Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-536/2024 22.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs X* qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə və üçüncü şəxs X* qarşı nikahın pozulması haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir regional Cavabdehyat şöbəsi tərəfinsən tərtib edilmiş *6.*2.2023-cü il tarixli 80 nömrəli nikahın pozulması haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdir ki, Kürdəmir rayon məhkəməsinin 09.2.2022-ci il tarixli 2(04*)-20*2/2022 nömrəli qətnaməsinə sasən cavabdeh X2 ilə aralarında *0.05.20*9-cu il tarixdə bağlanmış və 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilmişdir. 2024-cü ilin yanvar ayında 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə müraciət edib başqa xanımla nikah qeyd etdirmək istəyəndə orada ona X2 ilə aralarında bağlanmış nikahın pozulması ilə bağlı qeydiyyat şöbəsi tərəfindən qeydiyyat aparıldığı və həmin qeydiyyat elektron sistemə yerləşdiridiyi bildirilmişdir. Halbuki, onunla xcavabdeh arasında olan nikahın məhkəmə qaydasaında etibarsız hesab edildiyini bildirmişdir. Lakin orada nikah qeydinin elektron sistemədən silinməsinin mümükün olmadığı bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ünvanladığı teleqramda iddianı müdafiə etdiyini, işi ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyi üçün işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Kürdəmir rayon məhkəməsinin 09.*2.2022-ci il tarixli 2(04*)-20*2/2022 saylı qətnaməsi ilə İddiaçı ilə X2 arasında *0.05.20*9-cu il tarixdə qeydə alınmış nikah etibarsız hesab edilmiş və qətnamədən çıxarış icra edilməsi üçün Kürdəmir regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə göndərilmişdir. Kürdəmir regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən tərəflər arasında olan nikaha *3.0*.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023cü ilin *2-ci ayının *6 günündə 80 nömrə ilə qeyd edilmişdir. *6.0*.2024-cü il tarixdə İddiaçı AZ-İ 4584*6 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı ilə X2 arasında olan nikah məhkəmənin 09.*2.2022-ci il tarixli 2(04*)-20*2/2022 saylı qətnaməsinə əsasən etibarsız hesab edildiyi halda, Kürdəmir regional Cavabdehyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *6.0*.2022-ci il tarixdə Kürdəmir regional Asan xidmət mərkəzi tərəfindən nikahın pozulması haqqında verilmiş şəhadətnamənin etibarıszı hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Hazırki mübahisə inzibati orqanın publik hüquq münasibətlərindən yaranmış hərəkət və hərəkətsizliyi ilə bağlı olduğuna görə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarının 9.*-ci bəndində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın *5.4-cü bəndində qərara alınmışdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 26*.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iddiaçıya izah edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıldığından, hazırki iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26*, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə və üçüncü şəxs X* qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması barədə iddiası üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-536/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-536/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver