Məhkəmə qərarları › İş №2(041)-55/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-55/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-55/2023 09.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və X6 iş iştirakı ilə İddiaçı X15 qarşı evə köçürmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun öz ailə üzvləri, həyat yoldaşı X25 və azyaşlı uşaqları X26 və X7 ilə birlikdə JN-304F KOD 90616018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,35 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, xx.xx.1993-cü il tarixdə babası mərhum X16 məxsus evdə doğulmuşdur. X59 vəfat etmiş, anası isə başqa şəxslə evlənib ailə qurmuş və hazırda Bakı şəhərində yaşayır. O, mərhum babası Əlisanın himayəsində yaşamışdır. Yaşadığı evin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşaış evinin mülkiyyətçisidir. Bu barədə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə, həmçinin mərhum babası X27 başda olmaqla ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bundan başqa Xırdapay kəndində mərhum babası və digər ailə üzvləri ilə birlikdə onların ümumi birgə mülkiyyətlərində 0,26 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsinə görə də onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304B KOD 90616018 nömrəli Şəhadətnamə verilmişdir. O, öz valideynləri ilə birlikdə birgə mülkiyyətdə olan JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə ilə verilmiş 0,35 ha həyətyanı torpaq sahəsində olan hazırda ümumi birgə mülkiyyətdə yerləşən fərdi yaşayış evində böyüyüb boya başa çatmış, orta məktəbi həmin evdə yaşadığı müddətdə bitirmiş və həmin evdən də həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini başa vurub yaşadığı evə qayıdıb gəlmişdir. Cavabdeh əmisi X28 isə onlarla birlikdə ümumiyyətlə yaşamayıb və onun həmin evə və torpaq sahəsinə heç bir aidiyyəti də yoxdur. İstər Torpağın mülkiyyətə verilməsinə dair hər iki şəhadətnamədə və birgə mülkiyyətdə olan evə dair verilən çıxarışda cavabdeh əmisi X6 adı qeyd edilməyib. Cavabdehin özünün ayrı evi var və ailəsi ilə birlikdə öz evində yaşayır. 2015-ci ildə işləmək üçün Bakı şəhərinə gedib bir müddət orada kirayədə yaşamışdır. 2017-ci ildə isə X25 ilə evlənib ailə qurmuşdur. 2018-ci ildə Azərbayan Ordusunda müddətdən artıq hərbi xitmətə işə qəbul olunduqdan sonra əvvəl yaşadığı evə gəlib orada yaşamaq istəmiş, lakin cavabdeh əmisi onu həmin evə buraxmayaraq, evi öz oğluna verəcəyini bildirmişdir. O, evin atasına məxsus olmaqqla mülkiyyətində olduğunu bildirsə də, cavabdeh onunla razılaşmamışdır. Uzun müddətdir ki, o, babasından və atasından miras qalan və ümumi birgə mülkiyyətlərində olan evdə yaşaya bilmir. Ailəsi və iki nəfər azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur ki, bu da onun Orduda layiqincə qulluq etməsinə maneçilik törədir. Cavabdeh əmisi X6 onu öz evinə buraxmaması barədə Kürdəmir RPŞ-yə müraciət etmiş və orada tələbinin mülki xarakterli olduğunu bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. Cavabdehin onu ümumi birgə mülkiyyətdə olan evə buraxmaması səbəbindən onun mülkiyyət hüquqları pozulmuşdur. Onun digər ailə üzvləri ilə birlikdə birgə mülkiyyətində olan mübahisəli evdən başqa yaşamağa evi yoxdur. Ona görə də onun öz ailə üzvləri, həyat yoldaşı X25 və azyaşlı uşaqları X26 və X7 ilə birlikdə JN-304F KOD 90616018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,35 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X28 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı xx.xx.1993-cü ildə onun da ailə üzvləri ilə birlikdə yaşadığı və valideynlərinə məxsus Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən evdə anadan olmuşdur. 1996-cı ildə iddiaçının atası, yəni onun qardaşı Eldar intihar etdikdən sonra onun həyat yoldaşı İlhamə 2 övladı ilə birlikdə onun valideynlərinə məxsus evdən çıxmış və öz valideynlərinin yaşadığı Kürdəmir rayonunun Qağaclı kəndində yaşamağa getimişdir. 2003-cü ildə atası X27 qardaşı arvadına 8000 manat pul verərək özünə ev almasını tapşırmışdır. Bundan sonra iddiaçının anası həmin pulla Kürdəmir rayon Mərkəzi Xəstəxanasının yanında həyət evi alaraq orada yaşamağa başlamışlar. Bundan sonra iddiaçının anası evli bir nəfərlə ailə qurduqdan sonra atası iddiaçını öz yanına aparmış və iddiaçı 2007-ci ilə kimi atasının yanında onlarla birlikdə yaşamışdır. Sonradan iddiaçının anası yeni ailəsi ilə birldikdə Bakı şəhərninə getmiş və iddiaçını da özü ilə Bakı şəhərninə aparmış, Kürdəmirdəki evi isə kirayəyə vermişdir. İddiaçının anası Bakı şəhərində ev almış və onun yeni ailəsindən 2 uşağı var. İddiaçının anası Kürdəmirdəki evi iddiaçıya vermiş və iddiaçı ailəsi ilə birlikdə hal-hazıra kimi həmin evdə yaşayır. İddiaçı onun valideynlərinin evində yaşadığı müddətdə evlənməmiş və arvadını həmin evə gətirməmişdir. Valideynlərindən miras qalmış Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən həyətyanı sahə və oradakı ev qardaş və bacılarının ümumi birgə mülkiyyətindədir və onun tək başına həmin əmlaka sərəncam vermək hüququ yoxdur. Həmçinin iddiaçı köçmək istədiyi ünvanda qeydiyyatda yoxdur. İddiaçının miras qalmış əmlaka sahiblik hüququna dair vərəsəlik hüququ verən şəhadətnamə yoxdur. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra onun qəbuluna yol verilmir. İddiaçının vərəsə kimi tanıdığı atası bu muüddəti buraxmış və onun anası vərəsə kimi tanınmır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi iddiaçının ona qarşı iddia tələbi tam əsassızdır və heç bir hüquqi akta uyğun deyil. Ona görə də iddia tələbinin təmin olunmaması və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində 0,35 ha torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinə Kürdəmir RİHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə X1, Kürdəmir RİHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini X37, İddiaçı, cavabdeh X6 və Kürdəmir rayonu, Xırdapay kənd sakini X20 iştirakı ilə baxış keçirlərkən mübahisəli fərdi yaşayış evinin 2 mərtəbəli olmaqla, evin 1-ci mərtəbəsində 3 otaq olması, 2-ci mərtəbəsində 3 otaq, 1 mətbəx və balkondan ibarət olması, həmiçinin evin ümumi görnüşündən təmirsiz olmaqla, yaşayışın olmadığı müəyyən edilmişdir. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən şahid qismində dindirilmiş X45 ifadəsində göstərdi ki, o, Kürdəmir rayon İHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. İddiaçı mərhum babası X27 və digər ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətdə olan və Xırdapay kəndində 0,35 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Hazırda həmin evdə yaşayış yoxdur. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, o, Kürdəmir rayon İHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. İddiaçı mərhum babası X27 və digər ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətdə olan və Xırdapay kəndində 0,35 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Feyruz babası X27 ölənə kimi onunla birlikdə həmin mübahisəli fərdi yaşayış evində yaşamışdır. Sonradan Feyruz işləmək üçün Bakı şəhərinə getmiş və bir müddət Bakı şəhərində yaşadıqdan sonra Azərbaycan Ordusu sıralarına müddətdən artıq hərbi xidmətə qəbul olunmuş və hazırda hərbi xidmətdədir. Feyruz bir neçə dəfə digər ailə üzvləri ilə birlikdə birgə mülkiyyətində olan evə köçüb orada yaşamaq istəsə də, həmin kənddə yaşayan əmisi X28 onun həmin evə köçməsinə imkan verməmişdir. X6 özünün Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində özünə məxsu həyətyanı torpaq sahəsinə fərdi yaşayış evi var. Mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, İddiaçı babası X27 ölənə kimi onunla birlikdə mübahisəli evdə yaşamış və sonradan işləmək üçün Bakı şəhərinə getmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, AD ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla N nömrəli hərbi hissədə xidmət edir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, AZ-İİ 192711 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA3158803 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X9 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Ayxan adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA3956790 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X9 birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Ramella adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-304F KOD 90616018 nömrəli şəhadətnamənin surətindən görünür ki, X30, X31, X21, X32, X17, X33 və X18 X41 Komissiyasının xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı ilə Kürdəmir rayonu, Xırdapay kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,35 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-304B KOD 90616018 nömrəli şəhadətnamənin surətindən görünür ki, X30, X31, X21, X32, X17, X33 və X18 X41 Komissiyasının xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı ilə Kürdəmir rayonu, Xırdapay kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,26 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon İHB-nin Xırdapay İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 187 nömrəli arayışdan görünür ki, onun özünün və ailəsinin mülkiyyətində olan Torpağın mülkiyyətə verilməsinə dair JN-304F (kod ********) (0,35 ha torpaq sahəsi) nömrəli və JN 304B (kod ********) (0,26 ha torpaq sahəsi) nömrəli şəhadətnamələrdə mülkiyyətçilər X34-ölüb-babası, X31-ölübnənəsi, X21-bibisi qızı, X22-bibisi qızı, X17-anası, X33 və bacısı X4 ibarətdir. 304F nömrəli şəhadətnamədə 0,35 ha həyətyanı torpaq sahəsində 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evi var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində 0,35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147,6 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində X10 adına qeydə alınmışdır. Həmin çıxarışın Hüquq sahibləri bölməsində X10, X11, X5, X12, X3, X13 və X14 ümumi birgə payları müəyyən edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.1993-cü il tarixdə babası mərhum X16 məxsus evdə doğulmuşdur. X59 vəfat etmiş, anası isə başqa şəxslə evlənib ailə qurmuş və hazırda Bakı şəhərində yaşayır. O, mərhum babası Əlisanın himayəsində yaşamışdır. Yaşadığı evin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşaış evinin mülkiyyətçisidir. Bu barədə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə, həmçinin mərhum babası X27 başda olmaqla ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bundan başqa Xırdapay kəndində mərhum babası və digər ailə üzvləri ilə birlikdə onların ümumi birgə mülkiyyətlərində 0,26 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsinə görə də onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304B KOD 90616018 nömrəli Şəhadətnamə verilmişdir. O, öz valideynləri ilə birlikdə birgə mülkiyyətdə olan JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə ilə verilmiş 0,35 ha həyətyanı torpaq sahəsində olan hazırda ümumi birgə mülkiyyətdə yerləşən fərdi yaşayış evində böyüyüb boya başa çatmış, orta məktəbi həmin evdə yaşadığı müddətdə bitirmiş və həmin evdən də həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini başa vurub yaşadığı evə qayıdıb gəlmişdir. Cavabdeh əmisi X28 isə onlarla birlikdə ümumiyyətlə yaşamayıb və onun həmin evə və torpaq sahəsinə heç bir aidiyyəti də yoxdur. İstər Torpağın mülkiyyətə verilməsinə dair hər iki şəhadətnamədə və birgə mülkiyyətdə olan evə dair verilən çıxarışda cavabdeh əmisi X6 adı qeyd edilməyib. Cavabdehin özünün ayrı evi var və ailəsi ilə birlikdə öz evində yaşayır. 2015-ci ildə işləmək üçün Bakı şəhərinə gedib bir müddət orada kirayədə yaşamışdır. 2017-ci ildə isə X25 ilə evlənib ailə qurmuşdur. 2018-ci ildə Azərbayan Ordusunda müddətdən artıq hərbi xitmətə işə qəbul olunduqdan sonra əvvəl yaşadığı evə gəlib orada yaşamaq istəmiş, lakin cavabdeh əmisi onu həmin evə buraxmayaraq, evi öz oğluna verəcəyini bildirmişdir. O, evin atasına məxsus olmaqla mülkiyyətində olduğunu bildirsə də, cavabdeh onunla razılaşmamışdır. Uzun müddətdir ki, o, babasından və atasından miras qalan və ümumi birgə mülkiyyətlərində olan evdə yaşaya bilmir. Ailəsi və iki nəfər azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur ki, bu da onun Orduda layiqincə qulluq etməsinə maneçilik törədir. Cavabdeh əmisi X6 onu öz evinə buraxmaması barədə Kürdəmir RPŞ-nə müraciət etmiş və orada tələbinin mülki xarakterli olduğunu bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. Cavabdehin onu ümumi birgə mülkiyyətdə olan evə buraxmaması səbəbindən onun mülkiyyət hüquqları pozulmuşdur. Onun digər ailə üzvləri ilə birlikdə birgə mülkiyyətində olan mübahisəli evdən başqa yaşamağa evi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən ayrı-ayrı yerlərdən olmqla iddiaçı və onun digər ailə üzvlərinin birgə mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,36 hektar və 0,26 hektar həyətyanı topaq sahəsi verilmişdir. İddiaçı və onun digər ailə üzvlərinə 0,36 hektar həyətyanı torpaq sahəsində 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evi var, 0,26 hektar həyətyanı torpaq sahəsi işə boş torpaq sahəsi olmaqla heç bir tikili yoxdur. Hər iki həyətyanı torpaq sahəsinə görə iddiaçı və onun digər ailə üzlərinə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, 0,36 hektar həyətyanı torpaq sahəsində olan 2 mərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evinə isə X10, X11, X5, X12, X3, X13 və X14 ümumi birgə mülkiyyətlərində olmasına dair DƏDRX-dən çıxarış verilmişdir. İstər Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə və istərsədə xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda cavabdeh X6 adı mülkiyyətçi kimi qeyd edilməmişdir. Cavabdeh X28 məhkəmədə qüvvədə olan qanunvericiliyə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra onun qəbuluna yol verilmədiyini, iddiaçının vərəsə kimi tanındığı atasının bu müddəti buraxdığını, həmçinin iddiaçının anasının vərəsə kimi tanınmadığını göstərsə də, İddiaçı özü və onun anası X2 rayonu Xırdapay kəndi ərazisindəki 0,35 hektar torpaq sahəsində yerldəşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçiləridir. Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından göründüyü kimi Kürdəmir rayonu Xırdapay kəndi ərazisində 0,35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147,6 kv.metr olan fərdi yaşayış evi İddiaçı digər ailə üzvləri, X27, X35, X21, X32, X17 və X36 ilə birlikdə birgə mülkiyyətçi olmasına baxmayaraq cavabdeh X28 tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, İddiaçı öz ailə üzvləri, həyat yoldaşı X25 və azyaşlı uşaqları X26 və X7 ilə birlikdə JN-304F KOD 90616018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,35 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı öz ailə üzvləri, həyat yoldaşı X25 və azyaşlı uşaqları X26 və X7 ilə birlikdə JN- 304F KOD 90616018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,35 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar