Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-503/2025 03.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, himayəsində yaşamış X7 və onun bacısı, xalası X9 miras qalmış Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin və oradakı yaşayış evinin, 0.53 ha pay torpaq sahəsinin qəbul edilməsi, həmin əmlaklara vərəsəlik hüququnun verilməsi müddətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və 0.53 ha pay torpaq sahəsinin ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.*957-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində valideynlərinə məxsus evdə doğulmuşdur. Evin tək övladı olmuşdur. Qardaş və bacıları yoxdur. X6 28.*0.*960-cı ildə vəfat etmişdir. Bu səbəbdən də həm 0.22 ha həyətyanı torpaq sahəsinə və torpaq sahəsinin üzərində tikilmiş evə, ayrılmış pay torpağına aid torpağın mülkiyyətə verilməsinə dair 25 may 2005-ci il tarixli JN-*57F, kod 906*60*8 saylı şəhadətnamə, həmçinin torpağa mülkiyyət hüququna dair JN-392, kod 906*60*8 saylı Dövlət Aktı ilə 0,53 ha pay torpağına aid sənədlər anası X*3 və 0* oktyabr *994-cü ildə vəfat etmiş X22 həyat yoldaşı, övladları olmayan, anasının bacısı, onun xalası və himayəsində yaşayan X*0 adları qeyd olunmuşdur. Anası xx.xx.2008-ci ildə, xalası isə xx.xx.2000-ci ildə vəfat etmişlər. X5 yeganə varisi odur. X* isə heç bir varisi olmamış və vəfat edənə kimi onun himayəsində yaşamışdır. O, yeganə varis kimi Kürdəmir rayonunun Xırdapay kəndində miras qalan əmlaka tam pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar 20 dekabr 2024-cü il tarixdə Kürdəmir Regional "Asan Xidmət" X20 notariusuna müraciət etmiş və həmin tarixli *97 nömrəli məktubla tərəfindən təqdim olunan sənədlər əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı bildirilmişdir. X32 "Asan Xidmət" X20 notariusu hansı sənədlərin təqdim olunmaması qeyd edilməmişdir. Bundan sonra bu barədə hüquqi yardım almış və bu zaman məlum olmuşdur ki, tərəfindən ailənin yeganə varisi haqqında qeydiyyat şöbəsində olan məktubu Kürdəmir Regional "Asan Xidmət" X20 notariusuna təqdim etməmişdir. Bir müddət sonra həmin sənədi əldə etmiş və əvvəlki hüquqmüəyyənedici sənədlərə əlavə edərək, Kürdəmir Regional "Asan Xidmət" X20 notariusuna təqdim etmiş və miras qalmış, yuxarıda adı çəkilən əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Kürdəmir Regional "Asan Xidmət" X20 notariusundan xahiş etmişdir. Kürdəmir Regional "Asan Xidmət" X20 notariusuna 26.*2.2024-cü il tarixli *2*5 saylı məktubla vərəsəliyin qəbul müddətin ötürüldüyünü əsas tutaraq, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını və məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Kürdəmir Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi *6 saylı Ucar Ərazi İdarəsi, Maraqlı şəxs*, Maraqlı şəxs4nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarında olan: - Kürdəmir rayon Xırdapay kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ 280568 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2008-ci il tarixdə beyinə qansızmadan vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.*2.2024-cü il tarixli arayışdan görünür ki, X23 xx.xx.2000-ci il tarixdə beyinə qansızmadan vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *0.*2.2024-cü il tarixli arayışdan görünür ki, X27 26.*0.*960-cı il tarixdə xərçəngdən vəfat etmişdir. - İşdə olan Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş *6.*2.2024-cü il tarixli *022 nömrəli və *6.*2.2024-cü il tarixli *02* nömrəli arayışlardan görünür ki, mərhum anası X3 rayonu Xırdapay kəndində yerləşən fərdi yaşayış evində yaşamış, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mərhum xalası X2 rayonu Xırdapay kəndində yerləşən fərdi yaşayış evində yaşamış, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Mərhumlar vəfat etdikdə ailə üzvləri Ərizəçi, onların varisi qalmışdır. - İşdə olan Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş **.*2.2024-cü il tarixli *00* nömrəli arayışdan görünür ki, Kürdəmir rayonu Xırdapay kənd sakini Ərizəçi hal-hazırda həmin təsərrüfatda qeydiyyatda olan ailə tərkibi-yoldaşı X*7, oğlu X35 və nəvəsi X24r. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş *3.*2.2024-cü il tarixli *67/2024 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon Qeydiyyat şöbəsinin *947-*948 ci illərə aid bərpa kitabına əsasən X** 05.03.*920-ci ildə anadan olmuş, atası X*8, anası X28 olması qeyd olunmuşdur. - İşdə olan Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş **.*2.2024-cü il tarixli *002 nömrəli arayışdan görünür ki, Kürdəmir rayonu Xırdapay kənd sakini Ərizəçi X7 xx.xx.2008-ci ildə və xalası X23 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər. X26 və X4 Oruc Həsənbala oğlunun himayəsində vəfat etdikləri günə kimi eyni təsərrüfatda yaşamışlar. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.*2.2024-cü il tarixli 782/24 nömrəli məktubdan görünür ki, X23 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X2* Sistemində” həmin şəxsə dair 20.**.2024-cü ilədək yoxlanma aparılmış və ər- 0*.0*.*909-cu il təvəllüdlü X30 (vəfat edib) aşkar edilmişdir. - Kürdəmir regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin *6.*2.2024-cü il tarixli, 05/308 nömrəli arayışından görünür ki, X30 xroniki ürək-damar çatmamazlığı səbəbindən 30.09.*994-cü ildə vəfat etmişdir. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.*2.2024-cü il tarixli 780/24 nömrəli məktubdan görünür ki, X26 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X2* Sistemində” həmin şəxsə dair 20.**.2024-cü ilədək yoxlanma aparılmış və oğlu- 0*.07.*95*-ci il təvəllüdlü Ərizəçi aşkar edilmişdir. - İşdə olan Torpağın mülkiyyət verilməsinə dair JN-*57F KOD 906*60*8 nömrəli şəhadətnamədən görünür ki, Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 30.07.200*-ci il tarixli 07 saylı qərarı ilə verilmiş 0.22 ha həyatyanı torpaq sahəsi X26 və X*2 verilmişdir. - İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-392 KOD 906*60*8 nömrəli dövlət aktından görünür ki, Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının *4.08.*998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 0.53 ha kənd təsərrüfat məhsulları istehsalı torpaq sahəsi X26 və X*5 verilmişdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən 20.*2.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış **97 nömrəli məktubda X26 və X9 miras qalmış əmlaklarla bağlı təqdim olunan sənədlər əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən 26.*2.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış *2*5 nömrəli məktubda X26 və X9 miras qalmış əmlaka dair vərəsəlik müddətini ötürdüyündən və əmlakların hüquq müəyyənedici sənədi olmadığı üçün sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. İşin faktiki hallarından məlum olur ki, həmin torpaq sahələri və üzərində yerləşən fərdi yaşayış evi ərizəçinin anası və xalasına məxsusdur. Hüquq sahibi olan Lala və Ceyran vəfat etmişdir. Ərizəçi 26.*2.2024-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək X7 və X9 miras qalmış qeyd edilən əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin qəbul müddəti ötürüldüyündən, əmlakların hüquq müəyyənedici sənədi olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan *32*-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin *325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il *6 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin *29*, *32*.* və *325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-ci maddəsində göstərilir ki, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə faktlara baxır. Hazırki iş üzrə ərizəçi X7 və xalası X9 miras qalmış Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 0.53 ha pay torpaq sahəsinin miras əmlak qismində qəbulu faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, X7 və xalası X9 qalan mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X7 və xalası X9 miras qalmış Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi, onun üzərində tikilmiş yaşayış evi və 0.53 ha pay torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-503/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-503/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver