Məhkəmə qərarları › İş №2(041)-544/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-544/2024

18.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-544/2024 18.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkldə Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüquqnunun X2 həvalə edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli, əmək müqaviləsinin etibarsız olmaqla, məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. 2020-ci ilin sentyabr ayında ona məlum olmayan Cavabdeh tərəfindən onun adına xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamışdır.Onun ümumiyyətlə həmin müqavilədən xəbəri olmayıb. Bu yaxınlarda o, işlə bağlı məşğulluq xidmətinə müraciət etmiş, orada ona bildirmişlər ki, səninlə Cavabdeh-də əmək müqaviləsi bağlanmış, həmin müqavilə bu günə kimi qüvvədədir. O, həmin müqavilənin onunla necə və harada bağlanmasından məlumatı yoxdur. Hazırda həmin şirkətin harada və kim tərəfindən idarə olunması ona məlum deyil. Həmin şirkət olmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam vermək mümkün deyil. Ona görə də onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, əmək müqaviləsinin etibarsız olmaqla, məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respulblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, onun müraciəti araşdırılarkən Cavabdeh MMC-nin ünvanına **********4 və **********1 saylı xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli (SS793836115AZ və SS793839085AZ) məktubla müraciət orlunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsimnin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yaşamır” qeyd edilərək məktub geri qaytarılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2023-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsinin mümkün olmadığı qeyd edilimişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Mehdiyev X3 şəhəri, Ü.hacıbəyov küçəsi 40/4 ünvanında yaşayır. 2020-ci ilin sentyabr ayında ona məlum olmayan Cavabdeh tərəfindən onun adına xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamışdır.Onun ümumiyyətlə həmin müqavilədən xəbəri olmayıb. Bu yaxınlarda o, işlə bağlı məşğulluq xidmətinə müraciət etmiş, orada ona bildirmişlər ki, səninlə Cavabdeh-də əmək müqaviləsi bağlanmış, həmin müqavilə bu günə kimi qüvvədədir. O, həmin müqavilənin onunla necə və harada bağlanmasından məlumatı yoxdur. Hazırda həmin şirkətin harada və kim tərəfindən idarə olunması ona məlum deyil. Həmin şirkət olmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam vermək mümkün deyil. Hazırda başqa bir yerə işə düzəlmək istəyərkən işəgötürən onunla əmək müqaviləsi bağlamaqdan imtina etmiş və onun əmək hüquqları kobud formada pozulmuşdur.Ona görə də onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, əmək müqaviləsinin etibarsız olmaqla, məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipi və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona köməklik göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə rəsmi ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Mülki Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, iddia tələbbi qalan hissədə təmin edilməlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-296-cı maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar