Məhkəmə qərarları › İş №2(041)-509/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-509/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-509/2025 13.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızına qarşı “evə köçürülmə” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızına qarşı Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, iki azyaşlı uşağı ilə birlikdə onun illərlə yaşadığı və hazırda cavabdehlərin yaşadığı Kürdəmir şəhəri, T.İsmayılov küçəsi, 3A saylı fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mümkünlüyü ilə əlaqədar məsələyə baxılarkən müəyyən edildi ki, ərizəçi dövlət rüsmunun ödənilməsi barədə sənədi iş materiallarına əlavə etsə də xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz Kürdəmir Rayon Məhkəməsinin 2(041)-887/2024, 2(041)- 888/2024, 2(041)-1345/2024 və 2(041)-2601/2024 nömrəli mülki işlərində istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızına qarşı “evə köçürülmə” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar