Ərizəçi 2* saylı Yol İstismarı idarəsinin inzibati binasında yaşayır və ailə tərkibi X8, X9 və X3 ibarətdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi cavabdeh X8 ilə qeyri-rəsmi nikah münasibətlərində olub və bu nikah münasibətlərindən onun iki övladı dünyaya gəlmişdir. Birici övladı 0*.*2.20*7-ci il təvəllüdlü X9, digər övladı 0*.09.2020-ci il təvəllüdlü X*0 ev şəraitində anadan olmuşdur. Buna görə də hazırki tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. X* və X5 doğum haqqında şəhadətnamələrinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almalarına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Göründüyü kimi X4 və X5 atalıqlarının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Onların şəxsiyyət vəsiqəsi də olmadığına görə onlara verilən hüquqlardan istifadə etə bilmirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.*-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından 0*.*2.20*7-ci il tarixdə doğulmuş X4 və 0*.09.2020-ci il tarixdə doğulmuş X5 atasının *963cü il təvəllüdlü X6, anasının xx.xx.*987-ci il təvəllüdlü Ərizəçi olması olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*4- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ərizəçi ilə X6 faktiki nikahlarından 0*.*2.20*7-ci il tarixdə doğulmuş X4 və 0*.09.2020-ci il tarixdə doğulmuş X5 atasının *963-cü il təvəllüdlü X6, anasının xx.xx.*987-ci il təvəllüdlü Ərizəçi olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-495/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-495/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver