Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-551/2025 12.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xəyyam oğlu və Cavabdeh5 Xəyyam oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xəyyam oğlu və Cavabdeh5 Xəyyam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xəyyam oğlu və Cavabdeh5 Xəyyam oğlunun Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 15, mənzil 5 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmədə iddia qaldırdığı iş üzrə cavabdehlərlə aralarında razılıq əldə etdikləri üçün iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 aralarında barışıq olduğu üçün mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işin halları ilə bağlı yuxarıda göstərilənləri nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xəyyam oğlu və Cavabdeh5 Xəyyam oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-551/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-551/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver